Almaniyanın Lüdviqshafen şəhərinin mütəxəssislər qrupu və Sumqayıt Bələdiyyəsi sosial məsələlərlə bağlı təcrübə mübadiləsi aparmışlar

Almaniyanın Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərinin Reyn ştatının respublikamızda işgüzar səfərdə olan mütəxəssislər qrupu bu gün Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşə­rək, ilk öncə Azərbaycanda son illərdə aparılan geniş miqyaslı tikinti-abad­lıq işlərindən məmnunluqlarını ifadə etmiş, sürətlə inkişaf edən, yeniləşərək tanınmaz dərəcədə dəyişən ölkəmizin Avropanın qabaqcıl bir ölkəsinə çevrilməsindən bir partnyor olaraq sevinc və dost qüruru duyduqlarını bildirmişlər.

Sonra alman qonaqlar şəhər sakinlərinin sosial-məişət qayğılarının dol­ğun şəkildə həlli, onlara yaşayış sahələrində göstərilən məişət-kommunal xidmətlərinin müasir tələblər səviyyəsində qurulması, bu sahədə yeni təşəbbüslər və yeniliklərlə bağlı sumqayıtlı həmkarları ilə fikir mübadiləsi aparmışlar.

Reyn ştatının mütəxəssislər qrupunun rəhbəri Peter Lubenau Lüdviqs­hafen şəhərində əhaliyə kommunal xidmətin yeni, daha səmərəli formala­rının tətbiqi haqqında məlumat vermiş, bəzi məsələlər üzrə isə daha optimal variantların hazırlandığını diqqətə çatdırmışdır.

Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev respublikada ölkə başçısının rəhbərliyi ilə aparılan geniş vüsətli quruculuq

işlərinin Sumqayıtda da uğurla davam etdirildiyi barədə qonaqlara məlumat vermiş, şəhərin İcra Hakimiyyəti tərəfindən sakinlərin sosial-məişət qayğılarının, mövcud olan problemlərin həllinə xüsusi diqqət yetirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, qarşıya çıxan məsələlərin həlli üçün Sumqayıt Bələdiyyəsi də öz imkanları daxilində səylərini əsirgəmir.Bununla belə həllinin hüququ əsas­lar üzərində qurulmasına ehtiyac olan bəzi məsələlər vardır ki, burda da bu və ya digər tipik xarakterli məişət-kommunal problemlərin aradan qaldırıl­ma­sı onlara hüquqi prizmadan yanaşılmasını, hüquqi baza yaradılmasını tələb edir.

Fikir və təcrübə mübadiləsindən razı qalan tərəflər bu cür görüşlərin gələcəkdə də keçirilməsinin qarşılıqlı faydalı olacağını bildirmişlər.  

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609