Sumqayıt Bələdiyyəsi qadınları mükafatlandırıb

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin icra aparatında təşkil olunan tədbirdə qadın bələdiyyə üzvləri və bələdiyyə icra aparatının qadın əməkdaşları mükafatlandırılıb.

Bələdiyyə sədri vəzifəsini icra edən Sultan Əsədov tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticələrindən danışıb, dövlət idarəçiliyində gender balansının təmin olunmasına diqqət çəkib, qadınların dövlətçiliyimizin qurulması və möhkəmlənməsində fəal iştirak etdiyini vurğulayıb. S.Əsədov qeyd edib ki, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququnu verən ilk dövlət olub.

S.Əsədov qeyd edib ki, Sumqayıt Bələdiyyəsinin fəaliyyətində də qadınların əməyi böyükdür. Bələdiyyə üzvlərindən beşi qadındır, icra aparatında isə 25 qadın əməkdaş çalışır.

Daha sonra Sumqayıt Bələdiyyəsi adından bələdiyyə üzvlərinə və icra aparatının əməkdaşlarına hədiyyələr təqdim olunub.



Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az