2018-ci il

SUMQAYIT BƏLƏDİYYƏSİNİN 2018-Cİ ILDƏ

FƏALİYYƏTİNİN ƏSAS NƏTİCƏLƏRİNƏ DAİR

H E S A B A T I

     Hesabat ili Sumqayıt şəhərinin tarixində böyük uğurlarla yadda qalan illərdən biri olacaqdır. Sumqayıtın həm sosial, həm də iqtisadiyyat sahələrində yeni zirvələr fəth edilmiş, şəhərin sənaye potensialı müasir müəssisələrlə zənginləşdirilmişdir. Sumqayıt şəhərinin ildən – ilə inkişaf edən sosial infrastrukturu insanların yaşayış səviyyəsini yüksək standartlara çatdırmışdır.

        Həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur.            Dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır.Dövlət başçısı İlham Əliyev ötən ilin  iyul ayında Sumqayıt Kimya Sənaye Parkında SOCAR-Polimer MMC-nin polipropilen istehsalı zavodunun açlışında İtaliyanın prezidenti ilə iştirak etmiş və onun fəaliyyətə başlanmasını çox əlamətdar hadisə adlandırmışdır. Ötən ilin noyabr ayının 16-da Sumqayıt Kimya Sənaye Parkında yeni istehsalatların, Sumqayıt Dəmir yolu vağzalının açılışında iştirak etmiş Dövlət rəhbəri İlham Əliyev ictimaiyyət qarşısında çıxış edərək qeyd etmişdir ki: “...Sumqayıtın inkişafı üçün  çox böyük işlər görülüb, çox böyük layihələr icra edilir...”                                                Belə nəhəng investisiya layihələrinin məhz Sumqayıtda icra edilməsi prezident İlham Əliyevin şəhərə göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir. Keçən ilin sonunda, dekabr ayının 27-də ölkə rəhbəri İlham Əliyevin Sumqayıt şəhərinə növbəti səfəri böyük bir layihənin tamamlanması ilə bağlı olmuşdur. Səfər zamanı cənab İlham Əliyev şəhərimizin 12-ci mikrorayonunda məcburi köçkünlərin 936 ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılış mərasimində iştirak etmişdir.

     Sumqayıt Bələdiyyəsi  2018-ci ildə öz fəaliyyətini şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov müəllifi olduğu Sumqayıtın yeni inkişaf Konsepsiyasına arxalanan bələdiyyənin yerlı sosial müdafiə, yerli sosial və iqtisadi inkişaf, yerli ekoloji və xarici əlaqələr Proqramları əsasında  qurmuşdur.

     Təməli 2015-ci ilin sentyabr ayında qoyulmuş Sumqayıt şəhərinin yeni urbanistika siyasətinə arxalanan strateji inkişaf planının icrası nəticəsində  Sumqayıtda irimiqyaslı layihələr şəhərin yüksək şəhərsalma və yaşayış standartlarına cavab verilməsinə yönəldilmişdir. Sumqayıtın sosial-iqtisadi inkişafnın ayrılmaz tərkib hissəsi olaraq ötən ilin  proqramı çərçivəsində şəhərdə yeni  ictimai və sosial binaların tikintisi,  bu vaxta qədər misli görünməmiş abadlıq və yenidənqurma, yaşıllaşdırma və landşaft memarlığı sahəsində işlərin aparılması, şəhərin kommunal və nəqliyyat infrastrukturunun yenidən qurulması və inkişafı Sumqayıtın müasir standartlara cavab verən şəhərə çevrilməsində mühüm addımlardır.

Son illər ərzində Sumqayıt şəhərinin sosial və kommunal infrastrukturunun genişləndirilməsi və inkişafı  istiqamətində müvafiq işlər yerinə yetirilmişdir.

        2018-ci ilin 9 ayı ərzində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili yolların, küçələrin, eləcə də məhəllədaxili ərazilərin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir.                                                                           Sumqayıt Bələdiyyəsi bağlar yolunda 16 km uzunluğunda  17 min kv.metr sahəyə  asfalt  örtüyü  salmışdır.  Metallurq  Yəhya  Məmmədov  küçəsi abadlaşdırılmış, “Acıdərə” kanalının 1800 p/m hissəsi iri diametrli borulara salınmış, yol genişləndirilərək asfalt örtüyünün döşənməsinə başlanılmışdır.         Nizami, Koroğlu, Məhəmməd Əsədov küçələrində, Heydər parkında, Nəsimi parkında və Nizami meydanında abadlıq işləri aparılaraq 3200 kv.metr tamet plitə döşənmişdir                                    Şəhərin  9,10,11,12,13,18-ci mikrorayonlərının və 1-ci məhəllədə yerləşən 100 yaşayış binasında dam örtüyünün metal-kerəmit örtüklə əvəz edilməsi işləri başa çatmış, 95 binanın dam örtüyündə cari təmir işləri aparılmışdır.163 binanın zirzəmisi məişət tullantılarından,125-i zirzəmi çirkab sularından təmizlənmişdir.1395 yaşayış binasının zirzəmisi və pilləkən qəfəsi ziyanvericilərə qarşı dezinfeksiya edilmişdir. Şəhərin 41,41A,42 və 45-ci məhəllələrinin, 5 və 13-cü mikrorayonların ərazilərində küçə işıqlandırılması işləri yekunlaşdırılmışdır.

