Assosasiya Haqqında

 Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının

2007-2012-ci il fəaliyyətləri barədə

           2007-ci ildə

        -  Azərbaycan  Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası 2006-cı ilin noyabr ayının 30-da təsis edilmiş və 31 yanvar 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə

Nazirliyində “1107-016-2296 № ilə” dövlət qeydiyyatına alınmışdır. Assosiasiyada təşkilatlanma işləri aparılmış, İcra katibliyi formalaşdırılmış, onun iş reqlamenti və strukturu təsdiq edilmiş, Bələdiyyələrlə iş departamenti və Layihələrlə iş mərkəzi yaradılmış, bələdiyyələr haqqında məlumat-informasiya bankı formalaşdırılmış, bələdiyyələrin vahid informasiya portalının yaradılması istiqamətində işlərə başlanılmışdır.

- Yerlərdəki vəziyyəti dərindən və bilavasitə öyrənmək üçün bütün şəhər bələdiyyə sədrlərini, bölgə-bölgə bir araya gətirib, onlarla görüşlər təşkil edilmiş, bələdiyyələrin problemləri ilə tanış olunub, onların müraciət və təklifləri toplanılıb, qaldırılan məsələlərin həlli yollarını və qarşıda duran vəzifələr müzakirə edilib.

- Assosiasiyaya daxil olmuş təkliflər təhlil edilmiş, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi,  maliyyə və iqtisadi potensialının artırılması, qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması, daimi xidmət sahələrinin açılması, mülkiyyətinin yaradılması, torpaqların idarə edilməsi, mövcud qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, ərazilərdə sosial məsələlərin həlli  yollarını əhatə etmişdir.

- Bakı şəhərində və respublikanın bütün rayonlarında keçirilmiş görüşlərdə bələdiyyələrlə əlaqələrin səmərəliliyini və çevikliyini təmin etmək məqsədi ilə 51 rayonda bələdiyyə sədrləri şuraları formalaşdırılmışdır.

- Aprel-may aylarında respublikanın şəhər və rayonlarında bələdiyyə sədrlərinin toplantıları təşkil edilmiş,  şəhər  və rayonların sosial-iqtisadi inkişafında, sosial sifarişli yerli əhəmiyyətli layihələrin həllində bələdiyyələrin iştirakı məsələləri hərtərəfli müzakirə edilmişdir.

- Milli Assosiasiyaların irəli sürdüyü “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü bələdiyyələr tərəfindən  dəstəklənmiş, təşəbbüs çərçivəsində  sosial inkişaf yönümlü layihələrə - səhiyyə, mədəniyyət, enerji təchizatı, yolların, körpülərin təmiri və tikintisi, kimsəsizlərə, xəstələrə, qocalara və valideyn himayəsindən məhrum olmuşlara habelə, istedadlı uşaqlara və idmanın inkişafına yardım məsələlərinə üstünlük verilmişdir. Ümumilikdə respublikanın bütün bələdiyyələri tərəfindən 14 istiqamət üzrə dəyəri 21 milyon manatdan artıq olan 2 900 layihə həyata keçirilmişdir.

- İyun ayında Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları fəaliyyətlərinin ortaq məsələlərinə baxılması və əlaqələndirilməsi məqsədilə  Əlaqələndirmə Şurası yaradılmışdır.

- Fəaliyyətlərinin ilk altı ayı ərzində görülmüş işlərə yekun vurmaq, əldə edilmiş nailiyyətləri və mövcud problemləri müzakirə etmək, bu dövr ərzində assosiasiyalar tərəfindən toplanmış və təhlil edilmiş, bələdiyyələri narahat edən məsələlərin ümumiləşdirilməsi və müvafiq tədbirlərin müəyyən edilməsi, eləcə də bələdiyyələrin regionların sosial-iqtisadi inkişafında rolunun artırılması yollarını araşdırmaq üçün 2007-ci ilin iyun ayının 27-də Bakı şəhərində “Respublikanın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakı” mövzusunda bələdiyyə sədrlərinin I Ümumrespublika Toplantısı

   

 keçirilmişdir. Toplantıda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, millət vəkillərinin, Avropa Şurasının Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin Toplantıdakı proqram xarakterli nitqində ölkə bələdiyyələrinin fəaliyyəti təhlil olunmuş, onlar qarşısında duran vəzifələr müəyyən edilmişdır. Toplantı ərzində səslənən məruzə və çıxışlarda respublikanın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakı müzakirə olunmuşdur.

- Ümumrespublika Toplantısında və keçirilmiş görüşlərdə bələdiyyələrin bilavasitə fəaliyyəti ilə bağlı  təkliflər hazırlamış, bir qismi həllini tapmış, 17 təklifə hal-hazırda baxılır. Bir sıra bölgələrdə əhalinin içməli su ilə təmin edilməsinin müvafiq bələdiyyələrə verilməsi, qəbiristanlıqların saxlanılması, yas mərasimlərinin təşkilində bələdiyyələrin səlahiyyətlərinin dəqiqləşdirilməsi, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarə və istifadəyə verilməsi  yolu ilə bələdiyyələrin maliyyə imkanlarının artırılmasını təmin edən dəyişikliklərin edilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə dair qanun layihəsinin hazırlanmış, Milli Məclisdə birinci oxunuşdan keçmişdir.

- Vətəndaşların yerli özünüidarəetmə orqanlarına marağının artırılması, əhalinin bələdiyyələrin fəaliyyətində daha yaxından iştirak etməsi, bu iştirakın fəallaşdırılması, onların öz hüquq və vəzifələrinə dair məlumatlandırılması məqsədilə Avropa Şurasının təşəbbüsü ilə keçirilən “Avropada yerli demokratiya həftəsi”nin davamı olaraq milli assosiasiyaların təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiya həftəsi” keçirilmişdir.   Həftə çərçivəsində bələdiyyələrdə “Açıq qapı” günləri, məhəllə görüşləri, ziyalılarla, ağsaqqallarla və məktəbli gənclərlə görüşlər keçirilmiş, bələdiyyə qərarlarının qəbulu prosesinə vətəndaşların fəal cəlb olunmasına dair ciddi müzakirələr aparılmışdır. Bələdiyyələrin vətəndaşlarla birbaşa əlaqələrinin təmin edilməsi üçün yerlərdə “qaynar telefon xətləri”, “bələdiyyə poçt qutuları” və məlumat lövhələri quraşdırılmışdır. “Həftə“ çərçivəsində 2 541 bələdiyyə tərəfindən yerlərdə təşkil olunan 6 840 tədbirdə 800 min nəfərə yaxın vətəndaşla görüşlər keçirilmişdir. Görüşlərdə vətəndaşlar tərəfindən əsasən sosial, iqtisadi və ekoloji proqramların icrasına, eləcə də yerli özünüidarəetmənin təkmilləşdirilməsinə dair 18 328 təklif irəli sürülmüşdür. “Azərbaycanda yerli demokratiya həftəsi”nin yüksək vətəndaş fəallığı şəraitində keçməsi Avropa Şurasının  müvafiq bəyannaməsində də öz əksini tapmışdır.

