2015-ci ilin HESABATI

                   SUMQAYIT BƏLƏDİYYƏSİNİN 2015-Cİ İLDƏ FƏALİYYƏTİNİN  ƏSAS NƏTİCƏLƏRİNƏ DAİR H E S A B A T I
     
 Sumqayıt Bələdiyyəsi 2015-ci ildə öz fəaliyyətini bələdiyyənin yerli sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr proqramları, Sumqayıt şəhər  İcra hakimityyətinin şəhərin sosial – iqtisadi inkişaf proqramı  çərçivəsində həyata keçirmişdir.

06 mart 2015-ci il tarixdə Sumqayıtın Tarixi Muzeyində Sumqayıt Bələdiyyəsinin ümumşəhər hesabat toplantısı keçirilmişdir. Sumqayıt Bələdiyyəsi 2014-cü ildə fəaliyyətinin nəticələri ilə bağlı Muzeyin akt zalında keçirilən ümumşəhər toplantısında bələdiyyə fəalları, məhəllə komitələrinin, ictimai və qeyri–hökumət təşkilatlarının nümayəndələri, şəhər sakinləri qarşısında geniş hesabat vermişdir.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2015-ci ilin sentyabr ayının 2-si Sumqayıt şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin olunmuş Zakir Fərəcov ötən ilin sentyabr ayının 16-da Sumqayıt Bələdiyyəsində olmuşdur. Sumqayıt Bələdiyyəsinin tarixində şəhər İcra Hakimiyyətinin başçısı ilə ilk dəfə təşkil olunmuş görüşdə bələdiyyə üzvləri və icra aparatının əməkdaşları iştirak etmişdir.  İşgüzar və konstruktiv şəraitdə keçmiş görüşdə bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar, şəhərin ictimai-siyasi və sosial-iqtisadi  həyatında şəhərin yerli özünüidarəetmə orqanının rolunun qeyri-qənaətbəxş olduğu qeyd edilmiş, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulmasına, Sumqayıtda ötən ilin sentyabr ayından şəhərin inkişafı ilə bağlı  həyata keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına  dair önəmli tövsiyələr verilmişdir.

          2015-ci ilin oktyabr ayının 27-də Sumqayıtın Tarixi Muzeyində keçirilmiş Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin toplantısında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Sumqayıt Bələdiyyəsinin fəaliyyətində köklü dönüşün yaradılması, şəhərdə tətbiq olunan yeni urbanistika siyasətinin həyata keçirilməsində bələdiyyənin rolunun artırılması, məhəllə komitələrinin fəaliyyətinə bələdiyyə tərəfindən dəstəyin verilməsi kimi tövsiyələri irəli sürmüşdür.         Dövlətçiliyi üstün tutan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin idarəetməsində, əhali arasındakı ab-havanın sağlamlaşdırılmasında,  yerli problemlərin həllində Sumqayıt Bələdiyyəsinin rolunun artırılması məqsədi ilə yeni iş üslublarını tədbiq edərək bələdiyyə rəhbərliyini  şəhərin inkişafı ilə bağlı müşavirə və iclaslara dəvət edir, ümumşəhər tədbirlərində bələdiyyə üzvlərinin, onun icra aparatı əməkdaşlarının iştirakını yerli idarəetmənin vacib üslublarında biri kimi dəyərləndirir.                                                        

          2015-ci ilin dekabr ayının 11-də Sumqayıt Bələdiyəsinin sədri Əbülfəz Babayev bələdiyyə üzvlərinə müraciət edərək öz arzusu ilə vəzifədən çıxmışdır.

       Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili.

       Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 17 iclasında 296 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Bələdiyyənin və onun komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 28  müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.     

      Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili.

      Hesabat ilində Sumqayıt Bələdiyyəsinə 1026 xidməti məktub və 1433 ərizə daxil olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 297 məktub və 789 ərizə az deməkdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 1849 nəfər vətəndaş olmuşdur. 2014-cü ilə nisbətən qəbula gəlmiş vətəndaşların sayı 323 nəfər az olmuşdur                                         Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir.    

