Mədəniyyət

      Sumqayıtın sakinlərinə coxsaylı mədəniyyət obyektləri, kitabxanalar, klublar, kinoteatrlar və parklar xidmət göstərir. Bunların arasında Ərəblinski adına Dram teatr, Kimyaçılar Mədəniyyət Sarayı, Azərbaycanın məşhur şairi Səməd Vurğun adına Mədəniyyət Sarayı, Rəsm Qalareyası və Sumqayıt Tarix Muzeyi xüsusilə qeyd edilməlidir. 1998-ci ildə salınmış Heydər Əliyev adına şəhər parkı isə sakinlərin sevimli istirahət yerlərindən biridir.

      Sumqayıt şəhərində keçirilən mədəniyyət tədbirlərinin bir coxu milli bayramların və şəhər tədbirlərinin keçirilməsi ilə bağlıdır. Bütün bu tədbirlərdə Sumqayıtlı gənclər və uşaqlar ən aktiv şəkildə iştirak edirlər çünki bütün dünyada olduğu kimi burada da gənclərin incəsənətə, musiqiyə və rəqslərə həvəsi böyükdür və bu sahədə onlar üçün hər cür şərait yaradılmışdır. Bu gün Sumqayıt şəhərində 7 Mədəniyyət evi, 7 Mədəniyyət klubu, 18 kitabxana və 5 musiqi məktəbi mövcuddur. Bu mədəniyyət obyektlərindəki özfəaliyyət dərnəklərində yüzlərlə gənc təcrübəli pedaqoqların rəhbərliyi ilə musiqi , rəsm və rəqslə məşqul olurlar.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609