        Sumqayıtın 1,2,4,30,45,48-ci məhəllələrin və 6,9,10,11,12,17,18-ci mikrorayonların ərazilərində uşaq şəhərcikləri və idman meydançaları yaradılmış, ətrafına 1450 p/m beton səki daşları qoyulmuş,24 ədəd kölgəlik, 960 ədəd oturacaq təmir edilmiş və quraşdırılmış, abad məhlələr yaradılmışdır.

        Şəhərin ərazisində 17 min ağac, 150 min dekorativ , 76 min mövsümü gül, 4000 dekorativ kol əkilmiş,35 ton münbit torpaq və gübrə verilmiş, 12 min p/m suvarma xətti çəkilmiş, 2200 kv.metr qazon salınmışdır. 1000-dən çox quru və təhlükə yaradan ağac kəsilmiş, 11000-dək ağac budanmışdır.

        Ayrı-ayrı ərazilərdə məişət tullantılarının toplanması üçün   30 meydança tikilmiş, 370 min kub metrədək məişət tullantısı daşınmış, 489 konteyner təmir edilmiş, 76 yeni konteyner alınmış və 250 kiçik həcmli tullantı qabları yerləşdirilmişdir.

        Müxtəlif ərazilərdə 42 km-dək  yüksək gərginlikli hava elektrik verilişi xətləri dəyişdirilmiş, o cümlədən yeni istismara verilmiş alternativ “Külək enerjisi”  mənbəyindən Yaşma bağlarına uzunluğu 3,5 km olan hava elektrik verilişi  xətti çəkilmişdir. Abonentlərin sayı 2062 nəfər artaraq 120 minə çatmış, 7 minə -dək sayğac qoyulmuşdur.   

        Hesabat dövründə 12 min p/m-dən artıq müxtəlif diametrli yeni qaz xətləri çəkilmişdir

        Əhalinin su ilə təminatı sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, 190 binanın zirzəmisində 1593 p/m su xətti təmir olunmuş, 4156 p/m müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilmişdir.

         Şəhər rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin yaxından köməyi sahəsində istismar müddəti ötmüş 105 lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunmuş, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılmlışdır.

        2,3,17,18-ci mikrorayonlarda , 45-ci məhəllədə 82 lift “online” rejimdə işləyən intelektual idarəetmə sisteminə - Mərkəzləşdirilimiş Dispetçer xidmətinə qoşulmuşdur. Hazırda digər liftlərində bu xidmətə qoşulması istiqamətində işlər aparılır.

        Ölkə rəhbərinin yaxında köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə 170 ədəd sərnişin avtobusu yeni marşurut xətlərinə buraxılmışdır.  Əlavə olaraq  40-a  yaxın yeni avtobus gətiriləcəkdir. Müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilir.

        Məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayan möhtərəm prezidentin tapşırığı və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 ailənin və Stansiya Sumqayıt yaxınlığında 1000 ailənin köçürülməsi üçün yeni yaşayış binaları inşa edilmişdir. 

        Rabitə xidmətinin keyfiyyətinin yuksəldilməsi sahəsində də müvafiq tədbirlər həyata keçirilmiş, tarif gəliri proqnozu 110 faiz yerinə yetirilmişdir.

    Sumqayıtın yeni inkişaf strategiyası çərçivəsində 2018-ci ildə şəhərin yerli özünüidarəetmə orqanının qarşısında duran vəzifələr və bələdiyyənin hesabat dövründə fəaliyyəti ötən ilin yanvar ayının 12-də Sumqayıt Bələdiyyəsinin yeni inzibati binasının konfrans zalında keçirilmiş bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında müzakirə edilmişdir. Toplantı iştirakçılarının qarşısında hesabatla çıxış etmiş bələdiyyə sədri Sultan Əsədov 2017-ci il ərzində bələdiyyənin  fəaliyyətini ətraflı təhlil edərək onun işində tətbiq edilmiş yeni iş üslubları və tədbirlər haqqında məlumat vermişdir. İşgüzar və konstruktiv şəraitdəkeçmiş yığıncaqda bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar müzakirə edilmiş, şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatında Sumqayıtın yerli özünüidarəetmə orqanının rolunun artırılması, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulması, Sumqayıtda şəhərin inkişafı ilə bağlı  həyata  keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına dair önəmli tövsiyələr verilmişdir.

Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili.

 Hesabat ilində Sumqayıt Bələdiyyəsinin 14 iclasında 543 məsələ müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyənin və onun daimi komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların genişləndirilməsi və təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 44 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.     

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının illik yığıncağı 2018-ci ilin may ayının 14-də Sumqayıt şəhərində keçirilmişdir.

Yığıncaqda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri E.Eyvazov,  məsul işçiləri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə,millət vəkilləri Rüstəm Xəliliov və  Kamran Bayramov,  Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Toplantıda bələdiyyənin sədri Sultan Əsədov iştirak və çıxış etmişdir. Bununla yanaşı iclasa Sumqayıt Bələdiyyəsinin sədr müavinləri, üzvləri, icra aparatının əməkdaşları da dəvət edilmişlər.