       Sumqayıt Bələdiyyəsinin məhkəmə müdafiəsi.

      2015-ci ilə məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin əməkdaşları 134 mülki və inzibati iş üzrə 457 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 19 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 6-ı təmin edilmiş, digərləri isə baxılmaqdadır. 

       Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin icrası.

       2015-ci ildə yerli büdcənin gəlirləri 921140 manat, o cümlədən 240000 manat dotasiya və 54918 manat bank krediti təşkil etmiş, proqnoz tapşırığı 76,7 faiz səviyyəsində icra olunmuşdur. Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 237923 manat və ya 25,8 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 234700 manat və ya 25,5 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 81830 manat və ya 8,9  faiz olmuşlar (yerli büdcənin 2015-ci ildə icrasına dair cədvəllər əlavə olunur).

      Hesabat dövründə yerli büdcənin xərcləri 918457 manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 76,5 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.  Belə ki, ötən ildə “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 156703 manat məbləğində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 164479 manat miqdarında vəsait ayrılmışdır. İl ərzində yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri 433725 manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığın 88,6 faizi deməkdir.

Qeyd etmək lazımdır ki, Sumqayıt Bələdiyyəsinin maliyyəsinin idarə edilmısində 2015-ci ildə yol verilmiş nöqsanların nəticəsində bələdiyənin ötən ilə inkişaf proqramları çərçivəsində nəzərdə tutulmuş layihələrin icra edilməsində, bələdiyyə işçilərinin əmək haqlarının ödənilməsində böyük gərginlik yaranmış və ilin proqnoz tapşırıqları kəsirlə yerinə yetirilmişdir.Belə ki, 2016-cı ilin yanvar ayının 1-nə bələdiyənin kreditor borclarının məbləği  201400 manat təşkil etmişdir.Əmək haqqı üzrə borclar ötən ilin dekabr ayının əvvəlində 88,5 min manat səviyyəsinə çatdığı səbəbdən bələdiyə işçiləri 5 ay ərzində əmək haqqı almamışlar.Yalnız ötən ilin dekabr ayının sonunda həyata keçirilmiş kəskin tədbirlər nəticəsində bələdiyə əməkdaşlarının 3 aylıq əmək haqqı ödənilmişdir.

Sumqayıt Bələdiyyəsinin 2015-ci ilə yerli sosial müdafiə proqramı əsasında hesabat ilində bir sıra tədbirlər həyata keçirilmişdir.                    Yanvar ayının 1-5-i və dekabr ayının 30-31-i Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Sumqayıt şəhər filialı, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Ana Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələri üzvlərinin, bir sıra aztəminatlı  ailələrinin, və bələdiyyə icra aparatının əməkdaşlarının  uşaqları üçün bayram şənliyi təşkil edilmişdir. Tədbirlərin təşkili üçün  yerli büdcədən 4900 (dörd min doqquz yüz) manat vəsait ayrılmışdır.

          20 yanvar – Ümumxalq Hüzn günü ilə bağlı bələdiyyə rəhbərliyi, üzvləri,icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 20 yanvar abidəsinin önünə əklillər qoymuş, “Şəhidlər Xiyabanı” kompleksini ziyarət etmişlər.

-        8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvlərinə, bir qrup qadın mətbuat işçisinə, məhəllə komitələrinin qadın sədrlərinin  və icra aparatında işləyən qadınların mükafatlandırılması təşkil olunmuş və bələdiyyə büdcəsindən 3250 (üç min iki yüz əlli) manat məbləğində vəsait ayrılmışdır.

