Sumqayit bələdiyyəsinin 2013-cü ilin birinci yarısında fəaliyyətinin əsas nəticələrinə dair

      Sumqayıt Bələdiyyəsi 2013-cü ilin birinci yarısında öz fəaliyyətini bələdiyyənin yerli sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr proqramları, Sumqayıt şəhərinin sosial – iqtisadi inkişaf proqramı, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının tövsiyələri çərçivəsində həyata keçirmişdir.

       Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili.

       Hesabat dövrüdə bələdiyyənin 7 iclasında 316 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və nümayəndələrinin sosial müdafiə, dövlət bayramları və tədbirləri, şəhərin sosial inkişafı sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların təmiri, bayram, təhsil, səhiyyə, idman və əhali üçün kütləvi tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 18 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.

 

      Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili.

 

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsinə 786 xidməti məktub və 1218 ərizə daxil olmuşdur. Bələdiyyə rəhbərliyinin və İcra aparatının qəbulunda 1055 nəfər vətəndaş olmuşdur. Hesabat dövrü ərzində Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması müəyyən edimiş müddət ərzində təmin edilmişdir.

 

       Bələdiyyənin məhkəmə müdafiəsi.

 

      2013-cü ilin birinci yarısında məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin əməkdaşları 142 mülki və inzibati iş üzrə 461 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 29 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 15-i təmin edilmiş, digərləri isə baxılmaqdadır.

     

     Bələdiyyənin yerli büdcəsinin icrası.

     2013-cü ilin birinci yarısında yerli büdcənin gəlirləri 500,4 min manat təşkil etmiş, proqnoz tapşırığı 86,8 faiz səviyyəsində icra olunmuşdur. Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 44 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 23,1 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 16,5 faiz olmuşlar.

      Hesabat dövründə yerli büdcənin xərcləri 86,8 faiz səviyyəsində icra olunmuş, bələdiyyənin layihələrinin maliyyələşdirilməsi məqsədilə yerli büdcədən 500,06 min manat vəsait ayrılmışdır. Yerli büdcənin vəsaiti əsasən mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat, nəqliyyat və rabitə sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. 

      Sumqayıt Bələdiyyəsinin 2013-cü ilə yerli sosial müdafiə proqramı əsasında cari ilin birinci yarısında bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yanvar ayının 1-3-ü Yeni il bayramı münasibəti ilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Sumqayıt şəhər çöbəsi, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Ana Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələri üzvlərinin və bir sıra aztəminatlı  ailələrinin uşaqları üçün bayram şənliyi təşkil edilmişdir. Tədbirlərin təşkilinə yerli büdcədən 3000 manat vəsait ayrılmışdır. 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə mətbuat və yerli özünüidarəetmə sahəsində çalışan bir qrup qadınlara 3100 manat məbləğində Sumqayıt Bələdiyyəsinin mükafatları verilmişdir. 

       Sumqayıt Bələdiyyəsinin qərarı əsasında 2013-cü ilin mart ayında bələdiyyə ərazisində Novruz bayramı münasibəti ilə çoxsaylı bayram tədbirləri təşkil edilmişdir. Bələdiyyə ərazisində yaşayan bir qrup ictimai təşkilatların üzvlərinə ümumi dəyəri 7000 manat olan bayram sovqatları verilmişdir.

      Mart ayının 31-də bələdiyyə üzvləri, İcra aparatının əməkdaşları bələdiyyə məhəllə komitələrinin nümayəndələri ilə birgə Azərbaycan xalqının soyqırımı günü ilə əlaqədar şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

     Ənənəvi olaraq Sumqayıt Bələdiyyəsi Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin ləğv edilməsində iştirak etmiş sakinlərimizə diqqət yetirmiş, bu təbəqədən olan insanlara 1500 manat məbləğində maddi yardım göstərmişdir.

      1941-1945-ci illər müharibəsində Qələbənin 68-ci ildönümü  münasibəti ilə Sumqayıt Bələdiyyəsinin qərarı əsasında müharibə iştirakçıları üçün bayram tədbiri təşkil olunmuş, onlara bələdiyyə mükafatları verilmişdir. Tədbirin təşkili üçün yerli büdcədən 1600 manat məbləğində vəsait ayrılmışdır.