Oktyabrın 11-də Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda konfrans keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov konfransda çıxış edərək şəhərdə aparılan genişmiqyaslı işlərdən danışıb, Sumqayıtı ölkəmizin inkişafının gözəl nümunəsi kimi səciyyələndirib. O, Prezident İlham Əliyevin apardığı mütərəqqi inkişaf proqramı nəticəsində Sumqayıtın artıq Cənubi Qafqazda ikinci sənaye şəhəri olduğunu vurğulayıb.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev tədbirin məqsədindən danışaraq demokratiya həftəsinin yerli özünüidarə orqanlarının inkişafında mühüm rol oynayacağını, vətəndaşlar arasında bələdiyyələrin nüfuzunun möhkəmlənməsinə töhfə verəcəyini diqqətə çatdirib. Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov çıxışındayerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə bələdiyyə fəaliyyətinin daha da genişləndirilməsi olduğunu bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov sayca 11-ci dəfə keçiriləcək “Yerli demokratiya həftəsi”nin əhəmiyyətindən danışıb.

Yerli demokratiya həftəsinin əhəmiyyətini vurğulayan Milli Məclisin regional məsələlər komitəsinin üzvləri Rüstəm Xəlilov və Kamran Bayramov bildiriblər ki, “Yerli demokratiya həftəsi” bələdiyyələrin fəaliyyətinin genişlənməsinə, bu qurumların işində demokratik prinsiplərin daha çevik tətbiqinə imkan yaradacaq.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsü ilə  Avropa ölkələrində, o cümlədən Azərbaycan Respublikasında 2007-ci ildən keçirilən “Yerli Demokratiya Həftəsi” Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının tövsiyələri əsasında ənənəvi olaraq ötən ilin okyabr ayının 15-dən  21-dək keçirilməsi təklif olunmuşdur. Tövsiyələri əsasında həftə ərzində bir sıra tədbir həyata keçirilmişdir.Belə ki, həftə ərzində bələdiyyənin təşkilatçılığı və bələdiyyə məhəllə komitələrinin, şəhərdə fəaliyyət göstərən QHT və İctimai təşkilatlarının nümayəndələri ilə 5 görüş keçirilmişdir. Görüşlərdə 1630 nəfərdən çox  iştirak etmiş  vətəndaş  bələdiyyənin fəaliyyəti , bələdiyyənin məhəllə komitələri və vətəndaşların digər könüllü  birlikləri ilə  əməkdaşlığı , şəhərin yerli problemləri , bələdiyyənin növbəti ilə büdcəsinin layihəsi ,  vətəndaş iştirakçılığı sahələrində  aparılmış müzakirələrdə fəal iştirak etmiş, 70-dən çox təşəbbüs və təklif  irəli sürmüşlər.

Nəzərdə tutulmuş tədbirlər seçici tapşırıqlarının yerinə yetirilməsi, bələdiyyənin bilavasitə insan hüquqlarına aid olan sənəd və materialları ilə hər bir vətəndaşın tanış edilməsi, bələdiyyənin 2018-ci ildə fəaliyyəti haqqında, o cümlədən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə məlumatın verilməsi, vətəndaşların müraciətlərinə baxılması, bələdiyyənin 2018-ci ildə yerli büdcəsinin icrası və növbəti ilə büdcə  layihəsinin müzakirəsinitəmin etmişdir.

        Həftə ərzində bələdiyyədə “Açıq qapı” günləri elan edilmiş və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunmuş, bələdiyyə ilə operativ əlaqələrin saxlanılması məqsədi ilə bələdiyyənin mövcud olan  “qaynar xətt” telefon nömrəsi bir daha vətəndaşların nəzərinə çatdırılmış, bu xətlə vətəndaşlardan daxil olan müraciətlər və cavablandırılmışdır. Əhalinin sıx toplaşdığı yerlərdə bələdiyyə poçt qutuları quraşdırılmışdır. 

        2018-ci ilin aprel-avqust aylarında Sumqayıt Bələdiyyəsinin  ərazisində 146 məhəllə komitəsində hesabat-seçki iclasları keçirilmişdir. İclaslarda 7281 nəfər şəhər sakini iştirak etmişdir. Seçki kampaniyası əsasında 5 məhəllə komitəsi yaradılmışdır.           Hesabat–seçki iclaslarında məhəllə komitələrinin hesabatı dinlənilmişdir. Təhlillər göstərir ki,  məhəllə komitələrinin işində müəyyən fəallıq yaranmış, onlar ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması, sanitar vəziyyətinin yaxşılaşdırılması, uşaq meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin və digər obyektlərin tikintisi və yenidən quraşdırılmasında və s.kimi tədbirlərdə aktiv iştirak etmiş, vətəndaşların bu tədbirlərdə iştirakına nail olmuşlar.Sakinlər öz çıxışlarında məhəllə komitələrinin fəaliyyətinə qiymət vermiş, məhəllə komitələrinin işinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, onların  bələdiyyə və qeyri-hökumət təşkilatları, şəhərin müvafiq dövlət strukturları ilə əməkdaşlığının möhkəmləndirilməsi üçün təkliflərini söyləmişlər.  Hesabat-seçki kampaniyası zamanı 146 məhəllə komitəsinin sədri və 1219 üzvü seçilmişdir. Məhəllə komitələrinin sədrlərindən 36-sı qadındır. Məhəllə komitələrinin tərkibinə seçilmiş insanların əksəriyyəti öz ərazilərində tanınmış, böyük nüfuza malik, ictimai işlər görməyə həvəsi olan insanlardan ibarətdir.       

