Sumqayıt Bələdiyyəsi müharibə əlillərinə və aztəminatlı ailələrə Novruz sovqatları hədiyyə etmişdir.

Sumqayıt Bələdiyyəsi xalqımızın və bütün Türk dünyasının ən çox sevilən bayramı olan Novruz bayramı münasibətilə şəhərin bir qrup müharibə əlilini və aztəminatlı ailələri bayram hədiyyələri ilə sevindirmişdir.

Bələdiyyə tərəfindən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin, Azərbaycan Gözdən Əlillər, Azərbaycan ƏIil Qadınlar,“Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda”cəmiyyətlərinin, II Dünya Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələrinin daha çox ehtiyacı olan üzvləri və aztəminatlı ailələr, kimsəsiz, tənha adamlar üçün bayram süfrələrinin ət,yağ, un, düyü, şirniyyat və s. ərzaqla təminatı məqsədilə 100-dək bayram xonçaları bağışlanılmışdır.

Novruz bayramı kimi əziz, müqəddəs bir gündə göstərilən diqqət və qayğıya görə həyəcanlarını gizlədə bilməyən üç əlil övlad atası, 80 yaşlı Pirverdi İsgəndərov, himayəsində ata-anadan yetim qalmış beş nəvəsi olan 75 yaşlı Səlim Əliyev, ruhi xəstə övladları olan Rəhilə İsmayılova, iki əlil uşaq anası Elvira Əliyeva, tənha qadınlar Minurə İsmayılova, Zelfira Usmanova və başqaları Sumqayıt Bələdiyyəsinin rəhbərliyinə və kollektivinə dərin minnətdarlıq bildirmiş, təşəkkür etmişlər. 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az