“Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib

11 oktyabr 2017-ci il tarixində Sumqayıt şəhər Tarix Muzeyində Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri ilə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib.

Görüş məhəllə komitələrinin üzvlərinin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin görülməsi məqsədilə keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, Sumqayıt Bələdiyyəsinin və məhəllə komitələrinin nümayəndələri iştirak etmişdir.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsiz qaydaları” və “112 qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

Tədbirdə, həmçinin yanğına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, yanğınların başvermə səbəbləri və nəticələri, onların söndürülməsində yaşayış massivlərindəki qeyri-qanuni maneələr və digər məsələlərə toxunulmuşdur.  

Sonda suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.



Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609