        Eyni zamanda vətəndaşlar qeyd etmişlər ki, məhəllə komitələrinin sədrlərinin bir hissəsi hələ də öz səlahiyyətləri və vəzifələri çərçivəsində fəaliyyət göstərmir, müvafiq ərazilərin problemləri ilə ciddi məşğul olmur, problemlərin həlli üçün daxili imkanlardan istifadə etmirlər və lazımı təşəbbüskarlıq göstərmirlər.Bir sıra məhəllə komitələri vaxtında iclasları keçirmir, vətəndaşlar qarşısında hesabatlar vermir ,vətəndaşları yerli əhəmiyyətli məsələlərin həllinə cəlb etmirlər. Məhz buna görə də məhəllə komitələrinin sədrlərindən 19 nəfəri yerli sakinlər tərəfindən  yeniləri ilə əvəz olunmuşdur.

         2018-ci ildə Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri əhalini narahat edən məsələlərlə bağlı müvafiq ərazilərdə ilkin məlumata görə dəyəri 305928 manat təşkil edən 164 layihə həyata keçirmişlər. Uğurlu layihələrin sırasında “Xəzər” 1 və 2  saylı məhəllə komitələrinin ərazisindəuzunluğu 1350 və 1580 metr,  dəyəri  müvafiq olaraq 7400 və 9750 manat olan kanalizasiya xətlərinin quraşdırılması kimi layihələri qeyd etmək olar. Bu işlər Yeni Yaşayış Massivinin 8-ci məhəlləsi üzrə 1 saylı, Ceyranbatan 2 saylı və Corat bağları üzrə 1 saylı  məhəllə komitələrinin ərazilərində də görülmüşdür. İşlərin maliyyələşdirilməsinə 18500 manat məbləğində vəsait yönəldilmişdir. Bütövlükdə kanalizasiya quraşdırma işləri 19 məhəllə komitəsinin ərazisində həyata keçirilmişdir.

         Hesabat dövründə məhəllə komitələrinin ərazisndə qaz və elektrik xətlərinin təmiri  və quraşdırılması işləri həyata keçirilmişdir. Belə ki, Sarıqaya M.Hüseynzadə düşərgəsi üzrə 1 saylı, Sarıqaya qəsəbəsi üzrə 1 saylı , 76-cı məhəllə üzrə 3 saylı , “Xəzri” 2 saylı, Xəzər 1  və 2 saylı, 21-ci mikrorayon üzrə 1 saylı  məhəllə komitələrinin ərazilərində ümumi dəyəri 36300 (otuz altı min üç yüz) manat təşkil edən elektrik və qaz xətlərinin quraşdırılması işləri görülmüşdür.

         Məhəllədaqxili yolların təmiri bələdiyyənin 25 məhəllə komitəsinin ərazisində həyat keçirilmişdir.İşlərin dəyəri 126920 (yüz iyirmi altı min doqquz yüz iyirmi )manat təşkil etmişdir.

      Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili.

      Hesabat dövründə Sumqayıt Bələdiyyəsinə 1346 xidməti məktub və 2464 ərizə daxil olmuşdur ki, bu da 2017-ci  illə müqayisədə 21 məktub və 40 ərizə az deməkdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 2705 nəfər vətəndaş olmuşdur.2017-ci ilə nisbətən qəbula gəlmiş vətəndaşların sayı 159 nəfər az olmuşdur. Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir.    

       Sumqayıt Bələdiyyəsinin məhkəmə müdafiəsi.

      2018-ci il ərzində məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin hüquqşunasları 169 mülki və inzibati iş üzrə 435 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 20 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 12-si təmin, 2-si rədd edilmiş, 1-i geri götürülmüş, digərləri isə baxılmaqdadır.

       Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin icrası.

  2018-ci ildə yerli büdcənin gəlirləri1555815 (bir milyon beş yüz əlli beş min səkkiz yüz on beş) manat, o cümlədən 270000 (iki yüz yetmiş min) manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 107,3faiz səviyyəsində icra olunmuşdur. Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 498534 (dörd yüz doxsan səkkiz min beş yüz otuz dörd) manat və ya 32,0 faiz, Bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 434030 (dörd yüz otuz dörd min otuz )  manat və ya 27,9 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 114429(yüz on dörd min dörd yüz iyirmi doqquz) manat və ya 7,04 faiz olmuşdur. Hesabat dövründə qeyd olunmuş göstəricilər üzrə proqnoz tapşırıqları müvafiq olaraq 111,4, 108,5 və 114,4 faiz səviyəsində icra edilmişdir.

      Hesabat ilindəyerli büdcənin xərcləri1578858(bir milyon beş yüz yetmiş səkkiz min səkkiz yüz əlli səkkiz) manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 108,9 faizi deməkdir. 2017-ci illə müqayisədə  yerli büdcənin xərcləri 41661 (qırx bir min altı yüz altmış bir)manat və ya 2,6 faiz artmışdır.Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir.  Belə ki, il ərzində “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 196008 (yüz doxsan altı min səkkiz) manat məbləğində və ya proqnozun88,5 faiz səviyyəsində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 759240 (yeddi yüz əlli doqquz min iki yüz qırx) manat miqdarında və ya proqnoz tapşırığının 133,7 faiz səviyyəsində vəsait ayrılmışdır. Hesabat ilində yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri 495344 (dörd yüz doxsan beş min üç yüz qırx dörd ) manat təşkill etmişdir ki, bu da proqnoz tapşırığının 97,3 faizi və ümumi xərclərin 31,3 faizi deməkdir.

Sumqayıt Bələdiyyəsinin 2018-ci ildə yerli sosial müdafiə proqramı əsasında hesabat ilində bir sıra tədbirlər həyata keçirilmişdir.    

