Avropa Şurasına üzv dövlətlərin Yerli və Regional Hakimiyyətlərin Assosiasiyalarının IV Baş Toplantısında Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyalarının sədri professor Əbülfəz Babayevin çıxışı

Hörmətli xanımlar və cənablar! İlk öncə Azərbaycan nümayəndə heyyəti adından Sizi salamlayır, hər birinizə uğurlar arzulayıram.

            Bildirmək istəyirəm ki, 2006-cı ilin sonunda ölkəmizdə “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyası, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ölkə Bələdiyyələrin təşəbbüsü əsasında sonralar Avropada “Azərbaycan modeli” kimi tanınmış Azərbaycan Şəhər, Qəsəbə və Kənd  Bələdiyyələrinin Milli Assosiasiyaları yaradılmışdır. 

            Assosiasiyalar fəaliyyətinin birinci ilində əsas qüvvələrini təşkilatlanma məsələlərinə, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə və təkmilləşdirilməsinə, yerli proqramlarının icrasında və yerli əhəmiyyətli layihələrin reallaşmasında  bələdiyyələrin iştirakının təmin olunmasına, yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolunun və nüfuzunun gücləndirilməsinə yönəltmişlər. İlk olaraq assosiasiyaların təşəbbüsü və təşkilatçılığı ilə Bakıda və 51 rayon mərkəzində “Şəhər, Qəsəbə, və Kəndlərin sosial-iqtisadi inkişafında yerli əhəmiyyətli layihələrin həllində Bələdiyyələrin iştirakı” mövzusunda Bələdiyyə sədrlərinin toplantıları keçirilmiş, onların rayon şuraları və Şəhər, Qəsəbə və Kənd  Bələdiyyələrinin Milli Assosiasiyalarının Fəaliyyətlərinin Əlaqələndirmə Şurası yaradılmasıdır. Bu da ayrı-ayrı Bələdiyyələrin və Assosiasiyalarının birqə fəaliyyətinin səmərəliliyin artırılması baxımından kifayət qədər əhəmiyyətli olmuşdur.

            Bələdiyyələri ən çox maraqlandıran və narahat edən məsələlərin çevrəsini müəyyən etmək üçün Bələdiyyələrlə birbaşa görüşlər keçirilmiş, onların beş mindən artıq təklifləri toplanıb ümumiləşdirilmiş və nəticədə məlum olmuşdur ki, Bələdiyyələr üçün ən aktual problemlər onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, Bələdiyyələrin maliyyə və iqtisadi potensialının artırılması, qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması, daimi xidmət sahələrinin açılması, mülkiyyətin artırılması və idarəedilməsi, yerlərdə sosial məsələlərin həlli ilə bağlıdır.

            Ümumiləşdirilmiş məsələlər ətrafında işgüzar müzakirə aparmaq üçün “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda Ümumrespublika Konfransı və Şəhər, Qəsəbə və Kənd  Bələdiyyələri üçün ayrı-ayrılıqda dəyirmi masalar təşkil edilmişdir.

            Assosiasiyaların təşəbbüsü ilə görülmüş işlərə yekun vurmaq, əldə edilimiş nailiyyətləri və mövcud problemləri müzakirə etmək, assosiasiyalar tərəfindən toplanmış və təhlil edilmiş, Bələdiyyələri narahat edən məsələlərin ümumiləşdirmək və müvafiq tədbirləri müəyyən etmək, eləcədə regionların sosial-iqtisadi inkişafında Bələdiyyələrin rolunun artırılması yollarını araşdırmaq üçün 2007-ci ilin iyun ayının 27-də Bakı şəhərində “Respublikanın sosial-iqtisadi inkişafında Bələdiyyələrin iştirakı” mövzusunda Bələdiyyə sədrlərinin I-ci Ümumrespublika Toplantısı, 2008-ci ilin iyun ayının 25-də Yevlax şəhərində isə “Vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərinin tətbiqində Bələdiyyələrin rolu” mözusunda Bələdiyyə sədrlərinin II-ci Ümumrespublika Toplantısı keçirilmişdir. Toplantılarda səslənən məruzə və şıxışlarda Bələdiyyələrin fəaliyyəti və mövcud problemlər geniş təhlil edilmiş, birinci toplantıda qarşıya qoyulan vəzifələrə uyğun olaraq təqdim olunmuş sənədli filmdə və paylanmış “Bələdiyyə: yeni forma, yeni məzmun” adlı kitabda Milli Assosiasiyalar Bələdiyyələrin yerli əhəmiyyətli sosial məsələlərin həlli istiqamətində görülmüş işlər barədə qısa məlumat vermişlər.

