Bələdiyyə vergiləri

Vergilər əsasən fiziki şəxslərdən torpaq və əmlak vergisinin, fiziki və hüquqi şəxslərdən icarə haqqının, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlərin, avtodayanacaq ödənişlərinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən ibarət olur. Cari rüb ərzində Sumqayıt şəhər ərazisində yerləşən fiziki və hüquqi şəxslərə məxsus obyektlərə torpaq icarə haqqı müqaviləsi bağlanmış, tədiyyəçilərlə görüşlər keçirilmiş, maarifləndirici işlər aparılmışdır. Görülən tədbirlər nəticəsində cari rüb ərzində 104466 manat vəsait toplanmışdır. Bunun 31030 manatı torpaq vergisi, 2470 manatı əmlak vergisi, 53986 manatı icarə haqqı, 5865 manatı reklama görə ödənişlər, 5866 manatı avtodayanacaq rüsumları, 1709 manatı mədən vergisi, 3540 manatı isə digər ödənişlər olmuşdur.

Ümumiyyətlə cari rüb ərzində vergilər şöbəsi 83479 manat plana qarşı 104466 manat vəsait toplayaraq rüblük planı 125,1 % yerinə yetirmişdir.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609