Sumqayıt Bələdiyyəsi 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib

Sumqayıt Bələdiyyəsində 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə qadın bələdiyyə üzvləri və bələdiyyə icra aparatının qadın əməkdaşları mükafatlandırılıb.

Bələdiyyə sədri Sultan Əsədov bayram münasibəti ilə xanım əməkdaşları və bələdiyyə üzvlərini təbrik edib, onlara xoş arzularını bildirib.
Sədr ölkəmizdə müxtəlif sahələrdə, eləcə də dövlət idarəçiliyində qadınların fəal iştirak etdiyini, gender balansının təmin olunduğunu vurğulayıb. S.Əsədov qeyd edib ki, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququnu verən ilk dövlət olub.

Sədr Sumqayıt Bələdiyyəsinin fəaliyyətində də qadınların əməyi böyük olduğunu vurğulayıb. və bildirib ki, Bələdiyyə üzvlərindən 5-i qadındır, icra aparatında isə 27 qadın əməkdaş çalışır.

Daha sonra Sumqayıt Bələdiyyəsi adından bələdiyyə üzvlərinə və icra aparatının əməkdaşlarına hədiyyələr təqdim olunub.






Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az