Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Bələdiyyə əməkdaşlarını təltif edib

Sumqayıt şəhərində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram şənliyi keçirilib.

Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, icra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhərin müxtəlif sahələrində çalışan qadınlar iştirak edib.

Zakir Fərəcov  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında şəhərin bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində qəhrəmanlıq, fəallıq nümunəsi göstərmiş, öz milli xüsusiyyətlərini, sədaqətliliyini, ülvi, ali hisslərini qoruyub saxlamışlar. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də  qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər.

Sonra Zakir Fərəcov bir qrup qadına Fəxri fərmanlar təqdim edib.
Onların arasında Sumqayıt şəhər Bələdiyyəsinin üzvü və icra aparatının əməkdaşı da var. Belə ki, Bələdiyyənin icra aparatının təşkilat şöbəsinin müdiri Gülrəng Cümşüdova və bələdiyyə üzvü Aygün Əhmədova şəhərin ictimai həyatında fəal iştirakına görə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının fəxri fərmanı ilə təltif olunub. 



Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az