Xarici Əlaqələr

Almaniyanın “Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı”nın yeni rəhbəri Sumqayıt Bələdiyyəsinin sədri ilə görüşmüşdür

03.08.2015

“Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı”nın yeni rəhbəri Aksel Mülleri səmimiyyətlə qarşılayan Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıtın çoxillik qardaşlıq əlaqələrinin uğurla davam etməsindən, sosial-iqtisadi sahələrdə qarşılıqlı təcrübə mübadilələrinin praktiki əhəmiyyətindən, bu iki sənaye şəhərinin partnyorluq münasibətlərinin nümunə olacaq dərəcədə faydalı olmasından söhbət açmışdır. Bələdiyyə sədri son illərdə Sumqayıtın ekoloji mühitinin sağlamlaşdırılması, qorunub-saxlanması istiqamətində əldə olunmuş uğurların təbliğinin aparılmasında alman ekoloq-mütəxəssislərinin səylərini yüksək dəyərləndirmişdir.  


Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev Türkiyədə keçirilən Beynəlxalq Ramazan festivalında iştirak etmişdir

21.07.2015
Sumqayıt Bələdiyyəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri professor Əbülfəz Babayev bugünlərdə Türkiyənin Keçiörən Bələdiyyəsinin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən 6-cı Beynəlxalq Ramazan şənliklərində iştirak etmişdir. Bir çox müsəlman ölkələri nümayəndələrinin iştirak etdiyi bayram tədbiri çərçivəsində “Azərbaycan Evi”nin açılışı Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının yeni bir nümunəsi kimi özünün xüsusi əhəmiyyəti ilə daha yaddaqalan olmuşdur. Təntənəli açılış mərasimində təşkilatçı bələdiyyənin Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ak, ölkəmizin Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin millət vəkili Orxan Atalay və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev çıxış etmişlər. 

Sumqayıt Bələdiyyəsində Almaniyanın “Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı”nın yeni rəhbəri Aksel Müllerlə görüş olmuşdur

04.06.2015
“Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı”nın yeni rəhbəri ilə tanışlıq xarakteri daşıyan görüşdə qonağı səmimiyyətlə qarşılayan Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Almaniyanın Lüdviqshafen şəhəri ilə çoxillik qardaşlıq əlaqələri olan Sumqayıtın yaranma tarixi, onun Azərbaycan iqtisadiyyatının gücləndirilməsində rolu barədə ətraflı məlumat vermişdir. Tarixən çox az yaşı olmasına – cəmi 65 il əvvəl düzəngah bir çöldə təməli qoyularaq yaradılmasına baxmayaraq, Sumqayıtın indi bütün cənubi Qafqazda ikinci ən böyük sənaye şəhəri olması, keçmiş SSRİ-də özünün yeganə istehsalçısı olduğu müxtəlif sənaye məhsullarını dünyanın əksər ölkələrinə ixrac etməsi, son illərdə inşa olunaraq ən son texnologiyalar əsasında fəaliyyətə başlamış yeni istehsal müəssisələri, neft-kimya və energetika kompleksləri hesabına sənaye potensialının daha da artması alman qonağın diqqətinə çatdırıldı. 

Ermənistanın işğalçılıq siyasətinin nəticələri Portuqaliyada keçirilən beynəlxalq tədbirdə də diqqətə çatdırılmışdır

18.02.2015

Bugünlərdə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Yerli və Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin Portuqaliyanın Matosinhos şəhərində keçirilən növbəti  toplantısında iştirak etmişdir.

Tədbirdə Konqresin baş katibi Andreas Kifer  və Monitorinq Komitəsinin rəhbəri Filip Rekevur komitənin son dövrdəki fəaliyyəti barədə Konqres iştirakçılarına  geniş məlumat vermişlər. Sonra üzv ölkələr tərəfindən Avropada yerli və regional demokratiyaya dair “Yerli özünüidarə haqqında Avropa Xartiyası”nın prinsiplərinə əməl olunması ilə bağlı aparılan monitorinqlərin nəticələri müzakirə olunmuşdur.


Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev İtaliyanın Sumqayıtla qardaşlaşmş Bari şəhərində işgüzar səfərdə olmuşdur

04.02.2015

Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Sumqayıt və İtaliyanın Bari şəhərləri arasında 10 il əvvəl təməli qoyulmuş əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədilə bugünlərdə Bari şəhərində işgüzar səfərdə olmuşdur.