Yanvar ayının 1-5-i Dünya azərbaycanlılarının həmrəyliyi günü vəYeni il bayramı münasibəti ilə şəhərdə keçirilmiş tədbirlərin təşkili üçün yerli büdcədən 12000 (on iki min) manat vəsait ayrılmışdır.

     - 20 yanvar – Ümumxalq Hüzn günü ilə bağlı bələdiyyə rəhbərliyi, üzvləri,icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 20 yanvar abidəsinin önünə əklillər qoymuş, “Şəhidlər Xiyabanı” kompleksini ziyarət etmişlər.

- 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvlərinin və icra aparatında işləyən qadınların mükafatlandırılması təşkil olunmuş, bu məqsədlə bələdiyyə büdcəsindən 2000 (iki min) manat məbləğində vəsait ayrılmışdır.

- Novruz bayramı münasibəti ilə Sumqayıt şəhərində təşkil edilmiş tədbirlərdə Sumqayıt Bələdiyyəsi fəal iştirak etmişdir. Şəhərin ayrı-ayrı meydanlarında əhali üçün təşkil olunmuş şənliklərdə bələdiyyə üzvləri, icra aparatının əməkdaşları, məhəllə komitələrinin nümayəndələri iştirak etmişlər.Tədbirlərin maliyələşdirilməsi üçün yerli büdcədən 5000 (beş min) manat məbləğində vəsait ayrılmışdır.

- Mart ayının 31-də bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları bələdiyyə və məhəllə komitələrinin nümayəndələri Azərbaycan xalqının soyqırımı günü ilə əlaqədar şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

-  2018-ci ilin may ayının  9-u  Faşizm üzərində  qələbənin 73-cü ildönümünün qeyd edilməsi münasibəti ilə bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 1941-1945-ci illər Böyük Vətən Müharibəsinə həsr olunmuş monumenti ziyarət etmişlər. May ayının 8-i Sumqayıt Bələdiyyəsinin konfrans zalında bələdiyyə üzvlərinin, aparatın əməkdaşlarının iştirakı ilə Böyük Vətən Müharibəsinin veteranları üçün təntənəli yığıncaq təşkil edilmişdir. Tədbirin təşkili üçün bələdiyyə büdcəsindən 600 (altı yüz) manat məbləğində vəsait ayrılmışdır.

- Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və məhəllə komitələrinin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar. Tədbirin keçirilməsinə bələdiyyə büdcəsindən 100 (bir yüz) manat məbləğində vəsait ayrılmışdır.

2018-ci ilin may ayının 28-də Respublika günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və bələdiyyənin məhəllə komitələrinin nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül dəstələri düzmüşlər.

Ötən ilin iyun ayının 15-16-sı Sumqayıt Bələdiyyəsi Ramazan bayramı münasibəti ilə şəhər ictimaiyyəti və dini xadimlər üçün iftar süfrələri təşkil etmişdir. Bu məqsədlə yerli büdcədən 1000 (bir min) manat vəsait ayrlmışdır.

   - 2018-ci ilin 22 iyul tarixdə Sumqayıt Bələdiyyəsində Azərbaycan mətbuatının yaranmasının 143  illiyi münasibəti ilə tədbirlər keçirilmiş, 15 nəfər kütləvi informasiya vasitələrinin nümayəndələrinə ümumilikdə 2100 (iki min yüz) manat məbləğində mükafat verilmişdir.

-                        2018-ci ilin 22-23 avqust tarixlərində  Qurban bayramı münasibəti ilə Sumqayıt Bələdiyyəsinin ərazisində fəaliyət göstərən ictimai təşkilatlarının və aztəminatlı ailələrin bir qrupuna bayram sovqatları verilmişdir. Onların alınması üçün bələdiyyə büdcəsindən 3800 (üç min səkkiz yüz) manat məbləğində vəsait ayrılmışdır.

-                        Hesabat ilinin noyabr ayının 9-u Sumqayıt Bələdiyyəsinin üzvləri, İcra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələridövlət bayrağı bayramı münasibəti ilə şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.

  Ötənilin dekabr ayının 12-də Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbirdə Sumqayıt Bələdiyyəsinin üzvləri və icra aparatının əməkdaşları iştirak etmişlər.

Dünya azərbaycanlılarının həmrəyliyi günü vəYeni il bayramı münasibəti ilə şəhərdə keçirilmiş tədbirlərin təşkili üçün yerli büdcədən 3500 (üç min beş) manat vəsait ayrılmışdır

2018-ci ilin yanvar-dekabr aylarında 71 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri  17750 (on yeddi min yeddi yüz əlli) manat məbləğində maddi yardım göstərilmişdir.

Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 2018-ci ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında  bələdiyyə ərazisində dəyəri 955248 (doqquz yüzəlli beş min iki yüz qırx səkkiz) manat məbləğində olan 7 iri həcmli layihə həyata keçirilmişdir.

2018-ci ildə Sumqayıt Bələdiyyəsinin tarixində ən yadda qalan layihə həyata keçirilmişdir. Sumqayıt Bələdiyyəsinin balansına verilmiş binada dəyəri 120000 (bir yüz iyirmi min) manat təşkil edən bərpa və yenidənqurma işləri aparılmışdır. 2018-ci ilin may ayının 31-də Sumqayıt şəhərinin ən gözəl güşələrinin birində yerləşən Sumqayıt Bələdiyyəsinin  yeni inzibati binasının açılışı münasibəti ilə təşkil olunmuş toplantıda şəhər ictimaiyyəti qarşısında çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə rəhbəri cənab İlham Əliyevin diqqəti ilə Sumqayıt şəhərində son 3 il ərzində müasir şəhərsalma qaydalarına arxalanan sosial-inkişaf proqramı əsasında Sumqayıt şəhərində inşa edilmiş yeni ictimai binaların siyahısına təmirdən çıxmış və istismara qəbul edilmiş bələdiyyənin inzbati binası daxil edilmişdir. 

