Sumqayıt Bələdiyyəsində Yeni Azərbaycan partiyasının ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib

Sumqayıt Bələdiyyəsində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib.
Toplantıda partiya sıralarına qəbul olunmaq üçün müraciət etmiş 13 nəfərə üzvlük vəsiqəsi təqdim olunub. 
Yığıncaqda çıxış edən Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola nəzər salıb, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yaradılmış partiyanın Azərbaycan dövlətinin güclənməsində, inkişafında rolunu qeyd edib.
Sədr bildirib ki, dahi siyasətçi Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir və bu, xalqın partiyaya, onun məqsəd və strategiyasına olan münasibətin ifadəsidir.

“Sumqayıt Bələdiyyəsinin və məhəllə komitələrinin üzvlərinin partiya sıralarına qatılmaq üçün etdiyi müraciətlər də bu münasibətdən irəli gəlir” – deyə S.Əsədov əlavə edib.

Daha sonra çıxış edən natiqlər də qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. 

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609