Sumqayıt Bələdiyyəsində Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib

Sumqayıt Şəhər Bələdiyyəsində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Bələdiyyə sədri Sultan Əsədov 1941-45-ci illərdə xalqımızın mərd oğul və qızlarının müharibənin ən qaynar nöqtələrində şücaətlər göstərdiklərini, onların çoxunun qəhrəmancasına həlak olduqlarını söyləyib. Müharibənin bitməsindən və qazanılan qələbədən 71 il örtməsinə baxmayaraq bu tarixin dövlətimiz tərəfindən hər il yüksək səviyyədə qeyd olunduğunu bildirən S.Əsədov bu siyasətin ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edildiyini və onun siyasi məktəbinin yetirməsi, layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 
Sumqayıt şəhər Müharibə veteranları şurasının sədri Leyla Qasımzadə və çıxış edən veteranlar diqqət və qayğıya görə Sumqayıt Şəhər Bələdiyyəsinə minnətdarlığını bildiriblər. 
Bələdiyyə əməkdaşları yataq xəstəsi olan müharibə veteranlarını da ziyarət ediblər. 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az