       2015-ci ilin mart ayında bələdiyyə ərazisində Novruz bayramı münasibəti ilə çoxsaylı bayram tədbirləri təşkil edilmişdir. Bələdiyyə ərazisində fəaliyyət göstərən ictimai təşkilatların 110 nəfər üzvünə bayram sovqatları verilmişdir. Bayram tədbirlərinin təşkil edilməsi üçün bələdiyyə büdcəsindən 28500 (iyirmi səkkiz min  beş yüz) manat məbləğində  vəsait xərclənmişdir. Novruz bayramına hazırlıq ilə əlaqədar Sumqayıt Bələdiyyəsinin rəhbərliyi,  üzvləri, icra aparatının əməkdaşları, “Təmir-Tikinti və vətəndaşlara  xidmət” MMC-nin işçiləri cari ilin mart ayının 7-də şəhərin Çerkassı küçəsində ümumşəhər  iməciliyi çərçivəsində abadlıq, təmizlik və boyama işlərini görmüşlər.

-        Mart ayının 31-də bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları bələdiyyə məhəllə komitələrinin nümayəndələri Azərbaycan xalqının soyqırımı günü ilə əlaqədar şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

-        Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar Çernobıl Əlillər İttifaqının Sumqayıt şəhər filialının üzvlərindən bir qrupuna maddi yardım göstərilmiş, tədbirin keçirilməsinə 1500 (min beş yüz) manat məbləğində bələdiyyə büdcəsindən vəsait ayrılmışdır.

-        Ötən ilin may ayının 9-u Faşizm üzərində qələbənin 70-ci ildönümünün qeyd edilməsi münasibəti ilə bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin üzvləri  1941-1945-ci illər Böyük Vətən Müharibəsinə həsr olunmuş monumenti ziyarət etmişlər.      Bir gün öncə Sumqayıt Bələdiyyəsinin konfrans zalında bələdiyyə üzvlərinin,aparatın əməkdaşlarının iştirakı ilə Böyük Vətən Müharibəsinin veteranları üçün təntənəli yığıncaq təşkil edilmişdir. Tədbirlərin təşkili üçün bələdiyyə büdcəsindən 1800 (min səkkiz yüz) manat məbləğində vəsait ayrılmışdır.

-        Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü ilə bağlı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və məhəllə komitələrinin üzvləri Heydər Əliyevin abidəsini ziyarət etmiş  və önünə gül dəstələri qoymuşlar. Bununla bağlı cari ilin aprel ayının 30-dan may ayının 3-dək Sumqayıt şəhər Şahmat-dama məktəbində Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin nümayəndələri arası şahmat və dama üzrə yarışlar təşkil edilmişdir. Yarışların qalibləri bələdiyyə tərəfindən mükafatlandırılmışdır.Bu tədbirlərin keçirilməsinə bələdiyyə büdcəsindən 1200 (min iki yüz) manat məbləğində vəsait ayrılmışdır.

-        2015-ci ilin may ayının 28-də Respublika günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və bələdiyyənin məhəllə komitələrinin üzvləri Ümummilli lider Heydər Əliyevin   abidəsini ziyarət etmiş və onun önünə gül-çiçək dəstələri düzmüşlər.

-       «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək, şəhərdə uşaq futbolunun kütləviliyinin artırılması, uşaqların yay  tətili dövründə asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin  11-12 yaşlı uşaqlardan ibarət futbol komandaları arasında Milli Qurtuluş gününə həsr edilmiş “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda cari ilin  iyun  ayının 15-də  futbol yarışının 10-cu turnirinə  start verilmişdir. Yarışda şəhərin 20 məhəllə komitəsinin komandaları iştirak edir ki, onların sıralarına 280 nəfər uşaq cəlb olunmuşdur. Tədbirin keçirilməsi üçün bələdiyyə büdcəsindən 5800 (beş min səkkiz yüz) manat məbləğində vəsait ayrılmışdır. Yarışın keçirilməsi üçün müvafiq şərait yaradılmış, gənc oyunçular idman geyimləri, futbol topları və ilk tibbi yardım ləvazimatı ilə təmin edilmişlər.

        Yarışlar 20 iyun – 01 avqust 2015-ci il tarixdə 12 N-li tam orta  məktəbdə və fars- ingilis dilləri təmayüllü tam orta  internat məktəbinin yaşıl futbol meydançalarında keçirilmişdir.