Həmin Toplantılarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, mərkəzi və yerli İcra Hakimiyyəti orqanların rəhbərləri, millət vəkilləri, Avropa Şurasının Baş Katibinin Azərbaycandakı nümayəndəsi Denis Briborsiya, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin eksperti Ouen Masters iştirak və çıxış etmişlər.

            Toplantıların yekunları, Toplantılarda qəbul edilmiş tövsiyyələr, növbəti mərhələ üçün ölkə bələdiyyələrinin fəaliyyət proqramına çevrilmişdir. 2010-cu ildə ölkədə müvəffəqiyyətlə həyata keçirilmiş, potensialı zəif olan bələdiyyələrin birləşməsi təşəbbüsü, “Yerli Demokratiya Həftə”-lərinin Azərbaycanda ənənəvi olaraq hər il keçirilməsi təklifi yerli əhəmiyyətli sosial məsələlərin həllində bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə yönəlmiş “Bir Bələdiyyə azı bir layihə” təşəbbüsü ilk dəfə məhz Milli Assosiasiyalar tərəfindən bu toplantılarda səslənmişdir.

            Bu gün də həyata keçirilməsi davam edən “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində Bələdiyyələr tərəfindən ümumi dəyəri 74.000.000 manatdan çox olan 15500-ə yaxın layihə həyata keçirilmişdir. Milli Assosiasiyaların qabaqcıl bələdiyyə təcrübəsinə həsr olunmuş “Bələdiyyə: yeni forma, yeni məzmun” ümumrespublika konfransında daha yeddi yeni təşəbbüs irəli sürmüşlər. Bunlar “Seçicilərimizi eşidək”, “Bələdiyyə günü”, “Sadə idman qurğularına bələdiyyə qayğısı”, “Bələdiyyə Kuboku”, “Bizim ünvan”, “Abad kənd” və “Abad məhəllə” təşəbbüsləridir.

            Bu təşəbbüslər çərşivəsində həyata keçirilmiş layihələr arasında daha çox yerli əhəmiyyətli yolların saxlanılması, içməli su ilə təchizatı, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, məişət tullantılarının yığılması və daşınması, “Xeyir və şər evi”-nin tikintisi və saxlanılması, kənd ərazilərində yerli əhəmiyyətli su arxlarının saxlanılması,  təhsil müəssisələrinin binaların saxlanılması, suvarma suyu ilə təchizat, yardım və mükafatlarının verilməsi,  sadə idman meydançalarının inşası və saxlılması, mədəniyyət müəssisələrinin binalarının saxlanılması, qəbiristanlıqların qorunması istiqamətində olan layihələr bələdiyyələr tərəfindən reallaşdırılmışdır. Yalnız 2011-ci ildə yerli əhəmiyyətli yolların saxlanılması üzrə 1259 layihə, ərazinin abadlaşdırması və yaşıllaşdırması - 745 layihə, əhalinin içməli su ilə təchiz edilməsi üzrə isə 359 layihə həyata keçirilmişdir. Layihələrin icrası kütləvi informasiya vasitələrində geniş və ətraflı isıqlandırılmışdır.

            Ölkəmizdə idarəçilik sisteminin xüsusiyyətlərini nəzərə alaraq Bələdiyyə sədrlərinin II-ci Ümumrespublika toplantısının qərarı ilə şəhər, qəsəbə və kənd ərazilərinin sosial-iqtisadi inkişafı və yerli əhəmiyyətli məsələlərin həllində yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək məqsədi ilə koordinasiya şuralarının yaradılması ölkə Bələdiyyələrinə və yerli İcra Hakimiyyəti orqanlarına tövsiyyə olunmuşdur.

