Sumqayıt Bələdiyyəsinin təşkilatçılğı ilə bələdiyyələrin idarə edilməsində QHT-lərin rolu müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Sumqayıt Bələdiyyəsinin təşkilatçılğı ilə “İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyi “Sumqayıtin tarixi” muzeyində “Səmərəli bələdiyyə idarəetməsində və qərarların qəbulunda QHT-lərin rolunun gücləndirilməsi” layihəsi üzrə ictimai müzakirə keçirmişdir. Sumqayıt

Bələdiyyəsi, Corat və H.Z.Tağıyev qəsəbə bələdiyyələrinin nümayəndələri, məhəllə komitələtinin üzvləri,QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə “İnsan Hüquqları və Maarifçilik”İB-nin sədri Rəfail Becanov açıb. Layihə çərçivəsində ikinci ictimai müzakirənin aparıldığını diqqətə çatdıran İB sədri “İctimai iştirakçılıq haqqında”qanun qəbul edildiyini, bunun isə bələdiyyə idarəetməsində yeni bir mərhələnin başlanmasına imkan açdığını bildirmişdir. Bu qanunun tətbiqi ilə bələdiyyələr yeni maliyyə mənbələri tapmaqda daha səmərəli fəaliyyət göstərə biləcəklər. Diqqətəlayiqdir ki, QHT-lərlə birgə bələdiyyələr də müxtəlif layihələr hazırlaya və bu layihələrin icrası üçün donorlar tapa bilərlər.

İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədr müavini, layihənin eksperti Qaya Əliyev çıxış edərək bildirib ki, öz işlərini görmək üçün hazırda bələdiyyələrin maliyyə imkanları məhdududur. 2012-ci ilin yekununa görə, respublika üzrə bələdiyyələrin cəmi 35 milyon manat gəliri olub. Bu vəsait 1718 bələdiyyə arasında bölünərsə, hər ay bir bələdiyyəyə təxminən 1500 manat pul düşür. Lakin alternativ mənbələr və QHT-lərin dəstəyi ilə yeni maliyyə mənbələri tapmaq mümkündür. Əgər bələdiyyələr QHT-lərlə əməkdaşlıq edərsə, ictimai problemlərin öyrənilməsində maddi imkanlardan yararlana bilərlər.

Sumqayıt Bələdiyyəsinin icraçı katibi Akif Kərimov təmsil etdiyi qurumun vətəndaş cəmiyyətləri ilə əlaqələrindən danışaraq qeyd etmişdir ki, Sumqayıt Bələdiyyəsi QHT-lərə açıq bələdiyyələrdən biridir. O bildirmişdir ki, “İnsan Hüquqları və Maarifçilik” İB ilə həm məhəllə komitələrinin fəaliyyəti, həm də bələdiyyə büdcəsinin şəffaflığı mövzusunda birgə tədbir artıq 3-cü dəfədir ki, təşkil edilir. Bələdiyyənin yaxından əməkdaşlıq etdiyi digər QHT-lər də vardır. Bu əlaqələr gündən-günə yüksələn xətt üzrə inkişaf edir və Sumqayıt Bələdiyyəsinin ictimai iştirakçılıqla bağlı problemi deyil, kifayət qədər yaxşı təsrübəsi vardır.

Layihənuin müzakirəsində “Azərbaycanlılar beynəlxalq arenada”İB-nin sədri Ramilə
Eminli, “Sumqayıtxəbər.com”portalının rəhbəri Eyvaz Qocayev, QHT rəhbərlərindən İndira Şəmsivari, Tahirə Nağıyeva, Mətanət Məhərrəmova, Corat qəsəbə bələdiyyəsinin sədri Tofiq Mahmudov, H.Z.Tağıyev qəsəbə bələdiyyəsinin sədri Arif Qafarov,məhəllə komitələrinin təmsilçilərindən Solmaz Zeynəddinova, Gülnarə Ağayeva, Əhməd Abbasov, Süleyman Əsgərov və başqaları çıxış etmişlər.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az