         

- Azərbaycan  Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası beynəlxalq əməkdaşlıq məsələlərinə böyük önəm vermiş, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə, Avropa Şurası ölkələrinin müvafiq assosiasiyaları ilə əlaqələr yaratmış, qarşılıqlı əməkdaşlıq sahələri müəyyənləşmişdir.  Assosiasiyanın sədri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar sessiya və müvafiq komitələrin iclaslarında üzv qismində ardıcıl olaraq iştirak etmiş,  qəbul olunan qərarlara dair təmsil etdikləri təşkilatların mövqeyini və təkliflərini bildirmişlər. Dekabr ayında Avropa Şurası Baş Katibliyinin Demokratiya və Siyasi məsələlər üzrə Baş Direktorluğunun işçi qrupunun iclasında iştirak edən assosiasiya sədrləri son illərdə Azərbaycanda yerli özünüidarəetmənin inkişafı istiqamətində görülmüş işlər və assosiasiyaların fəaliyyətinə dair ətraflı məlumatlar vermişdirlər.

- 2007-ci ilin mart ayında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin layihəsi və Norveç Yerli Hakimiyyətlər Assosiasiyasının və Konqresin ekspertlərinin iştirakı ilə Milli Assosiasiyaların sədrləri, sədr müavinləri və icra katibləri üçün seminar-müşavirə keçirilmişdir.

- Assosiasiyanın nizamnaməsinə əsasən 2007-ci ilin dekabr ayının 26-da Sumqayıt şəhərində Azərbaycan  Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmiş

        

 2008-ci ildə

 - Ölkə bələdiyyələrinin fəaliyyətində qabaqcıl təcrübəni müəyyən etmək məqsədi ilə assosiasiyanın əməkdaşları tərəfindən məqsədyönlü iş aparılmış, bir çox bələdiyyələrə səfərlər edilmiş, bələdiyyələr tərəfindən həyata keçirilən işlər öyrənilmiş, müqayisələr və ümumiləşdirmələr aparılmışdır. “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində ölkə üzrə həyata keçirilmiş bütün layihələr haqqında məlumat toplanmış, təhlillər nəticəsində görülmüş işlərin içərisindən prioritet istiqamətlər və bu istiqamətlərin hər biri üzrə nəzəri cəlb edən layihələr, bu layihələri reallaşdırmış bələdiyyələr müəyyən edilmişdir.

- Bələdiyyələrin yerli əhəmiyyətli sosial məsələlərin həllində qabaqcıl təcrübəsinin öyrənilib yayılması məqsədilə 2008-ci ilin aprel ayının 3-də Şamaxı şəhərində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının dəyirmi masası keçirilmişdir.

- Dəyirmi masaga milli assosiasiyaların yaradılmasından sonrakı müddət ərzində bələdiyyələrin işinin gücləndirilməsi, onların fəaliyyətlərində demokratik prinsiplərin tətbiqi və yerli özünüidarəetmənin inkişafı məqsədi ilə keçirilmiş tədbirlərə, Bələdiyyə Sədrlərinin I Ümumrespublika Toplantısında irəli sürülmüş “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində görülmüş işlərə yekun vurulmuş, yerli əhəmiyyətli sosial məsələlərin həllində qabaqcıl təcrübə öyrənilmişdir.

- Ölkə bələdiyyələri qarşısında duran vəzifələrin, bələdiyyələr üçün əhəmiyyət kəsb edən qabaqcıl iş təcrübələrinin müəyyən edilməsi və yayılması məqsədi ilə 2008-c

   

ilin aprel ayının 16-da Bakı şəhəri, “Park İnn” otelində “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda keçirdiyimiz ümumrespublika konfransı dəyirmi masaların işinə yekun vurdu. Konfrans öz mütəşəkkilliyi, bələdiyyələrin orada səslənmiş maraqlı iş təcrübəsi, yeni fikir və təkliflərin məzmununa görə ölkə bələdiyyələrinin həyatında hadisəyə çevrildi. Konfransda Yevlax, Şirvan, Xaçmaz, Tovuz, Yasamal, Abşeron rayonunun Xırdalan, Suraxanı rayonunun Qaraçuxur, Əzizbəyov rayonunun Mərdəkan, Göyçay rayonunun Çaxırlı və Cəyirli bələdiyyələrinin iqtisadi, sosial və ekoloji sahələrdə topladıqları müsbət iş təcrübələri müzakirə olundu. Milli assosiasiyalar konfransda ölkədə toplanmış qabaqcıl bələdiyyə təcrübəsi əsasında yeddi yeni təşəbbüslə çıxış etdilər və onların hamısı konfrans iştirakçıları tərəfindən bəyənildi və yayılmaları barədə qərar qəbul edildi. Bunlar “Seçicilərimizi eşidək!”, “Bələdiyyə günü”,  “Abad məhəllə”,  “Abad kənd”, “Bizim ünvan”, “Sadə idman qurğularına bələdiyyə qayğısı” və “Bələdiyyə kuboku” təşəbbüsləridir. Bu təşəbbüslər “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünün tərkib hissəsi və məntiqi davamı kimi irəli sürülmüşdür. Ölkə bələdiyyələrinin qabaqcıl təcrübəsi assosiasiyaların nəşr etdirdiyi “Bələdiyyə: yeni forma, yeni məzmun”  adlı kitabda, İctimai Televiziyanın dəstəyi ilə çəkilmiş “Bələdiyyə: yerli özünüidarəetmənin yeni mərhələsi” adlı sənədli filmdə öz əksini tapmışdır.