            Bu gün respublikanın bütün şəhər və rayonlarında həmin şuralar fəaliyyət göstərir. Bir sıra hallarda koordinasiya şuralarına Bələdiyyə sədrləri rəhbərlik edir, digər hallarda İcra Hakimiyyətinin başçısının müavinləri.

            Azərbaycanda ənənəvi olaraq hər il keçirilən “Yerli Demokratiya Həftəsi”-nin də təşəbbüskarı Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin  Milli Assosiasiyaları olmuşdur. Həftənin keçirilməsi barədə Avropa Şurasının təşəbbüsünü dəstəkləmiş, assosiasiyalar bu ideyanı yaradıcı surətdə inkişaf etdirmiş, bələdiyyələrin dəstəyini qazanaraq 2007-ci il noyabr ayının 5-dən 11-dək ilk dəfə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” keçirilmişdir.

            Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasına, Demokratik prinsiplərin inkişaf etdirilməsinə, yerli özünüidarəetmə orqanlarının işində əhalinin iştirakının genişləndirilməsinə təkan verən ilk demokratiya həftəsində bütün bölgələri əhatə edən  Bələdiyyə sədrlərinin şəhər və rayon müşavirələri keçirilmiş, təşəbbüsün mahiyyəti barədə ətraflı məlumat verilmiş, kütləvilik, mütəşəkkillik və demokratiklik baxımından yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Bu “Demokratiya həftəsi” barədə cəmiyyətdə ilk anlayış yaratdı. Növbəti illərdə bu məsələyə yaradıcı yanaşan Assosiasiyalarımız “Demokratiya Həftəsin”-ə tematik istiqamət verdi. 2008-ci il 17-23 noyabr “Seçicilərimizi eşidək” adı altında Yerli Demokratiyanın inkişafında vətəndaşların iştirakının və hüquqi biliklərinin artırılması, 2009-ci ilin 21 oktyabr 20 noyabr “Seçicilərimizə hesabat verək ” adı altında Bələdiyyə seçkilərinə vətəndaşların maraqının və iştirakının artırılması, 2011-ci ilin  19-25 dekabr “Bələdiyyə-vətəndaş əlaqələri” adı altında cəmiyyətin idarə olunmasında cəmiyyətin özünün rolunun artırılması istiqamətlərində Respublikanın bütün bələdiyyələrin ərazilərində  “Demokratiya həftə”-ləri keçirildi.

Həftəyə hazırlıq dövrü və həftə ərzində həftənin keçirdiyi ərazilərdə sıx toplaşdığı yerlərdə həftənin tematikasına aid  şuarlar və həftənin aktiv keçirilməsinə çağırışlar asılmış olurdu.

Həftə çərçivəsində  bir maraqlı cəhət orta məktəblərdə yuxarı sinif şagirdləri ilə “Bizim Bələdiyyə”, “Mən Bələdiyyə sədri olsaydım nə edərdim”, “Bələdiyyə gənclərin gözü ilə” və digər mövzularda söhbətlər aparılmışdır.

Qeyd etmək istərdim ki, həm demokratiya həftəsinin müxtəlif aspektləri, həm də Bələdiyyə İdarəçiliyin bir sıra məqamları: məsələn, “Bir Bələdiyyə azı bir layihə təşəbbüsü” öz mahiyyəti etibarı ilə yeni bir fikir olaraq Avropa Şurasına üzv ölkələri arasında təcrübə mübadiləsi baxımından bir yenilik kimi maraqlı ola bilər.

            Təsadüfü deyil ki, Avropa Şurası ölkələrinin Yerli və Regional hakimiyyətlərə məsul olan Avropa Nazirləri Konfransının Avropada Yerli Demokratiya həftəsinə həsr edilmiş 51-ci sessiyasında qəbul edilmiş Valensiya Bəyannaməsində Azərbaycanda Yerli Demokratiya həftəsinin keçirilməsi ilə bağlı ölkəmizin fəallığı yüksək qiymətləndirilmişdir.

            “Həftə”-lər ərzində yerlərdə “qaynar telefon xəttləri”, “bələdiyyə poçtu” qutuları, xüsusi məlumat lövhələri quraşdırılmış, “acıq qapı günləri”, dəyirmi masaların keçirilmiş, tədbirlərdə qənclərin, qadınların və əhalinin daha fəal iştirakına xüsusi diqqət yetirilmiş, “vətəndaş bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrinin genişlənməsinə imkan yaradılmışdır.

