Sumqayıt Bələdiyyəsi 18-ci məhəllədə yolun təmirinə başlayıb

Respublikamızın bütün regionlarında, o cümlədən Sumqayıtda şəhər İcra Hakimiyyəti tərəfindən aparılan geniş abadlıq tədbirləri çərçivəsində Sumqayıt Bələdiyyəsi də öz ərazisində təmir-abadlıq işlərini davam etdirməkdədir. Bugünlərdə  metallurqların C.Cabbarlı adına Mədəniyyət evinin qarşısindakı gediş-gəlişi çox olan yolun yararsız hala düşməsini nəzərə alaraq, Sumqayıt Bələdiyyəsi həmin yolun əsaslı təmirinə başlamışdır. Hazırda Bələdiyyənin Təmir-tkinti İdarəsi və podratçı təşkilatın birgə səyi ilə 350 metr uzunluqda olan yolda təmir işləri aparılır. Artıq bu məqsədlə əraziyə cəlb edilmiş maşın və texnikanın köməyi ilə yolun yararsız hissələrinə qum və çınqıl döşənmiş, bordürlər bütün yol boyu təzələnmişdir.

Burada yolun hər iki tərəfində piyada yolunun da qaydaya salınması, yol kənarında müxtəlif növ ağacların əkilməsi də davam etdirilir.

Yol və səkilərin asfaltlanaraq tam istifadəyə verilməsi 17 noyabra – Milli Dirçəliş gününə kimi tam başa çatdırılacaqdır.

YOL-18-ci məhəllə
 
 
 
 
 
Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az