Bələdiyyə üzvləri

Süleymanov Sərviz Salman oğlu


1970-ci ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Siyaqut kəndində fəhlə ailəsində anadan olub. 
1977-ci ildə Siyaqut kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1987-ci ildə isə Azərbaycan Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinə daxil olub. 
1988-ci ilin iyun ayından 1989-cu ilin sentyabr ayınadək Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
1993-cü ildə Azərbaycan Respublikası İnşaat Mühəndisləri Universitetini bitirib. Həmin ildən Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat İstismar Birliyinin nəzdində Z.Tağıyev qəsəbəsi üzrə Abadlaşdırma təmir-tikinti İdarəsinə rəis müavini vəzifəsinə qəbul edilib. 1994-cü ildən Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat İstismar Birliyinin qeyri-yaşayış sahəsiə mühəndis vəzifəsinə keçirilib. 
1997-ci ildən Sumqayıt şəhər 19 saylı Mənzil İstismar sahəsinə rəis vəzifəsinə təyin edilib. 16.02.1998-ci ildən Sumqayıt şəhər 5 saylı MİS-in rəisi vəzifəsini tutub.
26.05.2000-ci ildən Sumqayıt Bələdiyyəsinin sədrinin köməkçisi vəzifəsinə təyin edilib. 05.07.2000-ci ildən icra aparatının bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 
31.08.2006-cı ildə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
27.12.2006-cı ildən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2019-cu ilin dekabrından etibarən Sumqayıt Bələdiyyəsinin üzvü, 2020-ci ilin yanvarından isə Sumqayıt Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır. 18 yanvar 2021-ci il tarixindən Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edir.

Həsənov Musa Süleyman oğlu


Həsənov Musa Süleyman oğlu 12 noyabr 1963-cü ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə Sumqayıt Superfosfat zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodun Komsomol komitəsinin katibi vəzifəsində, daha sonra isə Sumqayıt şəhər Komsomol komitəsində şöbə müdiri, Azərbaycan Gənclər İttifaqı Sumqayıt şəhər məclisinin sədri vəzifələrində çalışmışdır. 1994-2014-cü illərdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
2003-cü ilin dekabr ayının 23-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2014-cü il dekabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” adına layiq görülmüşdür. 2014-cü ilin dekabr ayının 23-də Sumqayıt Bələdiyyəsinə üzv, Sumqayıt Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli ilk iclasında isə Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilmişdir. 
2019-cu ilin dekabrından etibarən Sumqayıt Bələdiyyəsinin üzvü, 2020-ci ilin yanvarından isə Sumqayıt Bələdiyyəsinin sdr müavini vəzifəsində çalışır.
1993-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Şura üzvüdür.
Musa Həsənov 2020-ci ilin dekabr ayında koronavirusa yoluxub və aparılan müalicə tədbirlərinə baxmayaraq 29 dekabr 2020-ci ildə dünyasını dəyişib.



Akif Abbas oğlu Kərimov
Akif Abbas oğlu Kərimov 1954-cü ilin iyun ayının  22-də Gürcüstan  Respublikası  Marneuli  rayonunun Təzəkənd kəndində anadan olmuşdur.1971-ci ildə Marneuli şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Institutunu bitirmiş və inşaatçı -mühəndis ixtisasına yiyələnmişdir. 1981-ci ildə Moskva şəhər Beton və Dəmir - beton Elmi - Tədqiqat Institutunun aspiranturasını bitirmişdir.  Əmək  fəaliyyətinə “Sumqayıtkimyasənaye” istehsalat birliyində inşaatçı-mühəndis kimi başlamışdır.1979-cu ildə “Kimyasənaye” Istehsalat Birliyində 2-ci, sonra isə 1-ci dərəcəli  mühəndis –konstruktur vəzifələrində çalışmışdır.
1981-1983-cü illərdə Sumqayıt şəhər Xalq Nəzarəti Komitəsində inspektor, 1983-1987-ci illərdə Sumqayıt şəhər partiya komitəsində təlimatçı vəzifələrində işləyib, şəhər Partiya komitəsi bürosunun üzvü seçilmişdir.
1990-cu ildə Sumqayıt şəhər Partiya komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib.
 1987-ci ildən  Sumqayıt şəhər Xalq Deputatları Sovetinin deputatı və Sumqayıt şəhər  Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri müavini, Sumqayıt şəhər  Xalq Deputatları Sovetinin sədr müavini, 1996-cı ildən isə şəhər İcra hakimiyyətində məsul vəzifələrdə işləmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
 1999,2004 və 2009-cu illərdə  Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.
2002-ci ildən Sumqayıt  Bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmış və hal-hazırda Sumqayıt  Bələdiyyəsində yerli büdcə məsələləri  komissiyasının sədridir.
Yerli özünüidarə sahəsində Avropa Birliyinin  və  Dünya Bankının layihələrində uğurla iştirak etmiş,elmi-tədqiqat işləri hazırlamış beynəlxalq qurumların sertifikatlarına layiq görülmüşdür.