            Milli Assosiasiyalar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Ədliyyə Akademiyası ilə birgə bələdiyyələr üçün ixtisasartırma kursları təşkil etmiş, seminar-müşavirələr keçirmişlər.  

 Təhlillər göstərmişdir ki, bələdiyyələrin sırasında kiçik bələdiyyələrin çoxluğu inzibati xərcləri artırır, maliyyə resurslarını parçalayır, kadr potensialını zəiflədir, yerli özünüidarəetmədə pərakəndəlik yaradır, öz səlayihətlərini yerinə yetirməsinə əngəl törədir, surətli inkişafa mane olur. Bu məsələləri ilk dəfə 2007-ci ildə milli assosiasiyalarin keçirdikləri bələdiyyə sədrlərinin I-ci Ümumrespublika Toplantısında geniş müzakirə olunmuş, Beynəlxalq təcrübəyə əsaslanaraq kiçik  bələdiyyələrin birləşməsi təklifi irəli sürülmüşdür. II-ci  Toplantı isə Bələdiyyələrin formalaşmasında onların ərazi hüdudlarının  və əhalinin sayının optimal seçiminin yerli özünüidarə institutunun səmərəli fəaliyyət göstərməsi üçün həlledici şərtlərdən biri olduğunu nəzərə alaraq artıq zəruri bir addım kimi müəyyən etmişdir.

Birləşmənin demokratik prinsiplər əsasında həyata keçirilməsi üçün mövcud qanunvericilikdə birləşmə prosesi sadələşdirilmiş, müvafiq ərazilərdə səsvermə hüququna malik olan vətəndaşların yığıncaqlarında birləşmə haqqında birbaşa qərarın verilməsi səlahiyyəti müəyyən olunmuşdur.

Azərbaycan şəhər, qəsəbə və kənd Bələdiyyələrinin Milli Assosiasiyaları yerlərdən daxil olmuş təklifləri, yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətini və digər yerli xüsusiyyətlərini  təhlil edərək birləşmə ilə bağlı 2009-cu il aprel ayının 2-si və 3-də Bələdiyyə sədrlərinin iştirakı ilə 9 zona müşavirəsi keçirmişlər.

Bələdiyyə sədrlərinin təşəbbüsü ilə aprel ayının 6-dan 17-dək respublikanın 46 şəhər və rayonunun 1570 Bələdiyyəsinin əhatə etdiyi 1960 yaşayış məntəqəsində 401 min nəfərdən çox səsvermə hüququna malik olan vətəndaşların iştirakı ilə keçirilmiş 2401 yığıncaqda həmin Bələdiyyələrin birləşməsi haqqında qərarlar qəbul edilmiş, yığıncaların keçirilməsi üçün Bələdiyyə orqanları tərəfindən müvafiq qapalı və açıq yerlər ayrılmış, lazımi şərait yaradılmışdır. Vətəndaşların sayından asılı olaraq bəzi yaşayış məntəqələrində bir neçə yığıncaq keçirilmişdir.

Yığıncaqların nəticələrinə əsasən aidiyyatı Bələdiyyələrin vəsatətlərinə Azərbaycan Respublikasının Milli Məclisinin yaz ssesiyasında baxılmış və yeni Bələdiyyələrin təşkil edilməsi barədə qanun qəbul olunmuşdur.

Birləşmə nəticəsində ölkə bələdiyyələrinin ümumi sayı 1037 vahid (37,7%) azalaraq 2755-dən 1718-ə enmiş, ərazisində əhalisi 1000 nəfərə qədər olan bələdiyyələrin sayı isə 5 dəfə azalmışdır.

Milli Assosiasiyalar fəaliyyət dövrü ərzində Bələdiyyə qanunvericiliyi ilə bağlı Milli Məclisin qəbul etdiyi qanun layihələrinin hazırlanmasında aktiv iştirak etmiş,  təqdim olunan qanun layihələrinin Bələdiyyələrlə müzakirəsinin keçirilməsi, onların maraqlarını təmin edən müddəaların qanun layihələrinə əlavə olunmasına nail ola bilmişdir. Son zamanlarda qəbul olunan  “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında”, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına edilmiş əlavə və dəyişikliklərdən ibarət, qanunlar toplusunu misal göstərmək olar.