      2013-cü ilin may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin üzvləri və əməkdaşları şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmiş, Heydər Əliyevin  xatirə abidəsi önünə gül dəstələri qoymuşlar. Bununla yanaşı bələdiyyənin üzvləri, İcra aparatının əməkdaşları və bələdiyyə məhəllə komitələrinin nümayəndələri Respublika gününə həsr edilmiş tədbirlərdə də iştirak etmişlər.

      Hesabat dövrü ərzində bələdiyyənin qərarları əsasında 42 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri 22,9 min manat təşkil edən maddi yardım göstərilmişdir.

 

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2013-cü ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında bələdiyyə ərazisində 10-a yaxın iri həcimli layihə həyata keçirilmişdir.

     İlin əvvəlində bələdiyyənin sifarişi əsasında bələdiyyənin inzibati binasında dəyəri 9462 manat olan istilik sistemi quraşdırılmışdır. Bununla yanaşı inzibati binanın təmirinə yerli büdcədən 11850 manat məbləğində vəsait ayrılmışdır.  

       Hesabat  dövründə  yerli  əhəmiyyətli  yolların saxlanılması sahəsində 1 layihə həyata keçirilmişdir. Belə ki, bağlar zonasında 57300 kv.metr yol təmir edilmiş, layihənin dəyəri 49312 manat təşkil etmişdir. Yaz-yay mövsümünə hazırlıqla bağlı Sahil  küçəsi boyu 7158 kv.metr ölçüdə dəyəri 26052 manat təşkil etmiş hasarların boyama işləri aparılmışdır. 

       Hesabat dövrü Sumqayıt Bələdiyyəsi idman sahəsində də bir neçə uğurlu tədbirlər həyata keçirmişdir.                                            

      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Sumqayıt Bələdiyyəsinin qərarı əsasında şəhər şahmat və dama məktəbində aprel ayının 27-dən 29-dək keçirilmiş bələdiyyə məhəllə komitələrinin nümayəndələri arası ənənəvi şahmat və dama üzrə yarışların qalibləri bələdiyyənin 5-ci məhəllə üzrə məhəllə komitəsinin nümayəndəsi Ucal Qasımova və “Xəzər” 1 saylı məhəllə komitəsinin nümayəndəsi Arif Məmmədyarova bələdiyyə mükafatları təqdim olunmuşdur. Ümumilikdə tədbirin təşkili məqsədi ilə yerli büdcədən 900 manat məbləğində vəsait ayrılmışdır.

      2013-cü ilin iyun ayının 15-də şəhərin M.Hüseyinzadə adına stadionunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə və  Milli Qurtuluş gününə həsr olunmuş “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda bələdiyyə məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arası yarışa artıq 8-ci dəfə start verilmişdir. Sumqayıt Bələdiyyəsinin qərarı əsasında təşkil olunan  və uşaqlar arası rəğbət qazanmış futbol turnirində bələdiyyənin 24 məhəllə komitəsinin komandası iştirak edir. Layihənin icrası üçün yerli büdcədən 6252 manat vəsait ayrılmışdır.

                                                                                                                       