- Bələdiyyələrin gördükləri işləri müzakirə etmək, onların hazırkı vəziyyətini qiymətləndirmək, vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində iştiraklarını daha da fəallaşdırmaq,  qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi yollarını müəyyənləşdirmək məqsədi ilə 2008-ci ilin iyun ayının 25-də Yevlax şəhərində

       

bələdiyyə sədrlərinin “Vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində bələdiyyələr qarşısında duran vəzifələr” mövzusunda II Ümumrespublika Toplantısı keçirildi. Toplantıda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri akademik cənab Ramiz Mehdiyev, İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və həmin şöbənin Bələdiyyələrlə iş sektorunun, Nazirlər Kabinetinin Regional inkişaf şöbəsinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Ədliyyə nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin, şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbər və nümayəndələri, həmçinin, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin eksperti cənab Ouen Masters iştirak etmişlər. Toplantıda milli assosiasiyalar tərəfindən nəşr edilmiş, ölkə bələdiyyələrinin qabaqcıl təcrübəsinə həsr olunmuş “Bələdiyyə: yeni forma, yeni məzmun” adlı kitab və bələdiyyələrin yaranması və inkişafı tarixinə həsr edilmiş “Bələdiyyə: - yerli özünüidarəetmənin yeni mərhələsi” adlı sənədli film təqdim edilmişdir.

- “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2008-ci ildə dəyəri 24 milyon manatdan artıq olan 3000 mindən çox layihə bələdiyyələr tərəfindən həyata keçirilmişdir. Layihələrin təhlili göstərmişdir ki, bələdiyyələr ən çox təhsil, səhiyyə, mədəniyyət, enerji təchizatı və əhaliyə müxtəlif xidmətlər, yolların, körpülərin təmiri və tikintisi, kimsəsizlərə, xəstələrə, qocalara və valideyn himayəsindən məhrum olmuşlara, habelə istedadlı uşaqlara, fiziki tərbiyə və idmanın inkişafına yardım məsələləri üzrə layihələrin həyata keçirilməsinə üstünlük vermişlər.

- Ölkədə gedən demokratik inkişaf proseslərində 2007-ci ildən Azərbaycanda keçirilməyə başlamış “Yerli Demokratiya Həftəsi” özünəməxsus yer tutmuş, bələdiyyə sədrlərinin II Ümumrespublika Toplantısında bu tədbirin ənənəvi olaraq hər il keçirilməsi barədə qərar qəbul edilmişdir. “Demokratiya həftəsi” ərəfəsində, hazırlıq məqsədi ilə noyabr ayının 3-dən 10-dək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkilatçılığı və bələdiyyələrin milli assosiasiyalarının təşəbbüsü ilə ölkənin bütün rayonlarında bələdiyyə sədrləri üçün müşavirələr təşkil edilmiş,  “Həftə”nin keçirilməsi ilə bağlı bələdiyyələrə müvafiq tövsiyələr verilmişdir. Noyabrın 17-dən 23-dək ölkənin bütün şəhər, qəsəbə və kəndlərində keçirilmiş növbəti “Yerli demokratiya həftəsi”nin məqsədi yerli demokratiyanın inkişafında vətəndaşların iştirakını və hüquqi biliklərini artırmaqdan ibarət olmuşdur. “Həftə” ərzində bütün bələdiyyələr tərəfindən "Seçicilərimizi eşidək" devizi altında vətəndaşlarla görüşlər təşkil edilmiş, baş tutmuş 8 200 görüşdə 800 minə yaxın vətəndaş iştirak etmişdir. Həmin görüşlərdə bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə dair 22 mindən çox təklif irəli sürülmüşdür. Azərbaycanda “Yerli demokratiya həftəsi” ilə əlaqədar təşkil edilmiş tədbirlərdə, o cümlədən Bakı şəhərinin Nizami, Binəqədi rayonunun Binəqədi rayonunun, Sumqayıt şəhərinin bələdiyyələrinin seçicilərlə görüşlərində Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin eksperti cənab Ouen Masters də iştirak etmişdir.

- Beynəlxalq əlaqələrinin inkişafı və bu əlaqələrin təkmilləşdirilməsi məsələsi daim diqqət mərkəzində olmuş, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, Fransa Respublikası Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Parlament Assambleyası və Venetsiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində 2008-ci il fevral ayının 25-də Parisdə “İkipalatalı sistemlər və regionların və yerli hakimiyyətlərin təmsil olunması” mövzusunda keçirilmiş konfransda, “Avropada Yerli Demokratiya həftəsi” ilə əlaqədar məlumatlandırma görüşündə, Konqresin mart ayının 12-14-də İspaniyanın Malaqa şəhərində Rəhbər komitə və Davamlı inkişaf komitəsinin iclaslarında, aprel ayının 1-2-də İtaliyanın Genuya şəhərində Sosial birlik komitəsinin iclasında, aprel ayının 8-də Tatarıstan respublikasının Kazan şəhərində Konqresin Mədəniyyət və Təhsil komitəsinin iclasında iştirak etmişdir. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin payız sessiyasında və müvafiq Komitələrin 5 iclasında iştirak etmişdir. Assosiasiyalar tərəfindən Konqresdəki nümayəndə heyətimizin 12 nəfərlik  yeni tərkibi barədə təkliflər hazırlanmışdır ki, onların 6 nəfəri əsas, 6 nəfəri əvəzedici, 5-i qadın, 4-ü isə bitərəfdir. Azərbaycan nümayəndə heyətinin yeniləşmiş tərkibi milli assosiasiyaların idarə heyətlərinin iclaslarında təsdiq edilmiş, daha sonra isə Konqresin Bürosu tərəfindən qəbul edilmişdir. Nümayəndələr may ayının 28-31-də  Konqresin 15-ci Plenar Sessiyasının işində iştirak etmişlər.

            - Assosiasiyanın sədri Avropa Şurasına üzv olan ölkələrin yerli hakimiyyətlərinin milli assosiasiyalarının sentyabr ayının 19-da Strasburqda keçirilmiş ikinci Ümumi Toplantısında, İspaniyanın Madrid şəhərində 2008-ci ilin  oktyabr ayının 15-17-də Avropa Şurasının “Demokratiyanın gələcəyi” adı altında keçirilmiş forumunda iştirak etmişdir.

- Milli xüsusiyyətlərə arxalanmaqla qabaqcıl dünya təcrübəsindən yaradıcı şəkildə bəhrələnən assosiasiya Avropa Şurası, o cümlədən, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və digər beynəlxalq qurumlarla fəal və səmərəli əməkdaşl

      

davam etdirirlər.