      2018-ci il ərzində  yerli əhəmiyyətli yolların saxlanılması sahəsində 5 layihə həyata keçirilmişdir. Belə ki, Çerkassı küçəsində, Yeni yaşayış massivindən keçən 39 və 42 saylı avtobus marşrutu üzrə yolda, şəhərin 2,3 və 21-ci  mikrorayonlarının yollarında təmir işləri aparılmış, layihələrin icrası məqsədi ilə yerli büdcədən 759240 (yeddi yüz əlli doqquz min iki yüz qırx) manat məbləğində vəsait ayrılmışdır.

Sumqayıt Bələdiyyəsinin 2018-ci ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qərarlarına müvafiq olaraq il ərzində bir neçə layihələr həyata keçirilmişdir. Hesabat dövründə “Bələdiyyə parkı”nda 19 min kv.metr qazona daimi xidmət göstərilmişdir. Bununla yanaşı parkın abadlaşdırılması işlərinin icrası məqsədi ilə bələdiyyə büdcəsindən38700 (otuz səkkiz min yeddi yüz) manat məbləğində vəsait ayrılmışdır. İl ərzində  bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə “Bələdiyyə parkı”nın ərazisində iməciliklər təşkil edilmişdir.

Bələdiyyənin məhəllə komitələri il ərzində 2595 ədəd ağac əkmişlər.

Sumqayıt şəhərində müəssisəslərdə ekologiya sahəsində  özünə nəzarətin təşkili  mövzusunda ötən ilin sentyabr ayının 18-də Heydər Əliyev Mərkəzində  keçirilmiş seminarda Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Gülrəng Cümşüdova iştirak etmişdir.

Ötən il Sumqayıt Bələdiyyəsinin 2018-ci ilə xarici əlaqələr proqramına müvafiq olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. 

2018-ci ilin başlanğıcında, yanvar ayının 15-16-sı Çin Xalq  Respublikasının ən iri  kompaniyalarından biri olan Power China  İnternational Group Limited kompaniyasının (dünyada top-500 kompaniyaların siyahısında 191-ci yer) nümayəndə heyəti Sumqayıt şəhərində tullantıların idarə edilməsi, tullantıların yandırılması zavodunun inşası və istismarı layihələrin  icrası ilə bağlı şəhərə səfər etmişdir.  Qonaqlar yanvar ayının  16-da Sumqayıt  şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən qəbul olunmuşdur. Qəbulda tullantıların idarə edilməsində şəhərin qarşısında duran vəzifələr, bu sahədə yeni texnologiyaların, iş üslublarının tətbiq edilməsi, tullantıların yandırılması zavodunun inşası və istismarı sahələrində tətbiq olunacaq idarəetmə modelləri müzakirə edilmişdir. Səfər zamanı Power China kompaniyasının nümayəndə heyətini Sumqayıt Bələdiyyəsinin üzvü Akif Kərimov müşayiət etmişdir.

       2018-ci ilin aprel ayının 29-dan may ayının 5-dək Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının Proqramı və Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi əsasında Türkiyə Respublikasının İstanbul və Ankara şəhərlərində təşkil edilmiş təcrübə mübadiləsində ölkə bələdiyyələrinin nümayəndə heyətinin tərkibində Sumqayıt Bələdiyyəsinin sədr müavini M.Həsənov və icra aparatının hüquq şöbəsinin müdiri Z.Şahbalayev də iştirak etmişlər.

        2018-ci ilin may ayının 30-31-i Sumqayıt şəhərində tullantıların yandırılması zavodunun yaradılması layihəsi ilə bağlı şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsində Çin Xalq Respublikasının Power China kompaniyasının nümayəndə heyəti ilə danışıqların növbəti raundu baş tutmuşdur. Səfər zamanı çinli mütəxəssislər Sumqayıt şəhər “Təmizlik” departamentində  görüşlər keçirmişlər.Səfərin yekununda qonaqlar Balaxanı qəsəbəsində yerləşən tullantıların yandırılması zavodu ilə tanış olmuşlar.

Sumqayıt Bələdiyyəsinin Türkiyə Respublikasının Ankara şəhərinin Keçiörən qardaşlaşmış bələdiyyə rəhbərliyinin dəvəti əsasında şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov və 15 nəfərdən  ibarət  nümayəndə  heyəti  2018-ci ilin  iyun  ayının 2-dən 7-dək Ankara şəhərində təşkil edilmiş “Beynəlxalq Ramazan festivalı”nda iştirak etmişlər. Festivalın proqramı çərçivəsində təşkil edilmiş “Azərbaycan gecəsi”ndə Sumqayıtın mədənyyət işçiləri bayram tədbirinin iştirakçıları qarşısında geniş musiqi proqramı ilə çıxış etmişlər. Səfər zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sumqayıt Bələdiyyəsinin sədri  Sultan Əsədov Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ak, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Tuna, Ankara şəhərinin Valisi Ercan Topaca və Türkiyə Respublikasının Xarici İşlər Nazirinin müavini Ümit Yardım tərəfindən qəbul edilmişlər. Şəhərimizin nümayəndə heyəti Türkiyə - Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar tərəfindən də qəbul edilmişdir. Səfərin proqramına müvafiq olaraq Sumqayıt şəhərinin nümayəndə heyəti Anıtkabiri (Atatürkün mavzoleyi), Xocalı şəhidlərinin xatirə memorialı, Anadolu Mədəniyyətlər Muzeyi  və Ankara şəhərinin digər tarixi yerlərini  ziyarət etmişdir. 

