Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosasiyasının sədri Əbülfəz Babayevin Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Büro İclasının Açılış Mərasimində çıxışı

Hörmətli Sədr!

   Hörmətli qonaqlar, dostlar!

  Sizi tarixi ənənələri olan qədim, eyni zamanda öz müasirliyi və inkişaf tempi ilə hər bir qonağı heyran edən gözəl Bakı şəhərində ürəkdən salamlayıram və işlərinizdə uğurlar arzulayıram.

   Bu tədbir Avropa Şurası Yerli Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda keçirdiyi ilk rəsmi tədbirdir və bu Azərbaycanın Nazirlər Şurasına sədirliyi dövrünə təsadüf edir.

Ümid edirəm ki, bu tədbir gələcəkdə ölkəmizin Avropa Şurası Yerli Regional Hakimiyyətlər Konqresi ilə daha da sıx əməkdaşlıq yaratmaq üçün əhəmiyyətli bir rol oynayacaqdır.

Ölkəmizin Avropa Şurasına 2002-ci ildən üzv olduğu dövürdən başlayaraq konqreslə işgüzar əlaqələr qurulmuşdur.

Azərbaycan nümayəndə heyyəti konqresin plenar iclaslarında aktiv iştirak etmiş, müvafiq komitələrdə təmsil olunmuşlar, üzv ölkələrin yerli özünüidarəetmə orqanlarında, onların ölkə və Bələdiyyə ərazilərində Demokratik təhcizatların inkişafı, insan hüquqlarının qorunması, qadınların məhişət zorakılıqlarından qorunması, uşaqların hüquqlarının müdafiəsi, Avropa vətəndaşlarının seçici aktivliyinin artırılması yolları, qaraçıların və köçkünlərin (imiqrantların)xüsusi ilə də ərəb-müsəlman mənşəli imiqrantların Avropa cəmiyyətinə, inteqrasiya məsələlərində komitə və plenar müzakirələrdə fəal iştirak etmiş öz fikir və mülahizələrini bildirmişdir.

Əməkdaşlığın bir forması olaraq üzvülük döründə konqres tərəfindən 3 monitorinq keçirilmiş, 2 tövsiyyə verilmişdir.

Bu gün məmnunluqla deyə bilərik ki, verilən tövsiyyələrin əksəriyyəti yerinə yetirilmiş və bu ölkəmizdə yerli özünüidarəetmə sahəsində aparılan demokratik islahatların avropa normalarına uyğunlaşdırılmasına, inkişafına kömək etmişdir.

Verilmiş tövsiyyələrdən biri də Bələdiyyələrin Assosasiyalarının yaradılması idi. Bu tövsiyyə Bələdiyyələrimiz tərəfindən geniş müzakirə olundu və “Yerli özünüidarəetmə haqqında”, “Avropa Xartiyasına”, “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanunlarına müvafiq olaraq ölkə Bələdiyyələrinin təşəbbüsü ilə sonralar Avropada “Azərbaycan modeli” kimi qəbul olunan Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosasiyaları yaradılmışdır.

Assosasiyalar fəaliyyəti dövründə əsas qüvvələrini təşkilatlanma məsələlərinə, bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə və təkmilləşdirilməsinə, yerli proqramlarının icrasında və yerli əhəmiyyətli layihələrin reallaşmasında bələdiyyələrin iştirakının təmin olunmasına, yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolunun və nüfuzunun gücləndirilməsinə, bələdiyyələrin yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi Beynəlxalq qrumlar, qeyri-hökumət təşkilatları, Avropa ölkələri Bələdiyyələri ilə “Qardaş Bələdiyyələr” kontekstində ikitərəfli əlaqələrin qurulmasına yönəltmişlər. İlk olaraq Assosasiyaların təşəbbüsü və təşkilatçılığı ilə Bakı və 51 rayon mərkəzində “Şəhər, Qəsəbə və Kəndlərin sosial-iqtisadi inkişafında yerli əhəmiyyətli layihələrin həllində Bələdiyyələrin iştirakı” mövzusunda Bələdiyyə sədirlərinin toplantıları keçirilmiş, onların rayon şuraları və Şəhər,Qəsəbə və Kənd Bələdiyyələrinin Assosasiyalarının Fəaliyyətlərinin Əlaqələndirmə Şurası yaradılmasıdır. Bu da ayrı-ayrı Bələdiyyələrin və Assosasiyalarının birgə fəaliyyətinin səmərəliliyin artırılması baxımından kifayət qədər əhəmiyyətli olmuşdur.

