Yaşıl dərə ərazisində yerləşən məhəllə komitəsində hesabat-seçki iclası keçirilib

Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin hesabat-seçki iclasları davam edir. 
Növbəti belə yığıncaq Yaşıl dərə ərasində keçirilib.

Yığıncaqda 2015-ci ilin yekunları və 2016-cı ilin birinci rübü ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub, məhəllə komitəsinin hesabatı dinlənilərək, komitənin fəaliyyəti qənaətbəxş hesab olunub. Daha sonra komitənin üzvləri, sədr, sədr müavini və katibi seçilib.

Yığıncaqda ərazinin problemləri də müzakirə olunub, sakinlər tərəfindən qaldırılan məsələlər bələdiyyə əməkdaşları tərəfindən qeydə alınıb.

Məlumat üçün bildirək ki, Sumqayıt Bələdiyyəsinin 141 məhəllə komitəsi fəaliyyət göstərir. Aprel ayından etibarən başlayan məhəllə komitələrinin hesabat-seçki iclasları ötən həftə sona çatıb. 15 məhəllə komitəsinin sədrləri yerli sakinlər tərəfindən dəyişdirilib. 1 məhəllə komitəsi ləğv edilib, 7-si isə yeni yaradılıb.


Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az