Daha iki məhəllə komitəsində hesabat-seçki iclası keçirilib

Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin hesabat-seçki iclasları davam edir. 
Sumqayıt Bələdiyyəsinin “Kimyaçılar” qəsəbəsi və Maral göl 1 və 2 saylı məhəllə komitələrində hesabat-seçki yığıncağı keçirilib.

İclasda Sumqayıt Bələdiyyəsinin sədr müavinləri Musa Həsənov, Zeynəb Məmmədyarova və təşkilat şöbəsinin müdiri Gülrəng Cümşüdova iştirak ediblər.

Yığıncaqda 2015-ci ilin yekunları və 2016-cı ilin birinci rübü ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub, məhəllə komitəsinin hesabatı dinlənilərək, komitənin fəaliyyəti qənaətbəxş hesab olunub. Daha sonra komitənin üzvləri, sədr, sədr müavini və katibi seçilib.

Yığıncaqda ərazinin problemləri də müzakirə olunub, sakinlər tərəfindən ərazidə yerləşən evlərin sənədləşdirilməsi və qəsəbəyə ad verilməsi məsələsi qaldırılıb. Sakinləri maraqlandıran sualları Bələdiyyənin icra aparatının əməkdaşları cavablandırıb, onları narahat edən bir sıra məsələlər qeydiyyata alınıb.

Məlumat üçün bildirək ki, Sumqayıt Bələdiyyəsinin 135 məhəllə komitəsi fəaliyyət göstərir. Aprel ayından etibarən məhəllə komitələrinin iclasları başlayıb və artıq 110 məhəllə komitəsinin ərazisində hesabat-seçki iclasları keçirilib. 15 məhəllə komitəsinin sədrləri yerli sakinlər tərəfindən dəyişdirilib. Bəzi ərazilərdə isə yeni məhəllə komitələri yaradılıb.

 

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az