           2015-ci ilin iyun ayının 22-si bir qrup jurnalist Milli Mətbuat günü münasibəti ilə  Sumqayıt Bələdiyyəsinin mükafatına layiq görülmüşdür. Bu məqsəd ilə Bələdiyyənin yerli büdcəsindən 1400 (min dörd yüz) manat məbləğində vəsait ayrılmışdır.

           Ötən ilin dekabr aının 12-si Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Sumqayıt Bələdiyyəsinin üzvləri və əməkdaşları Ulu Öndərin abidəsini ziyarət etmişlər.

           Sumqayıt Bələdiyyəsinin üzvləri keçən ilin dekabar ayının 29-da “Qərb” şadlıq sarayı və Heydər Əliyev adına istirahət parkında 31 dekabar-Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə  təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

Hesabat ilində 72 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri  43250 (qırx üç min iki yüz əlli) manat təşkil edən maddi yardım göstərilmişdir.

Ötən ildə Sumqayıt Bələdiyyəsinin 2015-ci ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında  bələdiyyə ərazisində dəyəri 335385 manat məbləğində olan 12 iri həcimli layihə həyata keçirilmişdir.

Belə ki, bələdiyyə tərəfindən icarəyə götürülmüş ofisin otaqlarının təmirinə yerli büdcədən 28678 manat məbləğində vəsait ayrılmışdır.

2015-ci ilə yerli  əhəmiyyətli  yolların saxlanılması sahəsində 5 layihə həyata keçirilmişdir. Belə ki, bağlar zonasında 17 və 18  saylı avtobus marşrutları üzrə müvafiq olaraq 14983 kv.m və 1060 kv.m yol təmir edilmiş, layihələrin icrası məqsədi ilə yerli büdcədən 181708 və 12846 manat məbləğində vəsait ayrılmışdır. Saray bağlarında daxili yolların 1800 kv.metr ölçüsündə olan sahə təmir edilmiş, işlərin görülməsi üçün yerli büdcədən 17399 manat məbləğində vəsait ayrılmışdır. İlin əvvəlində Sumqayıt Bələdiyyəsinin sifarişləri əsasında Çerkassı küçəsinin 1200 kv.metr ərazisində dəyəri 9140 manat təşkil edən abadlaşdırma işləri görülmüşdür.

          “Xeyir-şər” evlərinin tikintisi və saxlanılması tədbirlərinin icrası nəticəsində şəhərin “Kimyaçılar” qəsəbəsinin ərazisində yerləşən  “xeyir-şər” evinin binası əsaslı təmir edilmişdir. Sumqayıt Bələdiyyəsi bu layihənin icrasına yerli büdcədən 4401 manat məbləğində vəsait ayırmışdır.

          Şəhərdə yaz-yay mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər çərçivəsində Sumqayıt Bələdiyyəsinin sifarişi əsasında şəhərin Sahil küçəsində dəyəri 65569 manat təşkil edən abadlaşdırma işləri yerinə yetirilmişdir. “Saray” körpüsündə barmaqlıqların təmizlənib rənglənməsi üçün yerli büdcədən 3990 manat məbləğində vəsait ayrılmışdır. Üz.Hacıbəyov küçəsində 92 kv.metr sahə abadlaşdırılmış, işlərin dəyəri 3029 manat təşkil etmişdir.

          Sumqayıt Bələdiyyəsi 2015-ci il ərzində təhsil və səhiyyə sahələrində bir neçə layihəni həyata keçirmişdir. Ötən ilin payız aylarında şəhərin 9 saylı tam orta məktəbinin binasında dəyəri 8625 manat təşkil edən təmir işləri görülmüşdür. 2005-ci ilin oktyabr ayından fəaliyyət göstərən “Alman Dili Mərkəzi”nin tədris kurslarının təşkilinə bələdiyyə tərəfindən dəstək verilmişdir.Bununla yanaşı ilin əvvəlindən  “Şəkərli diabet məktəbi”nin də fəaliyyəti bələdiyyə tərəfindən dəstəklənmişdir. Qeyd etmək lazımdır ki, ötən ilin noyabr ayının 13-də Sumqayıt şəhər İcra Hakimiyyətinin və bələdiyyə rəhbərliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, “Alman dili Mərkəzi”nin müəllimləri və məzunlarının iştirakı ilə dil mərkəzinin 10 illlik yubileyi keçirilmişdir.

