“Yerli Demokratiya Həftəsi” yekunlaşıb

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsü ilə Azərbaycan Respublikasında 2007-ci ildən keçirilən “Yerli Demokratiya Həftəsi” Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının tövsiyələri əsasında cari ilin oktyabr ayının 15-dən etibarən yenidən start götürüb.

Bir həftə ərzində Sumqayıt Bələdiyyəsinin icra aparatının Məhəllə Komitələri ilə görüşləri keçirilib. Görüşlərdə sakinləri narahat edən məsələlər nəzərdən keçirilib, müraciətlər qeydə alınıb. Eyni zamanda 2017-ci il və cari ildə görülmüş işlər, o cümlədən 2019-cu ilə bələdiyyə büdcəsinin layihəsinin  və görüləcək işlərin, həyata keçiriləcək layihələrin müzakirəsi aparılıb.

Bu cür görüşlər Bələdiyyənin inzibati binasında bir qrup sakinlə,  YYM-i 8 ci məhəllə üzrə 1saylı məhəllə komitəsinin üzvləri ilə, Kompressor zavodu ətrafı, Xələc tam orta məktəbində, Kimyaçılar qəsəbəsi və Maralgöl ərazisində, 4-cü məhəllədə yerli sakinlərlə keçirilib.

Arxiv
Əlaqə
AZ5000 Sumqayıt şəhəri
Azərbaycan prospekti, 9
Tel.: (+994 018) 6459547
Fax: (+994 018) 6458609