Bələdiyyə mülkiyyəti

Bələdiyyələrin statusu haqqında Qanunun 2-ci maddəsinin 7-ci bəndinə əsasən: Bələdiyyə mülkiyyəti- bələdiyyəyə mənsub olan bütün növ daşınan və daşınmaz əmlakdır.

Həmin qanunun 33 -cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədən kənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisəsələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisəsələri, digər daşınar və daşınmaz əmlak daxildir. 

Bələdiyyənin İcra aparatının strukturuna əsasən onun aparıcı şöbələrindən biri olan bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli В«Bələdiyyə torpaqlarının idarəedilməsi haqqındaВ» Qanununa müvafiq olaraq bilavasitə bələdiyyə mülkiyyətində olan torpaqların idarəedilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə ayrılan torpaqların В«Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqındaВ» Əsasnamənin tələblərinə uyğun təmzimlənməsini təmin edir.

Bu Əsasnamə В«Bələdiyyə torpaqlarının idarəedilməsi haqqındaВ» Qanunun 6.5. maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. 

Əsasnamənin III bölmə 11 maddəsi torpaq sahəsinin ayrılmasına dair müraciyyətə baxılması qaydasını müəyyən edir.

Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciyət edərək, aşağıdakıları göstərməlidir.

1. torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını;
2. torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət, istifadə və ya icarə hüquqi ilə) ayrılmasını;
3. əvvəllər torpaq sahəsi alıb-almadığını;
4. ailə üzvlərinin adına torpaq sahəsinin olub-olmadığını;
5. ailə üzvlərinin sayını və tərkibini;
6. torpaq sahəsinin yerini, yaxud həmin yerin ünvanını və ölçüsünü;
7. torpaq sahəsində tikilməsi, yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizi;
8. daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər).

Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi hər bir müraciyətə Əsasnamə ilə nəzərdə tutulmuş müddətlərdə baxılmasını təmin edir. 

Sumqayıt şəhər bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin müdiri- Əhmədov Elxan Baba oğlu
Qəbul günləri: hər həftənin I və III günləri saat 16:00-18:00
Əlaqə telefonu 64-8-49-01

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609