Sumqayıt Bələdiyyəsində növbəti yaz iməciliyi

Aprelin 5-də Sumqayıt Bələdiyyəsinin kollektivi Bələdiyyə parkında H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yerləşdiyi ətraf ərazidə növbəti yaz iməciliyi keçirmişdir. İlin yalnız isti günlərində deyil, sərin havalarda da sumqayıtlıların sevimli istirahət yeri olan parkda Bələdiyyə işçiləri tərəfindən 200-dən artıq ağaca aqrotexniki qulluq göstərilmiş, əraziyə qabaqcadan gətirilmiş torpaq və təbii gübrə daşınaraq ağacaltı sahələrə səpilmişdir.Ağacların ətrafı təmizlənərək abadlaşdırılmış, onların dibinə su verilmişdir.Şəhər sakinlərinin axşam istirahəti üçün parkın işıqlandırma sistemi də qaydaya salınmışdır.Tədbirdə Bələdiyyə aparatının bütün kollektivi iştirak etmişdir. 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az