Bələdiyyə sədri

                                                                                     
 Əsədov Sultan Misir oğlu



Əsədov Sultan Misir oğlu 1957-ci ilin oktyabr ayının 9-da Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1972-1974-cü illərdə Bakı şəhəri kimya-biologiya  təmayüllü orta məktəbi bitirmişdir.1974-cü ildə Kimya Sənaye İstehsalat birliyində torrnaçı işinə qəbul olmuşdur.1979-cu ildə Azərbaycan Neft-kimya İnistitutunun Sumqayıt filialının mexanıka fakultəsinin axşam şöbəsinə qəbul olmuşdur.1987-1989-cu illərdə Sumqayıt şəhər Dövlət Xlor Layihə Elmi Tədqiqat İnstitutunda şöbə  müdiri işləmişdir. 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışmışdır.           

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilmiş və sədr müavini işləmişdir. Sumqayıt  Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə yenidən Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilmişdir.
21 aprel, 2016-ci il tarixində keçirilən iclasda qurumun sədri məsələsi səsverməyə çıxarılıb və Sultan Əsədov Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib. 

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609