Ekologiya və ətraf mühüt

Birinci mərhələ müharibə illərindən 70-ci illərə qədərki dövrü əhatə edir. Bu dövrdə şəhərin sənaye infrastrukturu demək olar ki, tam formalaşdırılmışdı və indiki əksər iri müəssisələr artıq fəaliyyətə başlamışdı. Ancaq heç bir müəssisənin hətta layihəsində də mühiti mühafizə tədbirləri nəzərdə tutulmurdu. Yalnız istehsal naminə prinsipi ilə işləyən müəssisələrin bütün tullantıları heç bir dəyişiklik edilmədən ətraf mühitə tullanılırdı. 

İkinci mərhələ mərhələ 70-90-cı illəri əhatə edir. Bu dövrdə Ekologiya mövzusu nəhayət ki, gündəmə gəldi. Respublika rəhbərliyinin ciddi səyləri, ittifaq orqanları qarşısındakı tələbləri ilə ekoloji tədbirlərin mərkəzləşmiş qaydada maliyyələşdirilməsi aparılmağa başlandı. Müəssisələrdə 180-a qədər qaz toz təmizləyicilər ümumi gücü 360 min m3/gün olan 23 lokal su təmizləyici qurğular, gücü 182 min m3/gün olan ümum şəhər su təmizləyici qurğusu, ümumi gücü gündə 2 min.m3 suya qənaət etməyə imkan verən və Respublika ən güclü su dövrü sistemləri tikilib istifadəyə verildi. Ildə miqdarı 300 min tondan çox olan 60 adda toksiki sənaye tullantılarından 170 min tonuna qədərinin təkrar istifadə texnologiyaları mənimsənildi. Lakin bu işlərlə yanaşı Sumqayıtda ittifaq qərarları ilə ekoloji ziyanlı sənaye obyektlərinin də intensiv və ekstensiv qaydada tikilib istifadəyə verilməsi, görülən ekoloji tədbirlərin səmərəsini bəzən azaldır və bəzən bu səmərəni ümumiyyətlə heçə yendirirdi. Bu səbəbdən bir sıra sahələr üzrə ekoloji gərginlik qalmaqda davam edirdi. Belə ki, heç bir müəssisədə bərk sənaye tullantıları anbarlaşdırma şəraiti olmadığından 5 min. tona qədər sənaye tullantıları əraziyə atılmışdı, ekstremal yüksək səviyyəli çirkab sular həcmi ildə 600 min m3-a çatırdı, şəhərin hətta yaşayış rayonu atmosferində bütün çirkləndiricilərin orta illik fon qatılığı sanitar normalar həddini 5-10 dəfələrlə aşırdı, əhalinin sağlamlıq tərzi vaxtsız ölüm, xəstəlik göstəriciləri ittifaq rekordlarını müəyyən edirdi. Yəni ekoloji baxımdan Respublikamızın müstəqilliyinin əvvəlinə keçmiş ittifaqın verdiyi “töhfələr” bu idi: 

- uzun illərdən yığılıb qalan və həllini tapmayan problemlər В«buketiВ».
- İttifaqdan asılılıq Prinsipi ilə qurulan istehsal prosesləri də ittifaq dağıldığından sonra bir çox sahələrin fəaliyyətini imkansız etdi. 
- Ermənilər tərəfindən cəlb olunduğumuz müharibə 10 minlərlə qaçqının şəhərə gəlməsilə sosial-ekoloji problemləri daha dərinləşdirdi, ekoloji tədbirlərin maliyyələşdirilməsi problemə çevrildi.

Üçüncü mərhələ Respublikamızın müstəqilliyi dövrünə təsadüf etmiç ki, bu mərhələdə Sumqayıt şəhərinin ekoloji problemlərinin həlli istiqamətində xeyli işlər işlər görülür. Şəhərdə fəaliyyət göstərən Ekologiya təşkilatı tərəfindən В«Sumqayıt şəhərində 2003-2010-cu illərdə icrası nəzərdə tutulmuş В«ekoloji tədbirlər proqrammıВ» işlənib hazırlanmışdır. Proqram ümumşəhər əhəmiyyətli və sənaye müəssisələri üzrə olmaqla sayca 118 prioritet əhəmiyyətli kompleks tədbirlərin icrasını o cümlədən sənaye və məişət tullantıları ilə bağlı məsələlərin həllini əhatə edir. Bu kompleks ekoloji proqramın tərtibində şəhərin bütün müəssisə və təşkilatlarının iştirakı təmin edilmiş, hər bir konkret tədbirin icrasına konkret cavabdehlər müəyyənləşdirilmiş və şəhər Icra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Məlum səbəblərlə bağlı bir sıra istehsal obyektlərinin işləməməsi və şəhərdə görülən proqram üzrə digər həyata keçirilən çoxsaylı tədbirlərlə bağlı ətraf mühitə ziyanlı müdaxilələr əvvəlki dövrlərlə müqayisədə 10 dəfələrlə azaldılmışdır. Əgər əvvəllər ildə dənizə ekstremal yüksək çirkli şəkildə 600 min m3 həcmdə çirkli sular axıdılırdısa indi bu rəqəm 2005-ci ilin yekununa görə 76,3 min m3 olmuşdur. Atmosferə tullantılar ildə 200 min tondan 31,9 min tona qədər azalmışdır. Heç bir çirkləndirici komponentin şəhər atmosferində fon qatılığı indi norma həddini aşmır. Bərk tullantılar miqdarı ildə 300 min tondan 3868 tona yenmişdir. Xüsusilə sənaye tullantılarının istifadəsi və onlardan xalq təbabəti mallar istehsalı geniş fürsət alıb. Hətta bu şəhərdə hamıya məlumdur ki, əvvəllər əraziyə atılmış tullantıların böyük əksəriyyəti yığılıb təkrar istifadəyə qaytarılmışdır. 

Şəhərin ən ciddi və uzun müddət həllini tapmayan ekoloji problemlərdən biri SAM zavodu ərazisində 200 min tona qədər şlamın açıq duz anbarında saxlanması, köhnə elektroliz sexi ərazisində civə ilə çirkli sahənin olması və bu səbəbdən mühitin civə ilə çirklənməsi olmuşdur. Ölkə prezidenti cənab İlahm Əliyev bu problemlə bağlı tədbirin icrasını maliyyələşdirmək məqsədilə Beynəlxalq Bank qarşısında məsələ qaldırmışdı və Beynəlxalq Bank Respublikada bir neçə vacib ekoloji tədbirin maliyyələşməsi – (Abşeron torpaqlarının neftdən təmizlənməsi Neftçalada Balıqartırma zavodun tikintisi) o cümlədən Sumqayıtda civəli tullantıların basdırılması üçün xüsusi poliqon tikintisinə 8,3 min dollar həcmində güzəştli kredit ayrılmışdır. Artıq bu poliqonun tikintisi Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyi, rəhbərliyi ilə dünya standartları səviyyəsində baş çatdırılıb oraya rahat yol çəkib və civəli şlamın basdırılmasına başlanılmışdır. 

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609