Sumqayıt və Rustavi şəhərləri arasında memorandum imzalanıb

16 sentyabr 2017-ci il tarixdə Gürcüstan Respublikasının Rustavi şəhərində Gürcüstan Respublikası ilə Azərbaycan Respublikası arasında birgə maraq kəsb edən müxtəlif sahələr üzrə qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq əlaqələrini nəzərə alaraq, iki dövlət arasında ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinə töhfə vermək istəyi ilə Gürcüstan Respublikasının Rustavi şəhər bələdiyyəsi ilə Azərbaycan Respublikasının Sumqayıt şəhər İcra Hakimiyyəti arasında qardaşlaşma və ikitərəfli əlaqələrin qurulmasına dair saziş imzalanıb.
Sənədi Rustavi şəhər günü ilə bağlı keçirilmiş tədbirlər çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov və Rustavi şəhərinin meri David Cikiya imzalayıb.
D.Cikiya Rustavi və Sumqayıt qardaşlaşmış şəhərləri arasında çoxillik mədəni və iqtisadi əlaqələrin olduğunu deyib. “Gələcəkdə iki şəhər arasında münasibətlərin daha da  intensivləşəcəyinə ümid edirəm”, – deyə Rustavi meri vurğulayıb.
Azərbaycanla yanaşı Rustavi şəhər günü tədbirlərində Filippin, Litva, Polşa, Ukraynadan olan nümayəndə heyətləri də iştirak ediblər.
Qeyd edək ki, səfərdə Sumqayıt Bələdiyəsinin sədri Sultan Əsədov da iştirak edib. 
Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609