Sumqayıt Bələdiyyəsi və “Potensial” Mütəxəssislər Birliyi Sumqayıtda ətraf mühitin yaxşılaşdırılması üzrə birgə layihənin icrasını uğurla başa vurmuşlar

Aprelin 29-da Sumqayıt Bələdiyyəsi və Sumqayıt “Potensial”MütəxəssislərBirliyi “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə yerli özünüidarəetmə orqanı ilə birlikdə ətraf mühitin yaxşılaşdırılması üçün tədbirlərin təşkili” üzrə layihənin icrasını uğurla başa çatdırmışlar. Yeni yaşıllaşdırma layihəsi çərçivəsində Sumqayıt Bələdiyyəsinin 7 məhəllə komitəsinin, o cümlədən 6-cı mikrorayon üzrə 1, 10-cu mikrorayon üzrə 3, 12-ci mikrorayon üzrə 2, 17-ci mikrorayon üzrə 1, Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitələrinin və “Bələdiyyə parkı”nın ərazilərində məhəllə komitələri üzvlərinin,7 mindən artıq məhəllə sakininin, həmçinin Sumqayıtın 4, 22, 28 və 30, Cəbrayıl rayonunun 4 N-li orta məktəblərinin ərazilərində müəllim və şagirdlərin iştirakı ilə bütünlükdə 500-dən artıq ağac əkilmiş, onlara təbii gübrə və su verilmiş, aqrotexniki qulluq göstərilmişdir.  

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az