Assosasiyalar Bələdiyyələrlə qanunvericilik orqanları, Nazirlər, komitələr, icra strukturası və digər qrumlar arasında əlaqələndirmə funksiyasını öz üzərinə götürmüşdür.

 Bələdiyyələrlə qanunvericilik orqanları, Nazirlər, komitələr, icra strukturası və digər qrumlar arasında əlaqələndirmə funksiyasını öz üzərinə götürmüşdür.

    Bələdiyyələri ən çox maraqlandıran və narahat edən məsələlərin çevrəsini müəyyən etmək üçün Bələaiyyələrlə birbaşa görüşlər keçirilmiş, onların beş mindən artiq təklifləri toplanıb ümumiləşdirilmiş və nəticədə məlum olmuşdur ki, Bələdiyyələr üçün ən aktual problemlər onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud qanunvericilikdə müvafiq dəyişiliklərin edilməsi, Bələdiyyələrin maliyyə və iqtisadi potensialının artırılması, qabaqcıl iş təcrübəsinin yayılması, mülkiyyətin artırılması və idarəedilməsi, yerlərdə sosial məsələlərin həlli ilə bağlıdır.

    Ümumiləşdirilmiş məsələlər ətrafında işgüzar müzakirə aparmaq üçün “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda Ümumrespublika Konfransı və Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri üçün ayrı-ayrılıqda dəyirmi masalar təşkil edilmişdir.

   Assosasiyaların təşəbbüsü ilə görülmüş işlərə yekun vurmaq, əldə edilmiş nailiyyətləri və mövcud problemləri müzakirə etmək, assosasiyalar tərəfindən toplanmış və təhlil edilmiş, Bələdiyyəlri narahat edən məsələlərin ümumiləşdirmək və müvafiq tədbirləri müəyyəm etmək, eləcədə regionların sosial-iqtisadi inkişafında Bələdiyyələrin rolunun artırılması yollarını araşdırmaq üçün Bakı şəhərində “Respublikanın sosial-iqtisadi inkişafında Bələdiyyələrin iştirakı” mövzusunda Bələdiyyə sədrlərinin I-ci Ümumrespublika Toplantısı, Yevlax şəhərində isə “Vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərinin tətbiqində Bələdiyyələrin rolu” mövzusunda Bələdiyyə sədrlərinin II-ci Ümumrespublika Toplantısı keçirilmişdir.

  Görülmüş işləri və qarşıda duran vəzifələri müzakirə etmək üçün bu ilin iyunun 23-də Bələdiyyə sədrlərinin növbəti III-cü Ümumrespublika Toplantısı keçiriləcəkdir.

   Keçirilmiş toplantılarda Avropa Şurasının Baş Katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribosiya, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin eksperti Quen Masters iştirak və çıxış etmişlər.

   Toplantıların yekunları, Toplantılarda qəbul edilmiş tövsiyyələr, növbəti mərhələ üçün ölkə bələdiyyələrinin fəaliyyət proqramına çevrilmişdir.

   Ölkəmizdə idarəçilik sisteminin xüsusiyyətlərini nəzərə alaraq Ümumrespublika toplantılarının qərarı ilə şəhər, qəsəbə və kənd ərazilərinin sosial-iqtisadi inkişafı və yerli əhəmiyyətli məsələlərin həllində yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək məqsədi ilə koordinasiya şuralarının yaradılması ölkə Bələdiyyələrinə və yerli İcra Hakimiyyəti orqanlarına tövsiyyə olunmuşdur.

   Bu gün respublikanın bütün şəhər və rayonlarında həmin şuralar fəaliyyət göstərir. Bir sıra hallarda koordinasiya şuralarına Bələdiyyə sədrləri rəhbərlik edir, digər hallarda İcra Hakimiyyətinin başçısının müavinləri.

   Bu idarəçilik mexanizmi artıq bir neçə ildir ki, uğurla sınaqdan keçərək yerli əhəmiyyətli məsələlərin həllində Bələdiyyələrlə icra strukturları arasında paralelliyi aradan qaldırmış, birgə səmərəli iddarəçilik forması kimi qəbul olunmuşdur.