Məmmədyarova Zeynəb Həmid qızı

 
Məmmədyarova Zeynəb Həmid qızı 03oktyabr 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.2000-cı ildə Sumqayıt şəhər 23 saylı orta məktəbdə təhsilini başa çatdırdıqdan sonra Azərbaycan Beynalxalq Universitetinə qəbul olmuşdur. 2005-ci ildə ali təhsilini bitirmişdir.   
Şahmat üzrə beynəlxalq qrossmeysterdir. 2000-ci ildə İspaniyada keçirilmiş 18 yaşadək qızlar arasında  dünya birinciliyində  qalib gəlmişdir.  2002-ci ildə Bakıda keçirilmiş 20 yaşadək qızlar arasında  Avropa  birinciliyinin qızıl mükafatçısı olmuşdur .2002-ci ildə Sloveniyada Ümumdünya Şahmat Olimpiadasında  öz taxtasında gümüş medala layiq görülmüşdür.
2003-cü ildə  Naxçıvanda  20 yaşadək qızlar arasında  Dünya birinciliyinin bürünc mükafatçısı olmuşdur.
2009 və 2014-cü  illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir. Sumqayıt Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə  Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilmişdir. 2019-cu ildə yenidən Sumqayıt Bələdiyyəsinin üzvü seçilib.


Fəxrəddin Ağarəhim oğlu Rəhimov
Fəxrəddin Ağarəhim oğlu Rəhimov 1951-cı il fevral ayının 8-də Lənkəran rayonunun Vilvan kəndində anadan olmuşdur. 1976-cı ildə  D.Bünyadzadə    adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və  statistika  ixtisasına  yiyələnmişdir.
1973-cü ildə “Sintezkauçuk”  zavodunda ictimai iaşə trestində bufetçi, 1978-ci ildən isə “Sintezkauçuk”  zavodunda Fəhlə Təchizatı  Idarəsinin rəisi vəzifəsində işləmişdir.
1990-1995-ci illərdə Sumqayıt  Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2004 və 2009-cu illərdə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir. Hal-hazırda yerli iqtisadi inkişaf məsələləri  komissiyasının sədridir.





Salmanov Yusif  Zahid oğlu
Salmanov Yusif Zahid oğlu 15 fevral 1951-ci ildə Əlı Bayramlı rayonunun Moranlı kəndində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1990-cı ilin fevralından Sumqayıt şəhər 49 saylı Texniki peşə məktəbində usta və müəllim, Sabirabad rayonunun kənd məktəbində müəllim, Sabirabad rayon Partiya komitəsində təlimatçı, Muğan kolxoz Partiya komitəsinin katibi, daha sonra isə Sumqayıt şəhərinin 28 və 4 saylı orta məktəblərində tarix müəllimi işləmişdir. 1998-2006-cı illərdə qısa fasilələrlə Azərbaycan Xalq Cəbhəsi Partiyası Sumqayıt şəhər şöbəsinin sədri olmuşdur. 1989-1992-ci illərdə AXC Ali Məclisinin üzvü və Ali Məclis sədrinin müavini seçilmişdir. 1999-cu il dekabrın 12-də bələdiyyə seçkilər zamanı AXCP Sumqayıt şəhər şöbəsi tərəfindən namizədliyi irəli sürülərək, Sumqayıt şəhər bələdiyyəsinə üzv seçilmiş, Bələdiyyənin yerli xidmət məsələləri üzrə daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.
2006-cı ildən 2012-ci ilin 31 dekabrınadək “Vətəndaş Həmrəyliyi” Partiyasının (VHP) Sumqayıt şəhər təşkilatının sədri olmuşdur. 2006-cı ildən həmin partiyanın Siyasi şurasının üzvü, 02.01.2013-cü ildən isə sədr müavinidir.
2009-2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv və “yerli ekologiya məsələləri” komissiyasının sədri seçilmişdir. 23 dekabr 2014-cü il tarixində yenidən Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir.