Ötən ilin iyun ayının 28-29-u Sumqayıt Bələdiyyəsi sədrinin müşaviri Ü.Salamova Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası tərəfindən müəyyən edilmiş nümayəndə heyətinin tərkibində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Gürcüstan Respublikasında Gender siyasətinə həsr edilmiş seminarının işində iştirak etmişdir.

        Türk Dünyası Bələdiyyələr Birliyinin proqramı əsasında iyul ayının 22-dən 28-dək Türkiyə Respublikasının İstanbul və Kocaeli şəhərlərində Azərbaycanın yerli özünüidaretmə orqanlarında çalışan qadın rəhbərlərinin bilik və təcrübəsinin paylaşması mövzusunda keçirilmiş tədbirdə Sumqayıt Bələdiyyəsi icra aparatının ümumi şöbəsinin müdir müavini Ramilə Qəmbərova iştirak etmişdir.

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə başlanılan proqram çərçivəsində Bosniya və Herseqovinanın bələdiyyə təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində ötən ilin avqust ayının 2-də Sumqayıt Bələdiyyəsində olub.

Sumqayıt Bələdiyyəsində keçirilən görüşdə bələdiyyələrarası əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov son illər şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, bələdiyyənin həyata keçirdiyi layihələrdən danışıb. S.Əsədov şəhərin xüsusilə son üç ildə tamamilə yeniləndiyini, iri infrastruktur layihələrin həyata keçirildiyini və Sumqayıtın xarici investorlar üçün cəlbedici, müasir bir şəhərə çevrildiyini qeyd edib.                                              Görüşdə iştirak etmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını vurğulayaraq bildirib ki, ölkəmiz artıq dünyada sabitlik adası kimi tanınır. Sumqayıtın da bu dinamik inkişafın bir parçası olduğunu diqqətə çatdıran T.Səmədov qeyd edib ki, son 3 ildə şəhərdə çox sayda sosial, eləcə də sənaye müəssisələri fəaliyyətə başlayıb. 8 ay ərzində şəhərdə salınmış bulvar prezident İlham Əliyev tərəfindən “Möcüzə” adlandırılmışdı. Təsadüfi deyil ki, Sumqayıt Bulvarı 2017-ci ilin iyul ayında Madriddə “İnternational Award for Excellence & Lider ship” (beynəlxalq üstünlük və liderlik) mükafatına və oktyabrda isə Parisdə “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality)  layiq görülüb.

        2018-ci ilin sentyabr ayının 3-dən 8-dək  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının 2018-ci ilə əməliyyat planına müvafiq olaraq “Tullantıların idarə edilməsi” tədbirinin icrası ilə bağlı Ludviqshafen şəhər meriyasının nümayəndələri Otto Kramer və Sandra Knorr Sumqayıt şəhərinə səfər etmişlər.Səfərin proqramına əsasən qonaqlar şəhər İcra Hakimiyyətində, Sumqayıt Bələdiyyəsində qəbulda olmuş,Sumqayıt şəhərində tullantıların idarə edilməsi sahəsində yeni Konsepsiyanın və şəhər “Təmizlik” departamentinin Əsasnaməsinin  hazırlanması ilə bağlı  bir sira tədbirlər həyata keçirmişlər. Şəhər ”Təmizlik” departamentində aparılmış danışıqlar zamanı tullantıların idarə edilməsi sahəsində bir neçə vacib göstəricilər təhlil edilmiş, departamentin işinin yeni üsullar əsasında qurulmasına dair önəmli tövsiyələr verilmişdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının 2018-ci ilə əməliyyat planına müvafiq olaraq sentyabr ayının 17-dən 20-dək Almaniyanın Rostok  şəhərində “Almaniya-Qafqaz partnyor şəhərlərarası əməkdaşlıq” layihəsində iştirak edən partnyor şəhərlərinin nümayəndələrinin görüşü keçirilmişdir.Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Proqram direktoru Karsten Possenin dəvəti əsasında layihənin tərəfdaşı, Sumqayıt Bələdiyyəsinin yerli büdcə məsələləri daimi komissiyasının sədri Akif Kərimov iştirak etmişdir. Sumqayıt şəhərinin partnyoru olan Ludviqshafen şəhərindən görüşdə şəhər meriyasının  partnyor əlaqələri üzrə referent Marsel Yurkat və şöbə müdiri Uve Fröylix iştirak etmişlər.

Görüşün mövzusuna müvafiq olaraq Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Almaniya-Qafqaz partnyor şəhərlərinin nümayəndələri “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının layihələrinin icrasının durumunu və yeni layihələrə dair şəhərlərin təkliflərini müzakirə etmişlər.

