Sumqayıt Bələdiyyəsi “Şəhər günü” münasibətilə keçirilən ümumşəhər iməciliyi zamanı Bələdiyyə parkında geniş abadlıq işləri apararaq, şəhərimizin 65 illik yubileyinə öz töhfələrini vermişlər

Sumqayıtlıların artıq yarım əsrdən çoxdur ki, sevimli istirahət yeri olan ilk şəhər parkı – bugünkü Bələdiyyə parkı son dövrlərdə öz görkəmini xeyli dəyişmişdir. Sumqayıtın ilk qurucularının əməyi ilə yaradılmış yaşıllıqlar əhatəsində gəzərək dincəlmək, özünün əsrarəngiz gecə mənzərəsi ilə xoş ovqat yaradan fəvvarəli hovuzun tamaşasına durmaq işdən sonra burda ailəvi istirahət edən böyüklərə də, gənclərə və uşaqlara da xüsusi zövq verir.

Sumqayıt şəhər İcra Hakimiyyəti şəhər əhalisinin mühüm istirahət mərkəzi olan bu parkın müasir tələblər səviyyəsində olmasına daim xüsusi diqqət və qayğı göstərir. Həmin tələblər baxımından parkın abadlığının təmin edilməsini qarşıya mühüm vəzifə kimi qoymuş Sumqayıt Bələdiyyəsi burada vaxtaşırı olaraq yenilənmə, rekonstruksiya işləri aparır, parkın daha abad, daha cəlbedici bir istirahət məkanı olmasına maksimum səy göstərir. Bunun nəticəsidir ki, builki yay mövsümündə minlərlə adam burada rahatlıqla istirahət edə bilmişdir. Rarkda fəaliyyət göstərən müasir tipli kafe və çayxanalar, stolüstü oyun vasitələri də burada dincələnlərin istirahətinin maraqlı, yaddaqalan olmasına xidmət edir. 

Doğma şəhərimizin 65 illik yubileyinin qeyd edildiyi bugünlərdə Sumqayıt Bələdiyyəsi şəhər sakinlərinin bayram ovqatını və istirahətini daha xoş etmək üçün parkın Sumqayıt Dövlət Musiqili Dram Teatrının əhatəsində olan geniş bir ərazinin asfalt örtüyünü tamamilə təzələmişdir. Bu məqsədlə əraziyə xeyli maşın-texnika cəlb edilmiş, böyük bir sahəyə asfalt döşənmişdir.

“Şəhər günü” münasibətilə sentyabrın 20-də keçirilən ümumşəhər yubiley iməciliyinə qoşulan Sumqayıt Bələdiyyəsinin kollektivi Bələdiyyə parkındakı kompleks abadlıq işlərini əsl bayram coşqunluğu ilə davam etdirmişlər. Burada 50-ə yaxın Bələdiyyə işçisinin səyi ilə Nizami küçəsi boyunca cərgələnmiş ağacların qurumuş budaqları, həmçinin yaşıl gül kolları budanaraq göz oxşayan görkəmə gətirilmiş, çəmənlik ləklərindəki gül-çiçəklər təzələnmiş, fəvvarəli hovuzun su şırnaqları tam təmir olunmuşdur.   

Şəhər günü 2
 
 
 
 
Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az