Coğrafiya

Ümumi məlumat 
Sumqayıt inzibati rayonu Xəzər dənizinin qərb sahilinin 32 kilometrlik boyunca düzənlik sahədə yerləşmişdir. İnzibati rayonunun ərazisi 9495 hektar təşkil edir ki, bunun da 3207 hektarı sənaye zonası, 2970 hektarı yaşayış zonası, 805 hektarı bağ təsərrüfatı, 946,9 hektarı yaşıllıq sahəsi, 535 hektarı fərdi torpaq sahələri, 623,1 hektarı isə digər torpaq sahələridir. (bataqlıqlar, gölməçələr və s.) Sumqayıt şəhəri keçmiş və dünyanın ən gərgin ekoloji rayonlarından biri idi. Müəssisələrin yerləşdirilməsi, tikintisi, istismarı sahəsində planlaşdırmada nəzarətin təşkilində yol verilən çox saylı nöqsanlar bir sıra hallarda şəhərin dünyada analoqu olmayan ziyanlı texnologiyaların sınağı poliqonuna çevrilməsi ekoloji gərginliyi yaradan əsas səbəblərdən olmuşdur. 

Relyef və torpaq örtüyü 
Ərazinin relyefi sakitdir, torpaq suları üfiqi səthdən 1,2-2,0 metr dərinlikdə səviyyələnib. Torpağı boz rəngdədir, əsasən qumsal və şoran tiplidir. Torpağın hesabi müqaviməti 0,15 + 0,18 Mpa təşkil edir. Torpaq I tip çöküntülərə aiddir. Kimyəvi tərkibinə görə torpaq suları bütün növ betonlara nəzərən sulfat aqressivliyinə malikdir. 

Yağıntılar 
Quraqlıq və yarımsəhra iqlim zonasında yerləşən rayonda illik yağıntının miqdarı az, günəşli günlərin sayı çox olur. Güclü küləklər ilin bütün fəsillərində şimal (В«XəzriВ») və cənub (В«GilavarВ») istiqamətlərində əsirlər. Küləkli günlərin sayı ildə 200-dən çox olur və küləyin sürəti adətən 5m/san arasında dəyişilir, bəzi günlərdə isə küləyin sürəti 20 m/san-dən çox olur. Havanın ən aşağı temperaturu – 13 o S yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə + 40 o S , avqust ayında qeydə alınmışdır. Yay fəsli dövründə torpağın səth temperaturu + 60 o S qədər çatır. Yağıntılar əsasən payız-qış mövsümlərində olur. Yaz və yay ayları quraqlıq olur. 

Su mənbələri 
İnzibati rayonun ərazisində və ətrafında təbii su mənbələri Xəzər dənizindən və bir neçə kiçik göldən ibarətdir. Bu mənbələr şor sularıdır, içmək üçün yararlı deyildir. Bir qədər aralıda, Sumqayıt şəhərindən 5-10 km cənubi-qərbdə içməli su ehtiyatı olan süni surətdə yaradılmış В«Ceyranbatan Su AnbarıВ» hövzəsi yerləşir. İnzibati rayon ərazisindən keçən В«Sumqayıt –çayВ»ın mənbə axarı ilin çox vaxtı susuzdur. Yalnız aprel-may aylarında güclü yağışlardan sonra В«Sumqayıt-çayВ»da su olur. Çayın mənsəbindəki sular isə əsasən sənaye müəssisələrinin В«şərti təmizВ» adlı sularından formalaşır. Mənsəbdə suyun həcminin müntəzəmliyi və çoxluğu bununla izah olunur. Sumqayıt şəhərinin cənub qurtaracağından В«Samur-AbşeronВ» kanalı keçir. Bu kanalın suyu ilə В«Ceyranbatan Su AnbarıВ» hövzəsi vasitəsilə Bakı-Sumqayıt şəhərləri içməli su ilə təmin olunurlar. Eyni zamanda, В«ŞollarВ» su mənbəyindən şəhər ərazisində, əsasən məişətdə və qismən sənaye müəssisələrində istehsalatda istifadə edilir. 

Bitki örtüyü 
Rayon ərazisində təbii bitki örtüyü əsasən yarımsəhra xarakterli yovşan və bataqlıq otundan ibarətdir. Təbii meşə örtüyü sahələri və sanitar-qoruyucu meşə zolaqları yoxdur. Süni surətdə salınmış küçə yaşıllıqları, bağ və xiyabanlar, iri parklar, meşə zolağı vardır.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609