Tərkibində ölkəmizin İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Vaqif Sadıqovun da olduğu Azərbaycan nümayəndə heyəti ilk öncə Bari şəhərinin vitse-meri Vinçenço Brandi ilə görüşmüşdür. Görüş zamanı İtaliya və Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyi, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığa dair bəyannamənin qəbul olunduğu, ölkələrimiz arasında iqtisadi əlaqələrin ildən-ilə genişləndiyi, ticarət dövriyyəsinin isə 8 mlrd. avrodan da çox olduğu məmnunluqla qeyd edilmişdir

Əbülfəz Babayev: “Roma Papası Strasburqda Avropa ölkələrini tolerantlığa, beynəlmiləlçiliyə çağırdı”

07.12.2014

Bugünlərdə Roma Papası Fransiskin Strasburqa gəişi münasibətilə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (AŞ YRHK) təntənəli sessiya keçirilmişdir. Üzvləri sırasında Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin də olduğu Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiya zamanı Konqresin katibi Roma Papasını salamlayaraq, Avropada cəmiyyətlərin idarə olunmasında Vatikanın və şəxsən Roma Papasının rolunu yüksək dəyərləndirmiş, Avropa ölkələrində tolerantlığın, beynəlmiləlçiliyin təbliğinə həsr edilmiş sessiyada iştirakına görə yüksək dini rəhbərə təşəkkür etmiş və Avropa ölkələri üçün bu gün aktual olan mövzu ilə bağlı çıxış üçün ilk sözü ona vermişdir. 


Əbülfəz Babayev: Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi erməni separatizmini pisləyən qərar qəbul etmişdir

28.10.2014

Üzvləri sırasında Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayevin də olduğu Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 27-ci sessiyasında MDB ölkələrində baş qaldıran separatizm halları ilə bağlı bəyanat layihəsi ətrafında aparılan geniş müzakirələrdə iştirak etmişdir. Konqresin plenar iclasında ölkəmizin nümayəndə heyətinin üzvləri Gürcüstan, Ukrayna və Moldovadan da öncə Azərbaycanın artıq 25 ildən də çoxdur ki, ayrılmaz hissəsi olan Dağlıq Qarabağda yaşayan ermənilərin separatizminə məruz qaldığını, lakin buna baxmayaraq bir çox beynəlxalq qurumlar tərəfindən Azərbaycanın yox, Ermənistanın, Dağlıq Qarabağdaki separatçı erməni qüvvələrinin dəstəkləndiyini, ölkəmizə qarşı ikili standartlarla yanaşıldığını, Azərbaycanın haqq səsinin bugünə qədər eşidilmədiyini haqlı etirazla diqqətə çatdırmışlar.


Sumqayıtın 65 illik yubiley tədbirlərində iştirak etmiş Rustavi meriyasının nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşmüşdür

24.09.2014

Bu gün - sentyabrın 24-də Gürcüstanın Sumqayıtla qardaşlaşmış şəhəri olan Rustavinin merinin müavini Giorgi Tabatadzenin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşmüşdür.


Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasyasının sədri Əbülfəz Babayev III Dünya Türk Forumunda iştirak etmişdir

04.06.2014

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə Türkiyənin Ədirnə vilayətindəki Trakya Universitetində III Dünya Türk Forumu keçirilmişdir.

Forumunun açılış mərasimində  TASAM-ın sədri Süleyman Şensoy Dünya Türk Forumunun əhəmiyyətindən danışmışdır.


Almaniyanın Lüdviqshafen şəhərinin mütəxəssislər qrupu və Sumqayıt Bələdiyyəsi sosial məsələlərlə bağlı təcrübə mübadiləsi aparmışlar

14.03.2014
Almaniyanın Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərinin Reyn ştatının respublikamızda işgüzar səfərdə olan mütəxəssislər qrupu bu gün Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşə­rək, ilk öncə Azərbaycanda son illərdə aparılan geniş miqyaslı tikinti-abad­lıq işlərindən məmnunluqlarını ifadə etmiş, sürətlə inkişaf edən, yeniləşərək tanınmaz dərəcədə dəyişən ölkəmizin Avropanın qabaqcıl bir ölkəsinə çevrilməsindən bir partnyor olaraq sevinc və dost qüruru duyduqlarını bildirmişlər.

Görülən 1 - 10 qədər, 14

Səhifə: 12 Next >
Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609