         Sumqayıt Bələdiyyəsinin 2015-ci ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq hesabat ilində bir neçə layihələr həyata keçirilmişdir. İl ərzində “Bələdiyyə parkı”nda 2012-ci ildə əkilmiş 19 min kv.metr qazona daimi xidmət göstərilmiş,bələdiyyə əməkdaşlarının iştirakı ilə iməciliklər təşkil edilmişdir. Ötən ilin dekabr ayının 8-də  şəhər icra hakimiyyətinin təşəbbüsü əsasında Sumqayıtda həyata keçirilən tədbirlər çərçivəsində Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri 200  ədəd  ağac əkmişlər.

          Sumqayıt Bələdiyəsinin mülkiyyətinin istifadəsi .

          2015-ci il ərzində Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 8 hektar torpaq sahəsi istifadə olnmuşdur.Torpaq sahələrinin 1,73 hektarı sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün icrayə verilmişdir.Torpaq sahələrinin digər hissəsi-6,27 hektar fərdi yaşayış evlərin tikintisi və bağ sahəsi kimi  fiziki şəxslərin   mülkiyyətinə verilmiş, o cümlədən 0,46 hektar- kommersiya fəliyyəti məqsədi ilə məşğul olmaq üçün.Qeyd etmək lazımdır ki,fiziki şəxslərin mülkiyyətinə verilmiş 5,81 hektar ölçüdə torpaq sahələri həmin şəxslərin uzun müddət istifadələrində olan bələdiyyə mülkiyyətinə aid olan sahələri idi.   

          Sumqayıt Bələdiyyəsi yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi sahəsində ötən ildə bir sıra vacib layihələr həyata keçirilmişdir. Sumqayıt Bələdiyyəsi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye  nazirliyinin təşkilatçılığı  əsasında “Mənzil fondunun idarə edilməsi” layihəsinin 2-ci mərhələsi çərçivəsində hesabat  ilinin mart ayının 3-də Sumqayıtın Tarixi Muzeyində nazirliyin, Sumqayıt şəhər və Abşeron rayonunun mənzil-kommunal idarələrinin, Sumqayıt, Corat, Tağıyev və Abşeron rayonunun bələdiyyələrinin, Sumqayıt Bələdiyyəsi məhəllə komitələrinin, Mənzil-Tikinti kooperativlərinin iştirakı ilə mənzil fondunun idarə edilməsi sahəsində qeyd olunmuş təşkilatların qarşısında duran vəzifələr  müzakirə edilmiş və bu sahədə 2015-ci ildə həyata keçiriləcək tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye nazirliyinin Mənzil fondunun idarəedilməsi ilə bağlı növbəti seminarları Bakı şəhərinin Biznes Mərkəzində ötən ilin aprel ayının 29-u və noyabr ayının 18-də təşkil edilmişdir.

          Bununla yanaşı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının dəstəyi əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən icra olunan “Kiçik və orta sahibkalığa dəstək” və “Daşınmaz əmlakın idarəedilməsi üzrə kadastr” layihələrinin 2-ci mərhələsi üzrə tədbirlərin  icrası təmin edilmişdir. Adı çəkilən layihələrin icrasının gedişatı ötən ilin may ayının 4-də Almaniya Beynəlxalq Əməkldaşlıq Cəmiyyəti tərəfindən Gürcüstan Respublikasının Tibilisi şəhərində təşkil olunmuş işçi qrupunun növbəti görüşündə müzakirə edilmiş,müvafiq tədbirlərin həyata keçirilməsi tövsiyə olunmuşdur. Lyihələrin icrasının gedişatı bir daha 2015-ci ilin noyabr və dekabr aylarında Sumqayıt şəhərinə Lüdviqshafen şəhərinin işçi qrupu üzvlərinin səfəri zamanı müzakirə edilmişdir.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin  tövsiyəsi əsasında 2007-ci ildən Avropa ölkələrində, o cümlədən Azərbaycan Respublikasında keçirilən  “Azərbaycanda Yerli Demokratiya Həftəsi” 2015-ci ildə 12-18 oktyabr tarixlərində təşkil edilmişdir. “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında Sumqayıt Bələdiyyəsi  ərazisində “Azərbaycanda Yerli Demokratiya həftəsi”   təşəbbüsü çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Əhali ilə görüşlər Sumqayıt Bələdiyyəsinin inzibatı binasında, Yeni Yaşayış Massivinin 8-ci məhəlləsində, Kompressor zavodu ətrafı ərazisində yerləşən Xələc  tam orta məktəbinin  binasında,Kimyaçılar və Maral göl” ərazisində və İnşaatçı 1 saylı məhəllə komitələrinin ərazilərində  təşkil edilmişdir.

