Çernobl əlilləri ilə görüş keçirilib

Sumqayıt Bələdiyyəsində Çernobl faciəsinin 33-cü il dönümü münasibətilə faciədə sağlamlıqlarını itirmiş sumqayıtlı veteranlarla görüş keçirilib. 

Bələdiyyənin sədr müavini Musa Həsənov qeyd edib ki, 29 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən hadisə bütün dünyanın atom energetikası tarixində ən böyük qəza idi. 

Qeyd edilib ki, Hazırda Azərbaycanda 5 mindən artıq Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb. Bu qəzanın aradan qaldırılmasında iştirak edən 7 min nəfərin 2 mindən çoxu artıq həyatda yoxdur. Ümummilli liderimiz, faciə baş verən zaman dəfələrlə qəza zonasına səfər etmiş və dəhşətləri öz gözləri ilə görmüş  Heydər Əliyevin qayğı və təşəbbüsü sayəsində,  1993-cü ilin dekabrında Milli Məclis “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanun qəbul edib. Bu gün Azərbaycanda bu qanunu əsas tutaraq, Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir

“Çernobl Əlilləri İttifaqı” İctimai Birliyinin Sumqayıt filialının sədri Çingiz Teymurov göstərilən diqqətə görə Sumqayıt Bələdiyyəsinə minnətdarlıq edib.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az