Sumqayıt Bələdiyyəsində Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Sumqayıt Bələdiyyəsində ölkəmizin müstəqilliyinin 27 illiyi ilə bağlı tədbir keçirilib.  
Toplantıda çıxış edən Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Azərbaycanın keçdiyi tarixi yola nəzər salıb, müstəqilliyin əldə edildiyi illərdəki ictimai-siyasi vəziyyəti şərh edib.
Bildirilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqımızın uzun illərdir yaşatdığı istiqlal ideyasını reallaşdırdı. Vurğulanıb ki, Azərbaycan dövlətçiliyinin yenidən təhlükə ilə üzləşdiyi dövrdə xalqımız doğru qərar qəbul edərək Ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Məhz ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın inkişafı üçün dönüş nöqtəsinə çevrildi, dahi liderin müəyyən etdiyi strategiya və həyata keçirdiyi islahatlar, tədbirlər nəticəsində ölkəmiz dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxdı.
YAP Sumqayıt şəhər təşkilatının təşkilatı işlər üzrə sədr müavini, icra aparatının təşkilat şöbəsinin müdiri Vəzirxan Ənsərov da müstəqillik tariximiz, əldə olunan nailiyətlər barədə məlumat verib.



Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609