Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrində 2014-cü ilin hesabat-seçki iclaslarının yekunu haqqında ARAYIŞ

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublkası Qanununun 31-ci maddəsinə və Sumqayıt Bələdiyyəsinin 2004-cü il 30 yanvar tarixli qərarı ilə təsdiq edilmiş « Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri haqqında Əsasnamə»yə müvafiq olaraq məhəllə komitələri vətəndaşların açıq səsvermə yolu ilə 2 il müddətinə seçilir.Buna uyğun olaraq 2006-cı ilin mart-iyul aylarında, 2008-ci ilin aprel-avqust aylarında, 2010-cu ilin aprel-iyul aylarında, 2012-ci ilin aprel-iyun aylarında Sumqayıt şəhər ərazilərində məhəllə komitələrinin hesabat seçki iclasları keçirilmişdir.                                                                                                                                                 «Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin 2014-cü ildə hesabat seçki iclaslarının keçirilməsi haqqında» Sumqayıt Bələdiyyəsinin  2014-cü il 31 mart tarixli iclasının qərarına uyğun olaraq Bələdiyyə ərazisində 135 məhəllə komitəsində hesabat-seçki iclasları keçirilmiş və həmin hesabat-seçki iclaslarında 10550 nəfər şəhər sakini iştirak etmişdir.Yuxarıda qeyd olunan 135 məhəllə komitəsindən 8-i cari seçki kampaniyası əsasında yeni yaradılmışdır. Hesabat–seçki iclaslarından məhəllə komitələrinin hesabatı dinlənilmişdir. Məhəllə komitələrinin hesabatlarından aydın olur ki, Bələdiyyə tərəfindən məhəllə komitələri ilə aparılan işlər və həyata keçirilən tədbirlər nəticəsində məhəllə komitələrinin işində müəyyən fəallıq yaranmış, onlar ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması, sanitar vəziyyətinin yaxşılaşdırılması, uşaq meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin və digər obyektlərin tikintisi və yenidən quraşdırılmasında və s.kimi tədbirlərdə fəal iştirak etmiş, vətəndaşların bu tədbirlərdə iştirakına nail olmuşlar.Vətəndaşlar öz çıxışlarında məhəllə komitələrinin fəaliyyətinə qiymət vermiş, məhəllə komitələrinin işinin yaxşılaşdırılması və təkmilləşdirilməsi onların  Bələdiyyə və qeyri-hökümət təşkilatları, şəhərin müvafiq dövlət strukturları ilə əməkdaşlığının möhkəmləndirilməsi üçün təkliflərini söyləmişlər. Sumqayıt Bələdiyyəsi ərazisində keçirilən iclasların təqdim olunmuş protokollarına əsasən məhəllə komitlərinin tərkibinə 1262 nəfər seçilmişdir. Seçilmiş 135 məhəllə komitələrinin sədrlərindən 24-ü qadındır. Məhəllə komitələrinin tərkibinə seçilmiş insanların əksəriyyəti öz ərazilərində tanınmış, böyük nüfuza malik, ictimai işlər görməyə həvəsi olan insanlardan ibarətdir.                                                                                                                 Eyni zamanda vətəndaşlar qeyd etmişlər ki, Bələdiyyənin məhəllə komitələrinin sədrlərinin bir hissəsi hələ də öz səlahiyyətləri və vəzifələri çərçivəsində fəaliyyət göstərmir, müvafiq ərazilərin problemləri ilə ciddi məşğul olmur, problemlərin həlli üçün daxili imkanlardan istifadə etmirlər və lazımı təşəbbüskarlıq göstərmirlər.Bir sıra məhəllə komitələri vaxtında iclasları keçirmir, vətəndaşlar qarşısında hesabatlar vermir ,vətəndaşları yerli əhəmiyyətli məsələlərin həllinə cəlb etmirlər. Məhz buna görə də məhəllə komitələrinin sədrlərindən 22-i nəfəri yerli sakinlər tərəfindən dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Belə ki, 5-ci məhəllə üzrə 1 saylı, 8-12-ci məhəllələr üzrə 1 saylı, 49-cu məhəllə üzrə 1 saylı, 1-ci mikrorayon üzrə 3 saylı, 3-cü mikrorayon üzrə 2 saylı, 4-cü mikrorayon üzrə 1,2,4 saylı , 5-cı mikrorayon üzrə 2 saylı, 8-ci mikrorayon üzrə 1 saylı, 9-cu mikrorayon üzrə 1 saylı, 9-cu mikrorayon üzrə 3 saylı, 9-cu mikrorayon üzrə 4 saylı, 9-cu mikrorayon üzrə  7 saylı, 10-cu mikrorayon üzrə 2 saylı, 