Sumqayıt Bələdiyyəsi və “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi “Yaşıllıq günü” aksiyasını şəhərin mikrorayonlarında davam etdirmişlər

Aprelin 23-də Sumqayıt Bələdiyyəsinin 12 və 17-ci mikrorayonlar üzrə məhəllə komitələrinin ərazilərində yaşıllıq aksiyası keçirilmişdir.Tədbirdə hər iki mikrorayonun məhəllə komitələri üzvlərinin iştirakı ilə 60-dan çox həmişəyaşıl ağac əkilmişdir.

Sumqayıt Bələdiyyəsi və “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə yerli özünüidarəetmə orqanı ilə birlikdə ətraf mühitin yaxşılaşdırılması ücün tədbirlərin təşkili” layihəsi şərçivəsində keçirdikləri aksiya zamanı təmizlik, abadlıq və yaşıllaşdırma işləri görülməklə yanaşı sakinlər və yaşıllıqların salınmasına cəlb edilmiş orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə ekoloji problemlərin həllində, ətraf mühitin yaxşılaşdırılmasında hər bir şəxsin fəal iştirakının cəmiyyətin sağlam həyatı üçün vacibliyi ilə bağlı maarifləndirmə işləri, söhbətlər aparılmış, ətraf mühitin qorunmasında yaşıllıqların rolu haqqında onlara geniş məlumat verilmişdir.Ekoloji problemlərin həlli istiqamətində görülən hər bir işin insanların həyat və sağlamlığına müsbət təsir göstərdiyi diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, Sumqayıtda ekoloji problemlərin real həlli üçün atmosferə atılan zəhərli tullantıların və çirkab sularının minimuma endirilməsinə, eyni zamanda şəhərdə adambaşına düşən yaşıllıq sahələrinin artırılmasına nail olmaq lazımdır. Respublikanın qabaqcıl və nümunəvi yerli özünüidarəetmə orqanı olan Sumqayıt Bələdiyyəsi və onun məhəllə komitələrinin “təmiz və yaşıl məhəllə” adı altında təşkil etdikləri tədbirlər, həmçinin orta ümumtəhsil müəssisələri ilə birgə keçirilən “yaşıllıq günü” ekoloji problemlərin həllinə, əhalinin sağlam həyatının təmininə yönəldilmişdir. 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az