Sumqayıt Bələdiyyəsinin kollektivi məktəblilərin ənənəvi hərbi bayram yürüşünə tamaşa etmişlər

Sumqayıt Bələdiyyəsinin üzvləri və kollektivi ulu öndər Heydər Əliyevin 92 illiyi və alman faşizmi üzərində Qələbənin 70 illiyi ilə bağlı mayın 7-də şəhərin Sülh küçəsində məktəblilərin ənənəvi hərbi bayram yürüşünü izləmişlər.

İlk öncə dahi rəhbərin abidəsi önündəki meydanda gənc əsgərlər Dövlət himninin məğrur sədaları altında başları üzərinə qaldırdıqıarı, daim müqəddəs tutduqları Dövlət Bayrağı ilə qürurla addımlayaraq, tədbir iştirakçıları önündən keçmişlər. Sonra Milli Ordu dəstələri Azərbaycan istehsalı olan müasir hərbi silah və texnikanı nümayiş etdirmişlər. Hərbi estafeti davam etdirən ümumtəhsil müəssisələrinin 3 mindən artıq məktəblisi də tədbir iştirakçıları qarşısından əsl hərbçilər kimi nüzamlı dəstə ilə, vətənin üçrəngli bayrağı altında Azərbaycan əsgəri qüruru ilə, əllərində “silah”, özlərinin düzəltdikləri kiçik tank və digər “zirehli texnika” ilə keçmişlər.

Vətənin gələcək müdafiəçilərinin paradı ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək, şəhərin müxtəlif küçələri boyunca davam etmiş, sumqayıtlılara bayram sevinci yaşatmışdır.

Hərbçilərimizin, məktəblilərin, həmçinin Azərbaycanın dövlət quruculuğu tarixində müstəsna rolu olmuş atlılardan ibarət "Difai” süvari dəstəsinin bugünkü davamçılarının yürüşü tədbirə toplaşan minlərlə şəhər sakini tərəfindən rəğbətlə, alqışlarla qarşılanmışdır.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609