11-ci mikrorayon üzrə 3 saylı, 13-cü mikrorayon üzrə 2 saylı, 17-ci mikrorayon üzrə 1 saylı,    18-ci mikrorayon üzrə 4 saylı, Sumqayıt satnsiyası üzrə məhəllə komitəsi, Maralgöl şəfa mehmanxanasına qədər 1 saylı məhəllə komitələrinin sədrləri dəyişdirilib və Sumqayıtçay ərazisi üzrə 1 saylı, Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 2 saylı, 20-ci məhəllə üzrə 1 saylı, 11-ci mikrorayon üzrə 4 saylı, 21-ci mikrorayon üzrə 2 saylı, Sumqayıt Bələdiyyəsi Sarıqaya ərazisi Mehdi Hüseynzadə  düşərgəsi üzrə 1 saylı, Sarıqaya ərazisi üzrə 2 saylı,YYM-i 2A məhəllə üzrə 1 saylı  məhəllə komitələri  yeni yaradılıb. Ərazilərdə keçirilən hər bir iclasda məhəllə komitələrinin hesabatları dinlənmiş, geniş müzakirələr olunmuşdur. Hesabat-seçki kompaniyası zamanı məlum olmuşdur ki, artıq məhəllə komitələrinin işində xeyli fəallıq yaranmış,  ərazilər abadlaşdırılmış, yaşıllışdırılmış, iri həcmli layihələr həyata keçirilmiş, məhəllədaxili yollar, küçələr yenidən təmir edilmiş və sairə bu kimi işlərdə vətəndaşların fəal iştirakına nail olunmuşdur.            Belə ki, «Xəzri» 1 saylı, 2-ci məhəllə üzrə 2 saylı, 15-ci məhəllə üzrə 2 saylı, 21-ci məhəllə üzrə 1 saylı , 45-ci məhəllə üzrə 1 saylı , 48-ci məhəllə üzrə 1 saylı, 1-ci mikrorayon üzrə 4 saylı, 4-cü mikrorayon üzrə 1 saylı, 6-cı mikrorayon üzrə 4 saylı, Kimyaçılar qəsəbəsi üzrə 2 saylı, İnşaatçı üzrə 1 saylı, Təzə və köhnə kotecler üzrə, Avtomobil məktəbi yataqxanası 1 saylı, Sarıqaya ərazisi üzrə 1 saylı, Tuq zavod ətrafı üzrə 1 saylı, Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı, 2 saylı xəstəxana ətrafı 1 saylı, Sarıqaya ərazisi üzrə 1 saylı,Təzə və Köhnə koteclər üzrə 1 saylı və Yeni Yaşayış massivi üzrə 1-3,4,8 məhəllə komitələri öz səlahiyyətlərinə aid olan məsələlərin həllində fəal iştirakını təmin etmiş, qeyri hökümət və donor təşkilatları ilə əməkdaşlıq edərək iri həcmli layihələrin həyata keçirilməsinə nail olmuşlar.Bununla bərabər məhəllə komitələrinin hesabat-seçki iclaslarında bir sıra nöqsanlar ortaya çıxmış, bəzi məhəllə komitələrinin sədrlərinin öz işlərinə biganə yanaşması aşkar olunmuşdur. Həmin məhllə komitələrinin sədrləri  yeniləri ilə əvəz olunmuşdur.Bütün məhəllə komitələrindən toplanan protokollar əsasında irəli sürülən təkliflər ümumləşdirilərək  ərazilər üzrə 353 bənddən ibarət ümumi təkliflər paketi və onların icrası üçün tədbirlər planı hazırlanmışdır.                                                           Məhəllə komitələrinin hesabat-seçki iclaslarında bələdiyyənin sədr müavinləri Sultan Əsədov, Zeynəb Məmmədyaraova, təşkilat şöbəsinin müdri Gülrəng Cümşüdova və şöbənin əməkdaşları çıxış edərək Sumqayıt Bələdiyyəsinin 2013-cü ildə fəaliyyətinin nəticələrindən, məhələ komitələrinin səlahiyyətləri öz işlərinin yaxşılaşdırılması , Bələdiyyə və qeyri-hökümət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsindən, vətəndaşların yerli əhəmiyyətli məsələlərin həllində iştirakını fəallaşdırılması yollarından danışmışlar.Eyni zamanda iclaslarda Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemlər və perspektivlər, « İnsan Hüquqları aylığı», narkomaniyaya qarşı mübarizə haqqında izahat verilmiş və bu işdə məhəllə komitələrinin rolundan danışmışlar.Hesabat-seçki iclasları zamanı ərazilərdə mövcud olan problemlər haqqında fikirlər söylənmiş və onların həlli yolları araşdırılmışdır. Məhəllə komitələrinin fəaliyyətnin səmərəliliyinin artırılmasına dair geniş söhbətlər edilmiş, hər bir məhəllə komitəsinin ərazisində irəli sürülən təkliflər sistemləşdirilmiş və ümumləşdirilərək geniş tədbirlər planı hazırlanmışdır. Məhəllə komitələrinin hesabat-seçki iclaslarının gedişatı KİV-də işıqlandırılmış və Sumqayıt Bələdiyyəsinin internet saytına verilmişdir.
Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609