Bununla yanaşı bələdiyyənin məhəllə komitələrində həftə ərzində həyata keçirilmiş tədbirlərdə yüzlərlə insan iştirak etmişdir. Tədbirlərdə iştirak etmiş şəhər sakinlərinə bələdiyyənin  fəaliyyəti, həyata keçirdiyi layihələr, əhalini narahat edən problemlər və onların həlli üçün şəhərdə görülən işlər haqqında ətraflı məlumat  verilmişdir. “Yerli Demokratiya Həftəsi” ərzində əhalini narahat edən məsələlərin öyrənilməsi məqsədi ilə yerlərdə “Bələdiyyə poçt qutuları”nın quraşdırılması,  “qaynar xətt” telefon nömrəsinin elan edilməsi, “Açıq qapı” sisteminin tətbiqi kimi tədbirlər həyata keçirilmişdir. Əhali ilə görüşlər zamanı təhsil, mədəniyyət və idman sahələrinin inkişaf etdirilməsi,  gənclərin asudə vaxtlarının təşkil olunması, onların  yaradıcılıq, mədəni-kütləvi tədbirlərə cəlb edilməsi, vətəndaşlarla məhəllə komitələrinin əlaqələrinin möhkəmləndirilməsi, sosialyönümlü layihələrin həyata keçirilməsində bələdiyyənin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi, bələdiyyə ərazisində məskunlaşmış məcburi köçkünlərə sosial qayğıların göstərilməsinə diqqətin, gənclərin yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş fəallığının artırılması, eyni zamanda  gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadə məsələləri işgüzar şəraitdə müzakirə edilmişdir. .                                                                    Yerli Demokratiya Həftəsi zamanı əhali ilə 5 görüş keçirilmiş, görüşlərdə 2150 vətəndaş iştirak etmiş, bələdiyyədə 131 vətəndaş qəbul edilmişdir. Vətəndaşlar  tərəfindən  81 təklif   irəli  sürülmüşdür və  bu təkliflər ümumiləşdirilərək bələdiyyə iclasına təqdim olunur.

      2015-ci ildə Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri  ilkin məlumata göə dəyəri 2662359 manat təşkil edən 209 layihəni həyata keçirmişlər. Layihələr məhəllə komitələrinin ərazilərinin abadlaşdırılması, yaşıllaşdırılması, sanitar vəziyyətinin yaxşılaşdırılması, “Xeyir-şər” evlərinin təmiri, avadanlıqla təchiz edilməsi və saxlanılması, yataqxana binalarının, uşaq meydançalarının, məhəllədaxili yolların, küçələrin, səkilərin və digər obyektlərin tikintisi, yenidən quraşdırılması və əsaslı təmiri, mühəndis kommunikasiyalarının quraşdırılması,təmiri və digər sosialyönümlü layihələrin icrasını əhatə etmişlər.

       Hesabat ilində Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, həyata keçirdikləri layihələri barədə məlumatların işıqlandırılmasında “Sumqayıt Bələdiyyəsi informasiya bülleteni”ni, bələdiyyənin elektron səhifəsinin, bələdiyyənin quraşdırdığı məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir. 

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609