Sumqayıt Bələdiyyəsi və “Potensial” Mütəxəssislər Birliyi Sumqayıtda ətraf mühitin yaxşılaşdırılması üzrə birgə layihəyə start vermişlər

Aprelin 12-də Sumqayıt Bələdiyyəsinin Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitəsi Kimyaçılar qəsəbəsində “Yaşıllıq günü” aksiyası keçirmişdir. Məhəllə komitəsi üzvlərinin və sakinlərin yüksək fəallıqla iştirak etdiyi tədbir zamanı binaların həyətlərində yeni ağaclar əkilmiş və suvarılmış,mövcud yaşıllıq sahələrində aqrotexniki işlər aparılmışdır.Həmin gün yaşıllıq aksiyası Bələdiyyə parkında da davam etdirilmiş,Sumqayıt Bələdiyyəsi əməkdaşlarının iştirakı ilə 30-dan çox həmişəyaşıl ağac əkilmiş,parkın ərazisində təmizlik-abadlıq işləri görülmüşdür.Yaşıllıq aksiyası “Potensial”Sumqayıt Mütəxəssislər Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi“Sumqayıt şəhərində və ətraf qəsəbələrdə yerli özünüidarəetmə orqanı ilə birlikdə ətraf mühitin yaxşılaşdırılması ücün tədbirlərin təşkili” layihəsi şərçivəsində Sumqayıt Bələdiyyəsi ilə birgə həyata keçirilmişdir. Həmin layihənin əsas məqsədi Sumqayıt Bələdiyyəsi və ətraf qəsəbələrin bələdiyyələri ilə birlikdə sakinlərin diqqətini şəhərin yaşıllıqlarının artırılmasına yönəltmək,məhəllə komitələrinin və vətəndaş cəmiyyəti qurumlarının bu problemlərin həllində daha fəal iştirakına,ətraf mühitin qorunub-saxlanması istiqamətində problemlərinin həllinə məhəllə və mikrorayon sakinlərinin daha geniş hissəsinin cəlb edilməsinə nail olmaqdır. 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az