   Bildiyimiz kimi idarəetmənin dəqiq ölçü vahidi və vahid forması yoxdur. Dövlətin iqtisadi göstəriciləri, onun artım tempi, vətəndaşların sosial-iqtisadi durumu, şəhər və kəndlərin abadlaşdırılması, Regionların sosial-iqtisadi inkişafı, təhsil, səhiyyə, İdman sahəsində əldə olunan uğurlar, cəmiyyətin tələblərini ödəyən infrastrukturların yaradılması və sari hər hansı bir ölkədə idarəetmənin başqalarına nisbətən mükəmməlliyindən xəbər verir.

   Bu baxımdan ölkəmizdə elə bir sahə yoxdur ki, orada coxdəfəli artım və inkişaf olunmasın. Bu da ölkəmizdə idarəetmənin bütün sahələrdə o cümlədən yerli özünüidarəetmə sahəsində düzgün və səmərəli qurulmasından xəbər verir və bunun hər hansı bir formada tövsiyyələrə əsaslanıb dəyişmək düzgün olmaz. Bunu inkişaf etdirmək, təkmilləşdirmək, daha da səmərəli etmək yollarını axtarmaq daha müasir dialektik yanaşma olar. Bəlkədə bu gün Avropanı narahat edən səbəblərdən biri də əsirlərcə ilişib qaldığımız idarəçilik formasıdır. Nə üçün onun təkmilləşdirilməsi, müasirləşdirilməsi barədə fikirləşməyək.

    Artıq demokratik şəffaf idarəetmənin yeni formaları yaranmaqdadır. Dövlətimiz bütün sahələrdə olduğu kimi idarəçiliyin təkmilləşməsi sahəsində də yeniliklərə imza atır. “Asan Xidmət” bu gün Azərbaycan brendi kimi Avropada maraqla təhlil edilir.

    Əminəm ki, yerli özünüidarə sahəsində də ölkəmizdə tətbiq olunan yeni yanaşmalar daha da təkmilləşəcək və müasir idarəçiliyin bir forması kimi qəbul olunacaqdır. Bu baxımdan bəzi tövsiyyələri verməyə çoxda tələsməyin.

     Biz bütün istiqamətlərdə demokratiyanın inkişafına, dünyəvi vətəndaş cəmiyyətinin qurulmasına, insan faktorunun, onun hüquqlarının aliliyinin əsas götürərək ölkəmizi inkişaf etdiririk.

    Lakin çox təəssüf hissi ilə deməliyəm ki, bizim ölkəmizdə Avropa Şurası Yerli Regional Hakimiyyətlər Konqresinin fundamental prinsipləri pozulur. Belə ki, 10 Şəhər, 640 Qəsəbə və Kənddə yerli özünüidarəetmə qrumunu yarada bilmirik. Çünki həmin ərazilər 20 ildən çoxdur ki, işğal altındadır. 1 milyonda çox əhalisi qaçqın vəziyyətindədir. Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarımız isə səfalət içində yaşayır. Ölkəsinin iqtisadi imkanlarından bəhrələnə bilmir. Bütün bunlar bizi narahat edir. Eynu zamanda konqressi də bu məsələyə, ortalıqda olan insan hüquqlarının pozulmasına, ciddi bir münasibət bildirməməsidə narahatlıq doğurur. Hesab edirəm bu barədə ciddi qərarların qəbul olunmasının və beynəlxalq qurumlar tərəfindən əvvələr qəbul olunmuş qərarların icra olunmasının, tələb edilməsinin vaxtı çatmışdır. Dünya ictimayyəti və üzv olduğumuz Avropa ailəsi bu haqsızlıqlara son qoyulmasına qərar verməlidir.

     Çünki Azərbaycan Avropanın Stabil Enerji təminatına, iqtisadi, hümanitar sosial sahələrdə əsaslı inkişafına töhvələr verir, etibarlı tərəfdaş kimi çıxış edir və bu baxımdan xalqımızın bu qərarın verilməsini gözləməyə əsası vardır.

   Ümid edirəm ki, keçirdiyimiz bu tədbirlər, qarşılıqlı zənginləşməyə, qarşılıqlı anlaşmanın dərinləşməsinə, daha səmərəli işgüzar əlaqələrin qurulmasına xidmət edəcəkdir.

 Diqqətinizə görə təşəkkür edirəm.

 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az