- Assosiasiyanın nizamnaməsinə əsasən 2008-ci ilin dekabr ayının 22-də Qəbələ şəhərində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir.

2009-cu ildə

- 2009-cu ildə keçirilmiş referendum bütün ölkə ictimaiyyətinin, o cümlədən bələdiyyələrin həyatında mühüm hadisə olmuşdur. Ümumxalq səsverməsi nəticəsində ölkə Konstitusiyasında yerli özünüidarəetmənin möhkəmləndirilməsi ilə bağlı əlavə və dəyişikliklərdə bələdiyyələrin müstəqilliyi və onların yerli əhali qarşısında məsuliyyətinə,  dövlət-bələdiyyə münasibətlərinə dair normalar, bələdiyyələrin fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabatların təqdim olunması kimi müddəalar öz əksini tapmışdır. Assosiasiyalarda referenduma çıxarılan məsələləri dəstəkləmək məqsədi ilə “Şəhər” və “Tərəqqi” təşviqat qrupları yaradılmışdı

  

 Avropa İttifaqı Yerli Regional Hakimiyyətlər Konqresinin Referendium Üzrə Monitorinq Qruppasının Qəbulu

   - Yerli özünüidarəetmə qurumlarının sayının çoxluğu, bələdiyyələrin kiçikliyi və onların böyüdülməsi problemi ilk dəfə 2007-ci ildə milli assosiasiyaların keçirdikləri bələdiyyə sədrlərinin I Ümumrespublika Toplantısında geniş müzakirə olunmuş, II Toplantı isə bu məsələni artıq zəruri bir addım kimi müəyyən etmişdir. Bələdiyyələrin formalaşmasında onların ərazi hüdudlarının və əhalinin sayının optimal seçiminin yerli özünüidarə institutunun səmərəli fəaliyyət göstərməsi üçün həlledici şərt olduğunu nəzərə alaraq milli assosiasiyalar müvafiq təhlillər aparmış, bələdiyyələrin yerləşdiyi yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti və digər yerli xüsusiyyətləri əsas götürülərək birləşmə ilə bağlı konkret təkliflər hazırlamışlar. Azərbaycanda bələdiyyələrin birləşməsi ilə bağlı 2009-cu ilin mart-aprel aylarında, demokratik prinsiplər əsasında, milli assosiasiyaların fəal əməli və metodik yardımı ilə Respublikanın 1 651 bələdiyyəsinin əhatə etdiyi yaşayış məntəqələrində birləşmə ilə bağlı 410 min nəfərdən çox səsvermə hüququna malik olan vətəndaşların yığıncaqları keçirilmiş, qəbul edilmiş qərarlara əsasən aidiyyəti bələdiyyələrin vəsatətlərinə Azərbaycan Respublikası Milli Məclisində baxılaraq yeni bələdiyyələrin təşkil edilməsi barədə Qanun qəbul edilmişdir. Birləşmə nəticəsində ölkə bələdiyyələrinin ümumi sayı 1 037 vahid (37,7%) azalaraq 2 755-dən 1 718-ə enmiş, ərazisində əhalisi 1 000 nəfərə qədər olan bələdiyyələrin sayı isə 5 dəfə azalmışdır.

- “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində ümumi dəyəri 11 milyon manat olan 3 mindən artıq layihə həyata keçirilmişdir. Bu təşəbbüs milli assosiasiyaların  qabaqcıl bələdiyyə təcrübəsinə həsr olunmuş “Bələdiyyə: yeni forma, yeni məzmun”  ümumrespublika konfransında irəli sürdükləri daha yeddi yeni təşəbbüslə inkişaf etdirilmişdir. Bunlar “Seçicilərimizi eşidək”, “Bələdiyyə günü”, “Sadə idman qurğularına bələdiyyə qayğısı”, “Bələdiyyə kuboku”, “Bizim ünvan”, “Abad kənd” və “Abad məhəllə” təşəbbüsləridir. Bu təşəbbüslər çərçivəsində həyata keçirilmiş layihələr arasında daha çox yerli əhəmiyyətli yolların saxlanılması, içməli su ilə təchizat, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, məişət tullantılarının yığılması və daşınması, “Xeyir və şər evi”nin tikintisi və saxlanılması, yerli əhəmiyyətli su arxlarının saxlanılması, təhsil müəssisələrinin binalarının saxlanılması, suvarma suyu ilə təchizat, yardım və mükafatların verilməsi, sadə idman meydançalarının inşası və saxlanılması, mədəniyyət müəssisələrinin binalarının saxlanılması, qəbiristanlıqların qorunması istiqamətində olan layihələr bələdiyyələr tərəfindən reallaşdırılmışdır.

- Demokratiya həftələrinin səmərəliliyini artırmaq istiqamətində daim yeni iş formalarından istifadə edən assosiasiyalar 2009-cu ildə bələdiyyə seçkiləri ərəfəsində bu prosesə “İrəli” İctimai Birliyini də cəlb etmiş, onlarla birgə vətəndaşların hüquqi biliklərinin və bu mühüm kampaniyaya marağının artırılması məqsədi ilə “Bələdiyyələrin statusu” və “Seçkiqabağı təşviqatın təşkili” mövzusunda respublikanın 50 rayon mərkəzində və şəhərlərində təlimlər keçirmişlər. Sakinlər tərəfindən rəğbətlə qarşılanmış bu tədbirlər rayon və şəhər ictimaiyyəti nümayəndələrinin, o cümlədən, gənclərin və qadınların xüsusi fəallığı şəraitində keçirilmişdir.

           - Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı müvafiq hesabat qəbul olunmuş, qurumun saytında Azərbaycanda bələdiyyə seçkilərinin texniki cəhətdən yaxşı hazırlandığı və sakit şəraitdə keçdiyi bildirilmişdir. Assosiasiya yerli özünüidarə haqqında Avropa Xartiyasına qoşulmuş bir ölkənin təmsilçiləri kimi Avropa Şurası, o cümlədən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi və digər beynəlxalq qurumlarla fəal və səmərəli şəkildə əməkdaşlıq edir, öz fəaliyyəti dövründə beynəlxalq təcrübənin öyrənilib yayılmasına böyük önəm veriir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin və  Norveç Yerli və Regional Assosiasiyasının  nümayəndə heyəti ilə daim təmasda olur, qarşılıqlı fəaliyyətin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılır, assosiasiyanın rəhbəri Konqresin müvafiq komissiyalarının iclaslarında, Azərbaycan bələdiyyələri üçün maraq kəsb edən məsələlərin həlli istiqamətində müzakirələrdə iştirak edərək təkliflər verilib.

- Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə əlaqələrimizi inkişaf etdirərək təşkilatın nümayəndələri ilə keçirilmiş görüşlərdə gələcək əməkdaşlıq və bələdiyyələrdə keçiriləcək birgə layihələr müzakirə olunmuşdur.

2010-cu ildə

- Milli assosiasiyaların təşəbbüsləri, geniş və əhatəli proqramları, davamlı və məqsədyönlü tədbirləri nəticəsində hesabat dövründə də bələdiyyələr konkret işlər görmüş, şəhər və rayonların abadlaşdırılması və yaşıllaşdırılması, sosial obyektlərin, yolların, yaşayış məntəqələrində elektrik və qaz xətlərinin təmiri, su təchizatı, yerli ekoloji problemlərin həlli, sadə idman meydançalarının inşası və istifadəsi sahəsində rollarını artırmışlar. “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində bələdiyyələr 20 istiqamət üzrə ümumi dəyəri 3 milyon 860 min manatdan çox olan 316 layihə həyata keçirmişlər.

- Milli assosiasiyalar Milli Məclis, aidiyyəti nazirlik və idarələrlə işgüzar əlaqələrini daha da inkişaf etdirərək yeni müstəviyə qədəm qoymuş, yerli özünüidarəetmə məsələləri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsilə birgə iş aparmış, “Komitədə görülən işlər”, “Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın hesabatı”, “Dövlət büdcəsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın hesabatı” məsələlərinin müzakirəsi ilə bağlı Komitənin keçirilmiş iclaslarında milli assosiasiyaların sədrləri iştirak etmişlər.

- Oktyabr ayının 14-də Lənkəran və 22-də isə Bərdə şəhərlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və milli assosiasiyaların təşəbbüsü ilə “Azərbaycan Respublikasının dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində bələdiyyələrin rolu” mövzusunda zona konfransları keçirilmişdir.            

- Dünyada və ölkəmizdə baş verən fövqəladə hallar bələdiyyələrin də üzərinə ayıq- sayıq olmaq, zəruri tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı məsul vəzifələr qoyur. Mart ayının 30-da milli assosiasiyaların təşəbbüsləri və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolunun artırılması yolları” mövzusunda nazirliyin Bakı Regional Mərkəzində dəyirmi masa keçirilmişdir. Əhalinin fövqəladə hallara faktiki və psixoloji hazırlığının Yaponiyada baş vermiş zəlzələ və sunami hadisələrinin fonunda daha da aktuallaşdığını qeyd edən Dəyirmi masa iştirakçıları bələdiyyələrin və FHN-nin Regional Mərkəzlərinin potensialından istifadə etməklə bütün ölkə ərazisində “Həyatımızı təhlükələrdən qorumağı öyrənək!” şərti adı altında kütləvi maarifləndirmə Aylığının (və ya Həftəsinin) keçirilməsi təşəbbüsünü irəli sürmüşlər.

- Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya”-nın həyata keçirilməsi ilə bağlı bələdiyyələrin maarifləndirilməsi üzrə keçirilən regional seminarlarda milli assosiasiyanın nümayəndələri iştirak və çıxış etmişlər.

- Əhalinin, xüsusilə də bələdiyyə fəallarının maariflənməsi, onların bilik və peşə səviyyələrinin artırılması həmişə assosiasiyaların diqqət mərkəzində olmuş, Milli Assosiasiyalar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Ədliyyə Akademiyası ilə birgə Abşeron, Masallı, Lənkəran, Astara, Xızı, Dəvəçi, Xaçmaz, Quba, Siyəzən rayonlarının bələdiyyələri üçün ixtisasartırma kursları təşkil etmiş, Salyan, Neftçala, Qazax, Qəbələ, Ağsu, Saatlı, Cəlilabad və Göygöl rayon bələdiyyələri üçün seminar-müşavirələr keçirmiş, 600 nəfərədək bələdiyyə fəalı  ixtisasartırma tədbirlərinə cəlb edilmişdir.

- Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması məqsədilə ”Yerli özünüidarəetmə orqanlarının aktlarının elektron informasiya sistemlərində açıqlanması qaydası haqqında” fərmana müvafiq olaraq 36 bələdiyyədə internet saytı açılmışdır.

- Özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları ilə

   

əməkdaşlıq davam etmiş, milli assosiasiyalarla xarici ölkələrin assosiasiyalarının əlaqələrinin yaradılmasına səy göstərilmişdir. Aprel ayının 25-dən 29-dək Latviya Bələdiyyələr İttifaqının nümayəndə heyətinin tanışlıq və təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfəri çərçivəsində Ədliyyə Nazirliyinin Akademiyasında, Bələdiyyələrlə iş mərkəzində və milli assosiasiyalarda qəbul, Bakı şəhərinin Yasamal, Abşeron rayonunun Xırdalan və İsmayıllı bələdiyyələrində isə iş təcrübəsi ilə tanışlıq həyata keçirilmişdir. İyul ayının 26-dan avqust ayının 1-dək isə Latviya Bələdiyyələr İttifaqının (LBİ) dəvəti ilə milli assosiasiyaların nümayəndə heyəti Latviya Respublikasında ezamiyyətdə olmuşlar. Nümayəndə heyəti LBİ-nin qərargahında, Regional İnkişaf və Özünüidarəetmə Nazirliyində, Latviya Universitetinin iqtisadiyyat fakültəsində, Skrunda, Liepaya, Yurkalne, Uqale, Ventspilis, Amata və Tsesis bələdiyyələrinin fəaliyyəti ilə tanış olmuş, Azərbaycanda son illər yerli özünüidarəetmə sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermiş və fikir mübadiləsi aparmış, milli assosiasiyalar və bələdiyyələrin gələcəkdə müxtəlif istiqamətlər üzrə hərtərəfli əlaqələrin qurulması və əməkdaşlıq edilməsinin təməli qoyulmuşdur.

- Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin və Yerli Demokratiya Agentlikləri Assosiasiyasının (YDAA) dəvəti ilə “Cənubi Qafqazda Yerli İdarəetmənin inkişaf etdirilməsi üzrə əməkdaşlıq” mövzusunda  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Milli Assosiasiyaların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir. Konfransda milli assosiasiyaların nümayəndələri məruzə ilə çıxış etmiş, müzakirələrdə aktiv iştirak etmişlər. Milli assosiasiyaların nümayəndə heyətindən əlavə konfransın işinə Azərbaycan tərəfindən “Aran” Humanitar Regional İnkişaf Təşkilatı, “Vətəndaş Cəmiyyətinə Doğru” Alyansın, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin nümayəndələri iştirak etmişdilər. Konfransın sonunda çıxışların və müzakirələrin nəticəsi olaraq yekun sənəd qəbul edilmişdir. Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal altında olması faktını nümayəndə heyətimiz əsas gətirərək etdiyi təkidli tələbindən sonra yekun sənədin 5-ci bəndində Cənubi-Qafqazda (Azərbaycan, Gürcüstan, və Ermənistan nəzərdə tutulur) fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının milli assosiasiyalarının əməkdaşlığını, onun inkişafını və genişlənməsini nəzərdə tutan maddə həmin sənəddən çıxarılmışdır. Ermənistanın nümayəndə heyəti heç bir əks arqument gətirməmiş, bir neçə dəfə Ermənistan tərəfi Azərbaycan tərəfini əməkdaşlığa dəvət etmişdir.

- 28 noyabr - 02 dekabr 2010-cu il tarixlərdə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ ) və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi arasında “Azərbaycanda bələdiyyələrin inkişafı sahəsində əməkdaşlığa” dair birgə həyata keçiriləcək layihənin Proqramına uyğun olaraq Mərkəzin bir qrup əməkdaşlarının və milli assosiasiyaların sədrlərinin yerli və regional özünüidarə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi məqsədi ilə Almaniyanın Berlin, Potsdam, Ştuttgart və Baden-Württemberg şəhərlərinə səfərləri zamanı yerli özünüidarəetmə orqanlarında görüşləri olmuş, təcrübə mübadiləsi aparılmışdır.

- Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndələri olan assosiasiya sədri Plenar Sessiyasında və Avropanın müxtəlif şəhərlərində keçirilmiş müvafiq Komitələrinin 4  iclaslarında üzv qismində iştirak etmiş, qəbul olunan qərarlara dair təmsil etdikləri təşkilatların mövqeyini və təkliflərini bildirmişlər.

- Assosiasiya hesabat dövründə bir sıra qeyri-hökumət təşkilatlarının bələdiyyələrin fəaliyyəti, onlara verilmiş səlahiyyətlər, maliyyə vəziyyəti, informasiya texnologiyalarının tətbiqi və digər sahələr üzrə apardıqları tədqiqatların nəticələrini nəzərdən keçirmişdir.

- Assosiasiyanın nizamnaməsinə əsasən 2010-cu ilin aprel ayının 6-da Bakı şəhərinin Yasamal rayonunda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir.

2011-ci ildə

- “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 2011-ci ildə ümumi dəyəri 3 milyon 700 min manatdan artıq olan 303 layihə həyata keçirilmişdir. Əsasən ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, təhsil müəssisələrinin binalarının saxlanılması, içməli və suvarma suyu ilə təchizat, yerli əhəmiyyətli su arxlarının, yolların, tarix və mədəniyyət abidələrinin saxlanılması, elektrik və qaz xətlərinin lokal təmiri, “Xeyir və şər evləri”nin tikilməsi və saxlanılması, sadə idman meydançalarının saxlanılması, məişət tullantılarının yığılması və daşınması, qəbiristanlıqların qorunması istiqamətlərində bələdiyyələr tərəfindən layihələr reallaşdırılmışdır.

- Milli assosiasiyaların təşəbbüsü ilə vətəndaşların özünüidarəetmə orqanlarının fəaliyyətində və yerli demokratiyanın inkişafında  iştirakının artırılması məqsədi ilə keçirilmiş “Yerli demokratiya həftəsi” bələdiyyələrin cəmiyyətdə nüfuzunun artmasına, onların vətəndaşlarla əlaqələrinin möhkəmlənməsinə təkan vermişdir. 2011-ci ilin dekabr ayının 19-dan 25-dək müddətdə “Yerli demokratiya həftəsi” çərçivəsində 1 546 bələdiyyədə 6 207 görüş keçirilmiş, 435 000 nəfər görüşlərdə iştirak etmiş, 44 000 vətəndaş bələdiyyələrdə qəbul edilmişdir. “Demokratiya həftəsi” ərzində 2011-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilmiş, vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlər keçirilmiş, əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçt qutuları” quraşdırılmış, ictimai binalarda, küçələrdə üzərində “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”, “Yerli demokratiya həftəsində fəal iştirak edək” və ya “Yerli özünüidarəetmədə vətəndaşların iştirakını təmin edək” şüarları yazılmış plakat və transparantlar asılmış, bələdiyyələrdə “açıq qapı” günləri elan edilmiş və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil edilmiş, vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsi elan edilmiş, daxil olmuş zənglər qeydə alınmış və cavablandırılmışdır.

- Ötən dövr ərzində assosiasiya Milli Məclis, aidiyyəti nazirlik və idarələrlə işgüzar əlaqələri daha da inkişaf etdirilərək yeni müstəviyə qədəm qoymuşdur.

- Yerli özünüidarəetmə məsələləri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisin Regional Məsələlər Komitəsi ilə birgə iş aparılmış, “Komitədə görülən işlərlə”, “Dövlət büdcəsi haqqında”, “Qanunvericilikdə edilən dəyişikliklər” və “Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın hesabatı” məsələlərinin müzakirəsi ilə bağlı Komitənin keçirilmiş iclaslarında  assosiasiya  sədri iştirak etmişdir.

- Dünyada və ölkəmizdə baş verən fövqəladə hallar zamanı zəruri tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı mart ayının 30-da milli assosiasiyaların təşəbbüsü ilə və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolunun artırılması yolları” mövzusunda nazirliyin Bakı Regional Mərkəzində dəyirmi masa keçirilmişdir. İşgüzar diskussiya şəraitində keçirilmiş Dəyirmi masada fövqəladə hallar orqanları və bələdiyyələrin birgə fəaliyyəti, əhalinin fövqəladə hallara hazırlanması sahəsində daha sıx əlaqədə işləməli, ardıcıl və məqsədyönlü iş aparılması planları müzakirə edilmişdir.

- Yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq davam etmiş, milli assosiasiyalara xarici ölkələrin assosiasiyalarının əlaqələrinin yaradılmasına səy göstərilmi

Avropa şəhərləri arasında partnyor münasibətlərinin yaradılmasında   bələdiyyələrin fəal işinin Beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirən Fransa Bələdiyyələri Assosiasiyası öz illik iclasının qərarı ilə Fransa və Azərbaycan Assosiasiyalarının və Bələdiyyələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində səmərəli fəaliyyətinə görə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayevi Fransa Bələdiyyələr Assosiasiyasının qızıl medalı ilə təltif etmişd

          

- Yanvar ayının 26-dan 29-dək Milli Məclisin regional məsələlər daimi komitəsinin üzvləri, millət vəkilləri və milli assosiasiyaların sədrlərindən ibarət nümayəndə heyəti Türkiyə Bələdiyyələr Birliyi və Ankara şəhərinin Keçiörən Bələdiyyəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq çərçivəsində həmin qurumların fəaliyyəti, gördükləri işlərlə yaxından tanış olmuş, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparmışlar. Keçiörən Bələdiyyəsi Sumqayıt Bələdiyyəsi ilə qardaşlaşmış bələdiyyədir.

- Aprel ayının 10-da Sumqayıt şəhərində Türkiyənin Samsun Bələdiyyəsi ilə Sumqayıt Bələdiyyəsi arasında qardaşlaşma protokollarına imza atmış

- İyun ayının 30-dan iyulun 3-dək Ukraynanın Odessa vilayətində Ukrayna şəhər bələdiyyələrinin Ümumrespublika forumunda milli assosiasiyanın rəhbərləri iştirak etmiş, şəhər təsərrüfatının idarə edilməsi, Kanadanın Bələdiyyə Assosiasiyaları ilə iş birliyinin yaradılması, şəhər bələdiyyə sədrlərinin “yay məktəbinin təşkili” məsələsi müzakirə edilmişdir.

- Fevral ayının 2-dən 5-dək Latviya Respublikasının Regional inkişaf və ətraf mühitin mühafizəsi nazirinin rəhbərliyi ilə nazirliyin və Latviya Bələdiyyələr İttifaqının əməkdaşlarından ibarət nümayəndə heyətinin tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevlə, Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədovla, Avropa İttifaqının nümayəndəliyində və Latviya Respublikasının səfirliyində görüşlər təşkil edilmişdir. İyun ayının 6-dan 9-dək olan səfər zamanı nümayəndə heyəti İsmayıllı və Bakı şəhərinin Nizami bələdiyyələrinin iş təcrübəsi ilə tanış olmuş, Latviyalı həmkarları ilə qardaşlaşma imkanları nəzərdən keçirilmişdir.

    

- Avqust ayının 22-də 28-dək isə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının, İsmayıllı, Bakı şəhərinin Nizami, M.Ə.Rəsulzadə və Abşeron rayonunun Novxanı bələdiyyələrinin əməkdaşlarından ibarət nümayəndə heyəti Latviya Respublikasında səfərdə olmuşlar. Səfər çərçivəsində həmin bələdiyyələrlə müvafiq olaraq Latviyanın Amata, Kekava, Tsesis və Ventspils bələdiyyələri arasında qarşılıqlı əməkdaşlıq haqqında protokollar imzalanmışdır.

- İyun ayının 23-dən 25-dək milli assosiasiyaların konfrans zalında “Yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı layihələrin hazırlanması praktikası” mövzusunda Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə bələdiyyələrin nümayəndələri üçün Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının və Almaniya Texniki (Beynəlxalq) Əməkdaşlıq Təşkilatının (GTZ) birgə təlimləri keçirilmişdir.

- Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə əlaqələr inkişaf etdirilərək təşkilatın nümayəndələri ilə keçirilən görüşlərdə gələcək əməkdaşlıq və bələdiyyələrdə keçiriləcək birgə layihələr müzakirə olunmuşdur.

- Noyabr ayında Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən Milli assosiasiyalarda “Almaniyada yerli özünüidarəetmənin maliyyələşmə sistemi” mövzusunda təlim keçirilmişdir. Təlimdə Almaniyanın, inzibati ərazi quruluşu, ərazi dairələri arasında səlahiyyət bölgüsü, yerli özünüidarəetmə orqanlarının maliyyə əsasları və sair məsələlər barədə geniş məlumat verilmişdir.

- Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndələri Plenar Sessiyada və Avropanın müxtəlif şəhərlərində keçirilmiş müvafiq Komitələrinin 4 iclasında üzv qismində ardıcıl olaraq iştirak etmiş, qəbul olunan qərarlara dair təmsil etdikləri təşkilatların mövqeyini, öz fikir və təkliflərini bildirmişlər.

- Bir sıra qeyri-hökumət təşkilatlarının bələdiyyələrin fəaliyyəti, onlara verilmiş səlahiyyətlər, maliyyə vəziyyəti, informasiya texnologiyalarının tətbiqi və digər sahələr üzrə apardıqları tədqiqatların nəticələrini nəzərdən keçirmiş, münasibət bildirmişlər.

- Aprel ayının 12-da Sumqayıt şəhərində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir.

2012-ci ildə

- Milli Assosiasiyaların sədrləri, əməkdaşları, bələdiyyələrin nümayəndələri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları ilə birlikdə 2012-ci ilin yanvar - mart ayları ərzində Bakı, Gəncə şəhərlərində və Şəki, Göyçay, Ağstafa, Biləsuvar, Ağcabədi, Bərdə rayonlarında “Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və bələdiyyə işinin təkmilləşdirilməsi” mövzusunda keçirilən seminarlarda iştirak etmişlər.

- Aprel ayının 9-da Mingəçevir şəhərində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir.

- Yanvar ayının 26-dan 29-dək Türkiyədə səfərdə olmuş Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, millət vəkilləri və milli assosiasiyaların sədrlərindən ibarət nümayəndə heyəti Türkiyə Bələdiyyələr Birliyi və Ankara şəhərinin Keçiörən bələdiyyəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq çərçivəsində həmin qurumların fəaliyyəti, gördükləri işlərlə yaxından tanış olmuş, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparmışlar.

- Aprel ayının 23-dən 29-dək assosiasiya əməkdaşları və bələdiyyə sahəsində çalışan nümayəndələrdən ibarət heyət Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən yerli və regional özünüidarəetmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi məqsədi ilə Türkiyənin İstanbul şəhərində keçirilmiş tədbirlərdə iştirak etmişlər.

