Sumqayıt Bələdiyyəsində “Azərbaycanda Yerli demokratiya həftəsi” çərçivəsində tədbirlərə başlanılıb

“Azərbaycanda Yerli demokratiya həftəsi” çərçivəsində Sumqayıt Bələdiyyəsində tədbirlərə start verilib.

“Çoxmədəniyyətli cəmiyyətlərdə birgə yaşayış: hörmət, dialoq, qarşılıqlı əlaqə” adı altında keçirilən tədbirdə yerli bələdiyyənin məhəllə komitələrinin sədrləri və üzvləri iştirak edib. Toplantıda 2017-ci il üçün yerli büdcə layihəsinin ictimai dinləmələri davam etdirilib. Məlumat üçün bildirək ki, məhəllə komitələrinin üzvlərinin iştirakı ilə keçirilən dinləmələr oktyabrın 28-dən etibarən başlayıb.

Sumqayıt Bələdiyəsinin sədr müavini Musa Həsənov çıxış edərək ölkəmizdə özünüidarəetmə müxanizmi kimi bələdiyyənin keçdiyi tarixi yola nəzər salıb, ilk dəfə Sumqayıt şəhərində yaradılmış məhəllə komitələrinin fəaliyətinin yerli özünüidarəetmənin təkmilləşdirilməsindəki rolunu qeyd edib. M.Həsənov son 1 ildə şəhərimizdə görülmüş böyükmiqyaslı işlərdən bəhs edib, bələdiyyənin də öz işini yeni tələblərə uyğun qurduğunu diqqətə çatdırıb.

Tədbirdə bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində məhəllə komitələrinin rolu, yerli demokratiya həftəsinin mahiyyəti nəzərdən keçirilib, yerli büdcənin müzakirəsi zamanı ayrı-ayrı istiqamətlər üzrə proqnozlaşdırılan gəlir və xərclər barədə məlumat verilib.

Azərbaycanda multikulturalizm və tollerantlıq mövzusu çərçivəsində aparılan müzakirələr zamanı bildirilib ki, ölkəmizdə ayrı-ayrı xalqların, dinlərin, irqlərin nümayəndələri əsrlər boyunca dostluq, mehribanlıq şəraitində yaşayıblar və Azərbaycanın bu təcrübəsi dünya tərəfindən nümunəvi model kimi təqdir edilir.
   

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az