      2013-cü ildə Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri əhalini narahat edən məsələlərlə bağlı müvafiq ərazilərdə dəyəri 674,4 min manat təşkil edən 150-ə yaxın layihə həyata keçirmişlər. Uğurlu layihələrin sırasında Yeni yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi əsasında tutumu 500 nömrə və dəyəri 200000 manat olan ATS-in quraşdırılması, həmin ərazidə layihə dəyəri 30000 manat olan məktəb üçün yeni sinif otaqlarının inşası, 49-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsinin  ərazisində dəyəri 37130 manat təşkil edən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun layihəsi əsasında qaz xəttinin quraşdırılması, həmin məhəllə üzrə  2 saylı məhəllə komitəsinin ərazisində  layihə dəyəri 75000 manat olan qaz xəttinin quraşdırılması və 10000 manat məbləğində yolların təmir işlərinin aparılması, “Körpü” 1 saylı məhəllə komitəsinin ərazisində dəyəri 14617 manat təşkil edən yas mərasimləri üçün çadırın alınması  və layihə dəyəri 10000 manat təşkil edən su xətlərinin quraşdırılması kimi tədirləri qeyd etmək lazımdır. Sumqayıt-Çay stansiyası üzrə 1 saylı məhəllə komitəsinin ərazisində dəyəri 4000 manat təşkil edən yolların təmiri, “Xəzri” 1 saylı məhəllə komitəsinin yaşayış evləri üçün 10500 manat dəyərində kanalizasiya xətlərinin quraşdırılması, “Corat” bağları üzrə 1 saylı məhəllə komitəsinin ərazisində 5000 manat dəyərində su xəttinin quraşdırılması, Yeni yaşayış massivinin 2-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin ərazisində layihələrin dəyərləri müvafiq olaraq 10000 və 5000 manat təşkil edən qaz  xətlərinin quraşdırılması və məhəllədaxili yolların təmiri kimi layihələr Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin təcrübəsi və işgüzarlığından xəbər verir. Əhalinin yaşadıqları ərazilər üzrə könüllü birliklər əsas diqqəti yolların, su və kanalizasiya, qaz, elektrik və telefon xətlərinin quraşdırılması və təmiri, ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması və tullantılardan təmizlənməsi, məktəb binalarının, idman qurğularının təmiri, onların inventarlarının yeniləşməsi və alınması, İcma mərkəzlərinin, yataqxanaların və “xeyir-şər” evlərinin təmiri və avadanlıqla təchiz edilməsi, bayram tədbirlərinin keçirilməsi, aztəminatlı ailələrə bayram sovqatlarının verilməsi və yardımın göstərilməsi kimi məsələlərin həllinə yönəltmişlər.

      Sumqayıt Bələdiyyəsinin xarici əlaqələr sahəsində коnsеpsiyаsınа müvаfiq оlаrаq 2000 – 2013-cü illərdə Sumqayıt Bələdiyyəsi хаrici ölкələrin bir nеçə şəhərləri ilə dоstluq əlаqələri yаrаtmışdır.

      Hazırda Sumqayıt Bələdiyyəsinin partnyorlarının sırasına Türkiyə Respublikası İstanbul şəhərinin Eminönü, hazırda Fateh (dekabr 2002), Çin Xalq Respublikasının Cəncin şəhəri (avqust 2003), Şimali - Kipr Türk Respublikasının Tatlısu (iyul 2005), Türkiyə Respublikası Ankara şəhərinin Keçiörən (yanvar 2011)  və Samsun şəhərinin (aprel 2012) bələdiyyələri daxildir.

      Cari ilin may ayında Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev Samsun Bələdiyyəsində səfərdə olmuş, Samsunun “Şəhər günü” şənliklərində iştirak etmiş, 2 bələdiyyə arası dostluq əlaqələrin inkişafına dair danışıqlar aparmışdır.

2013-cü ildə Sumqаyıt Bələdiyyəsinin rəhbərliyi və nümayəndələri yеrli özünüidаrənin prоblеmlərinə həsr еdilmiş 8 коnfrаns, коnqrеs və sеminаrdа iştirак еtmişlər.

İlin əvvəllindən Sumqayıt Bələdiyyəsinin nümayəndələri Azərbaycan, Türкiyə və Frаnsаda yеrli özünüidаrəеtmə məsələlərinə həsr еdilmiş коnfrаns  və  sеminаrlаrdа iştirак  еtmişlər. Cari  ilin  mart ayının 18-dən 25-dək Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin yaz sessiyasının işində iştirak etmişdir. Aprel ayının 22-23-ü Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının Gəncə şəhərində keçirilmiş Forumuna  rəhbərlik etmişdir.

