Sumqayıt Bələdiyyə parkında “Şəhər günü” ilə bağlı geniş abadlıq işləri aparılır

Sentaybrın 23-də keçiriləcək Şəhər günü tədbirinə şəhərimizdə geniş hazırlıq işləri aparılır. Sumqayıt Bələdiyyəsinin kollektivi də bu mühüm tədbirin keçirilməsinə fəallıqla qoşulmuşdur. Artıq bir-neçə gündür ki, Sumqayıt Bələdiyyə parkında geniş miqyaslı təmizlik-abadlıq işlərinə başlanılmışdır. Parkın ərazisindəki fəvvarəli dairəvi hovuzun bayram günlərində sumqayıtlılara xoş ovqat bəxş etməsi üçün onun su çiləyiciləri təmir olunmus, parkdaki köməkçi tikililər zövqlə rənglənmişdir. Parkın yaşıl örtüyünün güclü istilər nəticəsində sıradan çıxmış sahələri bərpa olunmuşdur. Bələdiyyənin kollektivi parkdakı 500-dən artıq ağacda quru budama işləri aparmış, ağacların dibləri yumşaldılmış, onlara aqrotexniki qulluq göstərilmiş, bütün sahələr alaq otlarından və tullantılardan təmizləmişdir. Parkda sakinlərin rahatlıqla dincəlmələri üçün skamyalar da təmizlənərək rənglənmişdir.

Parkın yaşıllıq sahələrini suvarmaq üçün 34 ədəd su çiləyiciləri quraşdırılmısdır.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az