Sumqayıt Bələdiyyəsinin kollektivi alman faşizmi üzərində Qələbənin 70 illiyi ilə bağlı keçirilən tədbirdə

Sumqayıt Bələdiyyəsinin kollektivi alman faşizmi üzərində Qələbənin 70 illiyi ilə bağlı şəhərin 45-ci məhəlləsində keçirilən ümumşəhər tədbirində iştirak etmişdir. Şəhər İcra Hakimiyyəti rəhbərliyinin də iştirak etdiyi tədbir hərbi orkestrin səsləndirdiyi qələbə marşının sədaları ilə açılmışdır. Qarşısında gənc əsgərlərin qürurla dayanaraq, keşik çəkdiyi 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə təzə-tər gül-çiçək dəstələri düzülmüş, hitlerçilərə qarşı ağır, qanlı döyüşlərdə həlak olan Azərbaycan oğul və qızlarının xatirəsi ehtiramla yad edilmişdir. Tədbir zamanı Sumqayıt Bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev alman faşizmi üzərində tarixi qələbənin əldə edilməsində xidmətləri olmuş müharibə veteranları ilə görüşmüşdür.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609