Bələdiyyə parkında abadlıq işləri aparılır

Sumqayıt Bələdiyyə Parkında abadlıq-quruculuq işləri davam etdirilir. 

Parkın ərazisində yerləşən fontan sökülərək tamamilə yenidən qurulub. Parkda 50 ədəd palma ağacı və 5000 ədəd gül əkilib, yaşıllıqlara qulluq edilib. 

Məlumat üçün deyək ki, şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə bütün Sumqayıtda yaşıllaşdırma işləri aparılır, payız-yaz əkin mövsümündə şəhərin küçə, xiyaban və parklarında 1 milyondan çox gül, 500-dən artıq palma ağacı və digər ağac və kollar əkilib.  
Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az