Hüseynov  Ramiz Gülmalı oğlu
Hüseynov Ramiz Gülmalı oğlu 24.06.1950-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. Sumqayıt şəhər 12 sayl orta məktəbi, 1979-cu ildə isə Moskvada Ümumittifaq Yeyinti Sənayesi İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1968-ci ildə ictimai iaşə müəssəsində başlamışdır. 1979-cu ildə Bakı şəhər 2 saylı Çörək kombinatında təchizat şöbəsinin müdiri vəzifəsində başlamış, 1993-1999-cü illərdə isə Gömrük komitəsində böyük inspektor vəzifəsində işləmişdir. 1999-cu ildən 2012-ci ilə qədər Əmlak komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır.
23 dekabr 2014-ci ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir.



 
Cavadov İlqar Abbas oğlu
Cavadov İlqar Abbas oğlu 16 iyul 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1985-ci ildə Sumqayıt şəhər 10 saylı orta məktəbini, daha sonra isə “Odlar Yurdu” Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1989-cu ildə başlamışdır. 1994-cü ildən 2014-cü ilə qədər Dövlət orqanında çalışımışdır. 2014-cü ildən “Bərəkət-2014” firmasında sahibkar kimi fəaliyyət göstərir. 23 dekabr 2014-ci ildə Sumqayıt Bələdiyyəsinin üzvü seçilmişdir.






Abasov Emil Tofiq oğlu
Abasov Emil Tofiq oğlu 1976-cı il yanvarın 19-da Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhəri 27 saylı orta məktəbdə aldıqdan sonra 1992-1998- ci illərdə Türkiyə Respublikası Ankara Universitetinin siyasi elmlər fakultəsinin dövlət idarəçiliyi ixtisası üzrə ali təhsil almışdır. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademyasının dövlət və bələdiyyə idarəçiliyi ixtisası üzrə müdavim olmuş, ABŞ-ın Beynəlxalq Respublikaçılar və Milli Demokratiya İnistitutunun,  digər beynəlxalq təşkilatların diplom və sertifikatlarına layiq görülmüşdür.1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.  2005-ci ildən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi İdarə Heyətinin üzvüdür. 2000- ci ildən Yeni Azərbaycan Partiyası İcra Katibliyinin baş təlimatçısıdır.                                 
2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə  üzv seçilmişdir. Hal-hazırda hüquq məsələləri  komissiyasının sədridir.



Bələdiyyə üzvlərinin
Siyahısı

Əsədоv Sultаn Misirоğlu

Sədr

HəsənovMusa Süleyman oğlu

Sədr müavini

Süleymanov Sərviz Salman oğlu

Sədr müavini

AbаsоvЕmilТоfiqоğlu

Bələdiyyə üzvü

Adıgözəlzadə Orxan Elşad oğlu

Bələdiyyə üzvü

Cavadovİlqar Abbas oğlu

Bələdiyyə üzvü

Cəlalzadə Bənövşə Mehdi qızı

Bələdiyyə üzvü

Əliyeva İlahə Arif qızı

Bələdiyyə üzvü

HüseynovRamiz Gülmalı oğlu

Bələdiyyə üzvü

КərimоvAкifAbbаsоğlu

Bələdiyyə üzvü

Məmmədov Fərid Xalid oğlu

Bələdiyyə üzvü

Məmmədyаrоvа ZеynəbHəmidqızı

Bələdiyyə üzvü

Mehdiyeva Nərmin Kamran qızı

Bələdiyyə üzvü

Novruzlu Yusif Əmrah oğlu

Bələdiyyə üzvü

Qasımov Azər Məhərrəm oğlu

Bələdiyyə üzvü

SаlmаnlıYusifZiyadоğlu

Bələdiyyə üzvü

Şahbalayev Zaur Teymur oğlu

Bələdiyyə üzvü

RəhimоvFəхrəddinAğаrəhimоğlu

Bələdiyyə üzvü

Rüstəmova Gülşən Tahir qızı

Bələdiyyə üzvü

 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az