Sumqayit Bələdiyyəsi Qurban bayrami münasibətilə 750-dən artiq ailəni sevindirmişdir

Bugünlər Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə şəhərimizdə  müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramına geniş hazırlıq işləri aparılmışdır. Hər bir müsəlman üçün əziz olan bu  bayram tədbirləri çərçivəsində Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə bu gün Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliklərinin, Azərbaycan ƏIil Qadınlar, “Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda”, Azərbaycan Gözdən Əlillər cəmiyyətlərinin, II Dünya müharibəsi veteranları Birliyinin Sumqayıt şəhər şöbələrinin daha çox ehtiyacı olan üzvlərinə, aztəminatlı ailələrə, kimsəsiz, tənha adamlara qurban payları verilmişdir.

Ümumilikdə Bələdiyyə əməkdaşları və fəalları şəhərin müxtəlif mikrorayon və məhəllələrində yaşayan 750-dən artıq ailəni qurban payı ilə sevindirmişlər.  

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az