 “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının 2018-ci ilə əməliyyat planına müvafiq olaraq ötən ilin sentyabr ayının 30-dan oktyabr ayının 8-dək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi  laboratoriyasında təlimin keçirilməsi məqsədi ilə Ludviqshafen meriyasının nümayəndələri Kristian Keyt və Kristina Vays Azərbaycana səfər etmişlər. Səfər zamanı Ludviqshafen rəhərinin mütəxəsissləri Sumqayıt şəhər İcra Hakimiyyətində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətində qəbul edilmişlər.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin 2018-ci ilə əməliyyat planına müvafiq olaraq  noyabr ayının 26-dan 30-dək “Çirkləndirilmiş ərazilərin kadastrı” və “Məktəbdənkənar ekoloji tərbiyə” tədbirləri ilə bağlı partnyor şəhərimiz Ludviqshafen meriyasının nümayəndəsi Yudit Rader Sumqayıt şəhərinə səfər etmişdir. Səfərin proqramı əsasında Y. Rader Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı şəhərindəki ofisinin rəhbəri Sonya Fontayin və Almaniya Federativ Respublikasının  Azərbaycan Respublikasındakı səfiri Mixael Kindsqrab tərəfindən qəbul olunmuşdur.                                                                         Səfərin proqramı Sumqayıt Bələdiyyəsində müzakirələr əsasında dəqiqləşdirilmişdir. Ludviqshafen şəhərinin nümayəndəsi Y.Raderi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisinin yerli koordinatoru Ş.Hacıəhmədovanı qəbul edən Akif Kərimov səfərin təminat tədbirləri haqqında ətraflı məlumat vermişdir.                                                                Çirkləndirilmiş ərazilərin kadastrı ilə bağlı müzakirələr Sumqayıt şəhər  Memarlıq və Şəhərsalma İdarəsinin baş memarı Babək Hüseynovla aparılmış, keçirilməsi nəzərdə tutulmuş seminarın təşkili ilə bağlı qərarlar dəqiqləşdirilmişdir.    Seminar ötən ilin noyabr ayının 28-də Sumqayıt şəhər  Memarlıq və Şəhərsalma İdarəsində təşkil edilmişdir. Seminarda  təqdimatla Y.Rader, Milli Aviasiya Akademiyasının nümayəndəsi  X.İsmətova və A.Kərimov çıxış etmişlər. Tədbir işgüzar və konstruktiv şəraitdə keçmişdir.                                              A.Kərimov Sumqayıt şəhərində torpaqların idarə edilməsi sahəsində çırkləndirilmiş ərazilərin kadastrının əhəmiyyəti, onun yaradılmasının tarixi, layihənin icrası ilə bağlı həyata keçirilmiş tədbirlər, kadastrın istifadə etmə qaydaları haqqında seminar iştirakçılarına müvafiq məlumatları təqdim etmişdir. Natiq öz çıxışında Sumqayıt şəhərinin çirkləndirilmiş ərazilərinin kadastrının tərtib edilməsi tədbirinə şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən böyük diqqət və önəm verilməsi barədə seminar iştirakçılarına məlumat çatdırmışdır. Yekunda A.Kərimov çirkləndirilmiş ərazilərin kadastrı tədbirinin növbəti addımlarına dair təklifləri irəli sürmüşdür.

Dekabr ayının 4 və 5-i Ankara şəhər Keçiörən Bələdiyyəsinin məsul işçiləri Mustafa Arac və Canpolat Fatih Sumqayıt şəhərinə səfər etmişlər. Səfər Sumqayıt şəhər nümayəndə heyətinin iyun ayında Ankara şəhərinə səfəri zamanı Keçiörən Bələdiyyəsində aparılmış danışıqlar əsasında həyata keçirilmişdir. Səfərin məqsədinə uyğun olaraq Sumqayıtın “Bələdiyyə parkı” nın ərazisində  əyləncə qurğularının quraşdırılması, yeni üslubda abadlaşdırma işlərinin  görülməsi, Akvarium kompleksinin yaradılması məsələləri müzakirə edilmişdir. Qardaş bələdiyyəsinin nümayəndələrini Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov qəbul etmişlər.

Sumqayıt Bələdiyyəsinin nümayəndələri Avropa Birliyinin Merlər razılaşması ofisinin, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Türk Dünyası Bələdiyyələr Birliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiassiyası, Fövqəladə Hallar Nazirliyinin və digər təşkilatlar tərəfindən  təşkil olunmuş konfrans, konqres və seminarlarda iştirak etmişlər.

        Sumqayıt Bələdiyyəsinin mülkiyyətinin istifadəsi.

2018-ci il ərzində  Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 12,472462 hektar torpaq sahəsi istifadə olunmuşdur. Torpaq sahələrinin 2,243072 hektarı sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmişdir. Torpaq sahələrinin 5,37474 hektar fərdi yaşayış evlərin tikintisi və bağ sahəsi kimi  fiziki şəxslərin . qalan hissəsi isə - 4,85465hektarsahibkarlıq təyinatı ilə fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilmişdir.

      Sumqayıt Bələdiyyəsi yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi sahəsində “Mənzil fondunun idarə edilməsi”, “Strateji planlaşdırma”, “Kiçik və orta sahibkarlara dəstək”, “Tullantıların idarə edilməsi”, “Çirkləndirilmiş ərazilərin Kadastrının istifadəsi” layihələri üzrə araşdırmalar aparmış, müvafiq tövsiyələr hazırlamışdır.

Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, bələdiyyənin həyata keçirdiyi layihələr barədə məlumatların işıqlandırılmasında bələdiyyənin elektron səhifəsinin, məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az