Sumqayıtın 65 illik yubiley tədbirlərində iştirak etmiş Rustavi meriyasının nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşmüşdür

Bu gün - sentyabrın 24-də Gürcüstanın Sumqayıtla qardaşlaşmış şəhəri olan Rustavinin merinin müavini Giorgi Tabatadzenin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayaraq, qəbul edən Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev şəhərimizin yubiley tədbirlərində iştirak etdiklərinə görə qonaqlara və onların şəxsində Rustavi meriyasının rəhbərliyinə və bütün gürcü dostlara minnətdarlıq ifadə etmiş, qonaqlara Sumqayıtın  tarixi, dünəni və bügünü haqqında geniş məlumat vermiş, şəhərin inkişafında, sənaye potensialının və iqtisadiyyatının gücləndirilməsində dünya şöhrətli siyasətçi, 34 il respublikamıza rəhbərlik etmiş dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açmış, ölkəmizin sürətli inkişaf estafetinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Bunun nəticəsi olaraq son illərdə Sumqayıtda da geniş müasirləşmə və abadlaşdırma tədbirləri çərçivəsində böyük quruculuq işlərinin aparıldığı, şəhərin  iqtisadi xəritəsində yeni-yeni müəsisələrin yer aldığı bildirilmişdir.

Rustavi merinin müavini Giorgi Tabatadze nümayəndə heyəti adından səmimi qəbul üçün minnətdarlığını bildirmiş, Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin ildə-ilə daha da möhkəmlənməsindən məmnunluq ifadə etmişdir. Qonaqlar Rustavinin uzun illərdir ki qardaş olduğu Sumqayıtın sosial-iqtisadi sahələrdə yüksək inkişafının onlarda fərəh doğurduğunu nəzərə çatdırmışlar. Qonaqlar Sumqayıtın yubileyi günlərində şəhərin bir çox sənaye müəssisələrində, xüsusilə də Sumqayıt Texnologiyalar Parkında şahidi olduqları innovativ texnologiyalar və müasir istehsalatların onlarda xoş təəssürat yaratdıqlarını dilə gətirmiş, qardaş Azərbaycanın, o cümlədən Sumqayıtın sürətli inkişafından, şəhərin yubileyinin onun adına layiq, böyük, möhtəşəm təntənə ilə keçirilməsindən dost qüruru duyduqlarını bildirmişlər.

Görüşün sonunda  Sumqayıt Bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev qardaş Gürcüstandan olan qonaqlara şəhərimizin 65 illiyi münasibətilə xatirə hədiyyələri təqdim edilmişdir.  

Rustavi meriyasının nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşmüşdür
 
 
 
Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az