Sumqayıt Bələdiyyəsi şəhərin aztəminatlı və şəhid ailələrinin uşaqları üçün Yeni il şənliyi təşkil etmişdir


Sumqayıt Bələdiyyəsi şəhərin aztəminatlı və şəhid ailələrinin 200-dən artıq uşaqlarının öz yaşıdları ilə birgə Yeni - 2014-cü il şənliklərində iştirakını təmin etmişdir. Bələdiyyə tərəfindən yolka biletləri hədiyyə edilmiş fidan balalar şəhərin mərkəzi meydanında qurulmuş Yolka ətrafında, H.Ərəblinski adına
Sumqayıt Dövlət Dram Teatrının binasında və N.Nərimanov adına Mədəniyyət evində Şaxta baba və Qar qızla birgə oynayıb-əylənmiş, rəqs edərək “yallı” getmiş, əyləncəli viktorinalarda iştirak etmiş, uşaq tamaşalarına baxaraq, Azərbaycanın populyar nağıl qəhrəmanlarını sevinclə alqışlamışlar.

Şənliklərin sonunda Yeni il şənliyindən xatirə olaraq balacaların Şaxta baba və Qar qızla, valideynləri və dostları ilə birgə xatirə şəkilləri çəkilmişdir.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609