Sumqayıt Bələdiyyəsinin qadın əməkdaşları və fəalları Beynəlxalq Qadınlar gününə həsr edilmiş foto-sərgi ilə tanış olmuşlar

Beynəlxalq Qadınlar günü ərəfəsində Sumqayıt Bələdiyyəsinin və onun məhəllə komitələrinin qadın əməkdaşları Azərbaycan qadınlarının ictimai fəallığını,ölkəmizin inkişafında onların rolunu əks etdirən“Çərçivədən kənar” adlı foto-sərgi ilə tanış olmuşlar. Sumqayıt Yaradıcılıq Mərkəzində təşkil edilmiş sərgidə respublikanın müxtəlif foto həvəskarlarının bir-birindən maraqlı 100-dək əsəri nümayiş etdirilmişdir. Təşkilində “Qadınlar Bələdiyyənin inkişafı uğrunda” İctimai Birliyinin, Almaniya Əməkdaşlığı Birliyinin Azərbaycan ofisinin,Sumqayıtda fəaliyyət göstərən Alman Dili Mərkəzi və Sumqayıt Bələdiyyəsinin qadın fəallarının da əməyi olmuş sərginin açılışında Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri xanım Haydrun Tempel, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev,Sumqayıt Bələdiyyəsinin sədr müavini, Avropa və dünya çempionu, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova, şəhərin müxtəlif ictimai təşkilatlarının və respublika mətbuatının nümayəndələri iştirak etmişlər. İlk olaraq alman səfir tədbirdə iştirak edən xanımları və onların timsalında bütün Azərbaycan qadınlarını 8 Mart bayramı münasibətilə təbrik etmiş, ən xoş arzularını bildirmiş və gender bərabərliyi baxımından “Çərçivədən kənar” foto-sərgisinin əhəmiyyətindən söhbət açmışdır.

Sonra qonaqlar və Sumqayıt sakinləri Azərbaycan qadınlarının ictimai fəallığının foto-əsərlərlə əks etdirildiyi sərgi ilə maraqla tanış olmuşlar.Orijinal rakurslarla fotoları təqdim edilmiş ictimaiyyətçi qadınların bir qisminin Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin sədrləri və fəallarının olması tədbir iştirakçılarında məmnunluq dogurmuşdur.

Tədbrdə iştirak edənlər Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri sədrləri Solmaz Zeynəddinovanın və Gülnarə Ağayevanın, Saray Bələdiyyəsinin sədr müavini Vəsilə Əbilhəsənovanın,“Qadınlar Bələdiyyənin inkişafı uğrunda”İctimai Birliyinin sədri Lyudmila Xəlilovanın, Almaniya Əməkdaşlığı Birliyinin Azərbaycan ofisinin məsləhətçisi Fidan Qasımovanın və digər ictimai fəal qadınların yerlərdə sakinlərlə görüşləri və dıgər tədbirlər zamanı, həmçinin onların istirahət saatlarında yüksək sənətkarlıqla,ustalıqla çəkilmiş şəkilləri seyr edərək, xoş təəssüratlarını bölüşmüşlər.

Sonda sərginin ekspozisiyaları önündə xatirə şəkilləri çəkilmişdir.

Qeyd edək ki,“Çərçivədən kənar” sərgisindən əvvəl səfir xanım Haydrun Tempel Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşmüş, əhaliyə nümunəvi xidmət sahəsində dünyada ilk təcrübə, Azərbycan brendi olan “ASAN xidmət”Mərkəzinin fəaliyyəti ilə tanlş olmuşdur.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609