Sumqayıt Şəhər Bələdiyyəsinə sədr seçilib

Sumqayıt şəhər Bələdiyyəsinə sədr seçilib.

Bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclasda Bələdiyyənin sədri məsələsi səsverməyə çıxarılıb.
Bələdiyyə üzvləri yekdilliklə bu vəzifəyə Sultan Əsədovu seçib. 

Qeyd edək ki, S.Əsədov 1957-ci ildə anadan olub, Azərbaycan Neft-kimya İnstitutunun Sumqayıt filialının mexanika fakültəsini bitirib. 1974-cü ildən Sumqayıtda yaşayır. 1987-1989-cu illərdə Sumqayıt şəhər Dövlət Xlor Layihə Elmi Tədqiqat İnstitutunda şöbə müdiri, 1989-1993-cü illərdə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı istehsalat-istismar birliyinin Vətəndaşlara Xidmət idarəsində sex rəisi, mühəndis və 1993-cü ilin fevral ayından idarə rəisi vəzifəsində çalışıb. 
          

2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib və sədr müavini işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Məlumat üçün bildirək ki, S. Əsədov 15 dekabr 2015-ci il tarixdən etibarən sədr əvəzi vəzifəsini icra edirdi.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az