     Tədbirlərin nəticələrinə əsasən dünyа ölкələrinin yеrli özünüidаrəеtmə оrqаnlаrının təşкili, sistеmi və fəаliyyəti hаqqındа, оnlаrın hüquqi əsаslаrı, birliкləri bаrədə ətrаflı məlumаt tоplаnmış və təhlil еdilmişdir. Əldə еdilmiş təcrübə Sumqayıt Bələdiyyəsinin yеrli sоsiаl müdаfiə və yеrli sоsiаl inкişаf prоqrаmlаrının tərtib еdilməsində, qеyri – höкumət və ictimаi təşкilаtlаrlа münаsibətlərin qurulmаsındа, yеrli iqtisаdi inкişаf sаhəsində fəаliyyətin əsаs istiqаmətlərinin müəyyən еdilməsində səmərəli istifаdə еdilmişdir.  

       Sumqayıt Bələdiyyəsinin Almaniya  Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ABƏC) ilə 2003-cü ildən başlanmış faydalı əməkdaşlıq bu ildə də uğurla davam etdirilmişdir.

      2012-ci ilin mart ayından Sumqayıt Bələdiyyəsi pilot bələdiyyə kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Daşınmaz Əmlakın idarəedilməsi üzrə Kadastr” layihəsində iştirak edir. Müəyyən edilmiş fəaliyyət proqramı əsasında Bələdiyyə İcra aparatının vergilər, memarlıq və tikinti, bələdiyyə mülkiyyətinin idarəetmə şöbələrinin əməkdaşları layihə çərçivəsində ötən ildə həyata keçirilmiş bir sıra tədbirlərdə iştirak etmişlər.

      Layihə çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən cari ilin yanvar, aprel, may və iyun aylarında təşkil olunmuş  müşavirə və seminarlarda bələdiyyə İcra aparatının əməkdaşları iştirak etmişlər.

      2011-ci ildən “Merlər Sazişi” layihəsində iştirak edən Sumqayıt Bələdiyyəsi ötən ilin iyun ayının 21-də layihə iştirakçılarının növbəti görüşünə sahiblik etmişdir. Enerji səmərəliliyi və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlarla və xarici ölkələrin şəhərləri ilə işgüzar əməkdaşlıq təcrübəsinə malik olan Sumqayıt şəhərində “DACO-Merlər Sazişinə bəli” layihəsinin ilk tədbirinin keçirilməsi şəhərimizin bu sahədə aparıcı rolundan xəbər verir. Avropa Komissiyası tərəfindən 2011-ci ildən elan edilmiş “Merlər Sazişi şərqə doğru irəliləyir” adlı proqramı çərçivəsində İtaliyanın Kieti bələdiyyəsi və mərkəzi qərargahı Brüssel şəhərində yerləşən “Enerji Xartiyası” beynəlxalq təşkilatının təşəbbüsü ilə hazırlanmış layihənin tərəfdaşı kimi Azərbaycandan Sumqayıt, Qazaxstandan Taraz, Tacikistandan - Somonion və Belarusdan Novoqrudok şəhərlərinin bələdiyyələri iştirak edirlər. Həmin layihənin çərçivəsində cari ilin iyun ayının 18-19-u Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyaları, Təmiz İstehsalat və Enerji Effektivliyi Mərkəzi tərəfindən “İqtisadiyyatın inkişafında enerji effektivliyinin rolu: müxtəlif təsərrüfat sahələrində realizə olunan layihələr və onların yerlərdə tətbiqi perspektivləri” mövzusunda təşkil olunmuş seminarda Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev məruzə ilə çıxış etmişdir.

       2013-cü ilin iyun ayında Azərbaycan Respublikasina səfər etmiş Enerji Xartiyası təşkilatının baş katibi Urban Rusnak bələdiyyənin sədri Əbülfəz Babayev tərəfindən qəbul olunmuş, görüş zamanı təşkilatın proqramı çərçivəsində layihənin icrasının durumu və bu sahədə qarşılıqlı əməkdaşlığın inkişafına dair  məsələlər müzakirə edilmişdir.

 

2013-cü ilin birinci yarısında Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq müvafiq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, həyata keçirdikləri layihələri barədə məlumatların işıqlandırılmasında “Sumqayıt Bələdiyyəsi informasiya bülleteni”ni, bələdiyyənin elektron səhifəsinin, bələdiyyənin quraşdırdığı məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir. 

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609