Fəaliyyət dövrü ərzində Milli Assosiasiyaların Milli Məclis, aidiyyatı nazirlik və idarələrlə işgüzar əlaqələri daha da inkişaf etdirmiş, yerli özünüidarəetmə məsələləri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisin Reqional Məsələlər Komitəsi ilə birgə iş aparılmış, “Komitədə görülən işlərlə”, “Dövlət büdcəsi haqqında”, “Qanunvericilikdə edilən dəyişikliklər” və “Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanın hesabatı” məsələsinin müzakirəsi ilə bağlı Komitənin keçirilmiş iclaslarında  və bu məsələlərin müzakirəsi aparılan plenar iclaslarda Milli Assosiasiyaların sədrləri aktiv iştirak etmişlər.

Ötən dövr ərzində yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Yerli və Reqional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq davam etmiş, milli assosiasiyalar xarici ölkələrin assosiasiyaları ilə əlaqələrin yaradılması və inkişafı istiqamətində işlər aparmış, Ukraynanın Odessa vilayətində Ukrayna şəhər Bələdiyyələrin Ümumrespublika forumunda, Latviya Bələdiyyələr İttifaqının hesabat seçki iclasında, Türk dünyası Bələdiyyələr birliyinin illik toplantılarında hər üç Milli Assosiasiyanın rəhbərləri iştirak etmişlər.

Milli Assosiasiyalar Azərbaycan Bələdiyyələri ilə Avropa ölkələri Bələdiyyələri arasında “Qardaş Bələdiyyələr” kontekstində ikitərəfli əlaqələrin qurulması istiqamətində geniş işlər aparır. Son illərdə Assosiasiyanın təşkilatçılığı ilə ölkə Bələdiyyələri ilə Fransa, Latviya, Almaniya, İtaliya, Türkiyə, Bolqarıstan Bələdiyyələdi arasında iyirmidən çox “Qardaş Bələdiyyə” sazişləri imzalanmış, Bələdiyyə nümayandə heyyətlərinin qarşılıqlı səfərləri həyata keçirilmişdir.

Bu səfərlər xalqlar arasında, Bələdiyyələr səviyyəsində dostluq əlaqələrin qurulması ilə yanaşı eyni zamanda regional və yerli səviyyədə iqtisadi əlaqələrin də inkişafına real şərait yaradır.

Diqqətinizə çatdırmaq istərdim ki, bizim Avropa şəhərləri ilə çox illik dostluq əlaqələrimiz var. Bu sırada qarşılıqlı əməkdaşlığın və partnyor əlaqələrin qurulımasının 35 ili təntənəli qeyd olunan Sumqayıt və Lyudviqshafen şəhərinin qardaşlıq münasibətlərini xüsusi qeyd etmək istərdim.

Bu sahədə Bələdiyyələrin aktiv işinin Beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirən Fransa Bələdiyyəsi Assosiasiyası öz illik iclasının qərarı ilə Fransa və Azərbaycan Assosiasiyaların və Bələdiyyələrin qarşılıqlı əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində səmərəli fəaliyyətinə görə Azərbaycan Şəhər Milli Assosiayasının sədri, cənab Əbülfəz Babayev Fransa Bələdiyyələr Assosiasiyasının qızıl medalı ilə təltif olunmuşdur. Fürsətdən istifadə edib bizim Bələdiyyələr Assosiasiyasının fəaliyyətinə diqqət yetirdikləri üçün fransalı həmkarlarıma təşəkkürümü bildirmək istəyirəm.

Sonda ümidvar olduğumu bildirmək istərdim ki, təqdim olunan qısa məlumat ölkəmizdə fəaliyyət göstərən Milli Assosiasiyaların fəaliyyəti barədə lazımi təsəvvür yaratdı və toplantıda iştirak edən həmkarlarımda bizimlə əməkdaşlıq etmək arzusu doğurdu.

Diqqətinizə görə təşəkkür edirəm.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az