Sumqayıt Bələdiyyəsi “Şəhər günü” münasibətilə Bələdiyyə parkında abadlıq işlərini genişləndirir

Sumqayıtlıların artıq yarım əsrdən çoxdur ki, sevimli istirahət yeri olan ilk şəhər parkı – bugünkü Bələdiyyə parkı son dövrlərdə öz görkəmini xeyli dəyişmişdir. Sumqayıtın ilk qurucularının əməyi ilə yaradılmış yaşıllıqlar əhatəsində gəzmək və dincəlmək, öz orijinal, füsünkar görkəmi, əsrarəngiz gecə mənzərəsi ilə qəlbləri oxşayan fəvvarəli, çoxşırnaqlı hovuzun tamaşasına durmaq işdən sonra burda ailəvi istirahət edən böyüklərə də, gənclərə və uşaqlara da xüsusi zövq verir.

Parkın abadlığını daim diqqət mərkəzində saxlayan Sumqayıt Bələdiyyəsi burada daim yenilənmə, rekonstruksiya işləri aparır, buranın daha abad, daha cəlbedici bir istirahət məkanı olmasına maksimum səy göstərir. Bunun nəticəsidir ki, builki yay mövsümündə minlərlə adam burada istirahət etmişdir. Rarkda fəaliyyət göstərən müasir tipli kafe və çayxanalar, stolüstü oyun vasitələri də burada dincələnlərin istirahətinin maraqlı, yaddaqalan olmasına xidmət edir. 

Doğma şəhərimizin 65 illik yubileyinin qeyd edildiyi bu günlərdə Sumqayıt Bələdiyyəsi şəhər sakinlərinin bayram ovqatını daha da yüksəltmək üçün parkın asfalt örtüyünü tamamilə təzələmişdir. Bu məqsədlə əraziyə bir çox  maşın-texnika cəlb edilmiş, xeyli asfalt örtüyü daşınmışdır. Bələdiyyə kollektivinin səyi ilə gül ləklərindəki gül-çiçəklər də təzələnmiş, yaşıl gül kolları budanaraq göz oxşayan görkəmə salınmışdır.

Bu gün – sentyabrın 20-də Sumqayıt Bələdiyyəsinin kollektivi ümumşəhər yubiley iməciliyinə qoşularaq, Bələdiyyə parkındakı kompleks abadlıq işlərini həvəslə və uğurla davam etdirmişlər.   

 

Şəhər günü
 
 
 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az