Sumqayıt Bələdiyyəsinin kollektivi ənənəvi kitab bayramında

Mayın 13-də Sumqayıt Bələdiyyəsinin kollektivi Heydər Əliyevin monumental abidəsi yanında Ulu öndərin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən kitab bayramında iştirak etmişdir. Şəhər sakinlərinin, o cümlədən məktəblilərin və tələbələrin də maraqla tanış olduğu, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin toplandığı sərgilərdə yüzlərlə çap və elektron nəşrlər nümayiş etdirilməklə təbliğ edilmişdir. Kitab bayramında “Əli və Nino”, "Qanun”, "Zərdabi” və digər nəşriyyatların nəşr etdiyi, "Akademkitab”, “Bukinist”, "Azəri” və s. kitab mağazalarının satışı ilə məşğul olduqları maraqlı kitablar, qiymətli siyasi və bədii ədəbiyyat kitab həvəckarlarının diqqət və marağına səbəb olmuşdur. Kitab bayramına gələnlər dünya şöhrətli siyasətçi, xalqımızın müdrik oğlu H.Əliyevin zəngin həyat yolundan və siyasi fəaliyyətindən bəhs edən nəfis tərtibatlı əsərlərlə, dünya və Azərbaycan klassiklərinin, müasir şair və yazıçılarımızın külliyyatları, elm, səhiyyə ilə bağlı, ölkəmizin tarixinin müxtəlif dövrləri, görkəmli şəxsiyyətləri haqqında yeni kitablarla tanış olmuşlar. Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi rəhbərliyinin də iştirak etdiyi kitab bayramında musiqiçilər tərəfindən xalq mahnıları və müasir musiqi nümunələri səsləndirilmiş, teatrlaşdırılmış tarixi səhnəciklər göstərilmişdir. Tədbir zamanı 10 minə yaxın müxtəlif ədəbiyyat nümayiş etdirilmiş, kitab həvəskarları tərəfindən şəxsi kitabxanalar üçün kitablar alınmışdır.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609