- Milli Assosiasiyaların əməkdaşları 24 apreldə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Azərbaycanda yerli, regional və milli iştirakçıların rolu - müasir yerli idarəetmə” mövzusunda təşkil etdiyi seminar-müşavirədə iştirak etmişlər. Seminar-müşavirədə Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer Kaybic, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkə üzrə direktoru Henning Tvesten, İnnsbruk Universitetinin Hüquq Fakültəsinin professoru Norbert Vimmer mühazirə oxumuşlar. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev mövzu ilə bağlı müzakirələrdə iştirak etmişdir.

- Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) birgə layihəsi çərçivəsində 28 aprel - 5 may 2012-ci il tarixlərdə Respublikanın 6 rayonunda (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Göygöl) ”Yerli əhəmiyyətli sosial, iqtisadi və ekoloji layihələrin hazırlanmasında bələdiyyələrin bilik və bacarıqlarının artırılması” mövzusunda bələdiyyə sədrləri üçün təlim-seminarlar keçirilmişdir. Təlim-seminarlar zamanı milli assosiasiyaların əməkdaşları təlimin məqsədləri və layihələrin hazırlanmasında üstün cəhətləri barədə bələdiyyə sədrlərinə geniş məlumat vermişlər. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndələri slayd görüntülərdən istifadə edərək bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində strateji planın hazırlanması ilə bağlı tədbir iştirakçılarına təlim keçmişlər.

- İyun ayının 6-dan 14-dək Latviya Bələdiyyələr İttifaqının və bir sıra bələdiyyələrin əməkdaşlarından ibarət nümayəndə heyətinin tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə ölkəmizə səfəri çərçivəsində Beyləqan, Qəbələ və Qusar bələdiyyələrində iş təcrübəsi ilə tanış olmuş, həmin bələdiyyələrin Latviyalı həmkarları ilə qardaşlaşma imkanları müzakirə edilmişdir.

- Avqust ayının 9-dan 18-dək isə Beyləqan və Qəbələ rayonunun, sentyabr ayının 12-dən 20-dək Qusar rayonunun bələdiyyələrinin əməkdaşlarından ibarət nümayəndə heyəti Latviya Respublikasında səfərdə olmuşlar. Səfər çərçivəsində həmin bələdiyyələrlə müvafiq olaraq Latviyanın Stopini, Salatsqriva, Yekabpils, Karsava və Preyli bələdiyyələri arasında qarşılıqlı əməkdaşlıq haqqında protokollar imzalanmışdır.

- “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində bələdiyyələr tərəfindən Assosiasiyalara daxil olmuş məlumatların təhlili göstərmişdir ki, bələdiyyələr 2012-ci ilin sonunadək ümumi dəyəri 17 milyon manat 251 layihənin həyata keçirməyi planlaşdırmışlar. Əsasən ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin binalarının saxlanılması, içməli və suvarma suyu ilə təchizat, yerli əhəmiyyətli su arxlarının, yolların, tarix və mədəniyyət abidələrinin saxlanılması, elektrik və qaz xətlərinin lokal təmiri, “Xeyir və şər evləri”nin tikilməsi və saxlanılması, sadə idman meydançalarının saxlanılması, məişət tullantılarının yığılması və daşınması, kanalizasiya xətlərinin çəkilməsi və saxlanılması, qəbiristanlıqların qorunması istiqamətlərində layihələrin reallaşdırılması nəzərdə tutulur.

- Milli assosiasiyaların təşəbbüsü ilə respublika bələdiyyələri tərəfindən 2012-ci ilin noyabr ayının 5-dən 11-dək keçirilmiş “Yerli demokratiya həftəsi” onların vətəndaşlarla əlaqələrinin möhkəmlənməsinə, yerli özünüidarəetmədə vətəndaşların iştirakının təmin edilməsinə təkan vermişdir. “Həftə” ərzində “İnsan hüquqları bələdiyyənin daha şəffaf fəaliyyətini şərtləndirir” adı altında 1 545 bələdiyyədə 6 706 görüş keçirilmiş, 523 000 nəfər görüşlərdə iştirak etmiş, 45 000-ə yaxın vətəndaş bələdiyyələrdə qəbul edilmişdir. “Demokratiya həftəsi” ərzində hər bir vətəndaşın bələdiyyənin bilavasitə insan hüquqlarına aid olan sənəd və materialları ilə tanış olmaq, habelə bələdiyyənin fəaliyyəti haqqında tam məlumat almaq imkanı təmin edilmiş, onların müraciətlərinə baxılmış, 2012-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilmiş, 2013-cü ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlər keçirilmiş, əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçt qutuları” quraşdırılmış, ictimai binalarda, küçələrdə üzərində “İnsan hüquqları bələdiyyənin daha şəffaf fəaliyyətini şərtləndirir”, “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” və ya “Yerli özünüidarəetmədə vətəndaşların iştirakını təmin edək” şüarları yazılmış plakat və transparantlar asılmış, bələdiyyələrdə “açıq qapı” günləri elan edilmiş və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil edilmiş, vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsi elan edilmiş, daxil olmuş zənglər qeydə alınmış və cavablandırılmış, habelə bələdiyyə tərəfindən məqsədəuyğun hesab edilən digər tədbirlər həyata keçirilmişdir.

- Milli Assosiasiyaların əməkdaşları 26 noyabr 2012-ci il tarixdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) birgə təşkilatçılığı ilə “Şəffaf bələdiyyə” mövzusunda keçirilən seminarda iştirak etmişlər. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasına həsr olunmuş seminarda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev məsələ ətrafında çıxış etmişdir.

- Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndələri Plenar Sessiyada və Avropanın müxtəlif şəhərlərində keçirilmiş müvafiq Komitələrinin 4 iclasında üzv qismində ardıcıl olaraq iştirak etmiş, qəbul olunan qərarlara dair təmsil etdikləri təşkilatların mövqeyini, öz fikir və təkliflərini bildirmişlər.

- Bir sıra qeyri-hökumət təşkilatlarının bələdiyyələrin fəaliyyəti, onlara verilmiş səlahiyyətlər, maliyyə vəziyyəti, informasiya texnologiyalarının tətbiqi və digər sahələr üzrə apardıqları tədqiqatların nəticələrini nəzərdən keçirmiş, münasibət bildirmişlər.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609