Sumqayıtın 70 illiyi ilə bağlı tədbir keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamı ilə bağlı silsilə tədbirlər keçirilir. 
Belə tədbirlərdən biri də Sumqayıt şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Sumqyıt şəhər Təşkilatının birgə keçirdiyi "Sumqayıt-70: Uğurlu inkişaf yolunda" adlı tədbir şəhərin ayrı-ayrı idarə və müəssisələrində keçirilir.
Sumqayıt Bələdiyyəsində keçirilən növbəti tədbirdə Bələdiyyə üzvləri və Məhəllə komitələrinin üzvləri iştirak ediblər. 
Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov şəhərin inkişaf tarixinə, son ilərdə aparılan əsaslı yenidənqurma işlərinə nəzər salıb, şəhər icra hakimiyətinin başçısı Zakir Fərəcovun başçılığı altında Sumqayıtın tamamilə yenidən qurulduğunu, regionun ən dinamik inkişaf edən şəhərlərindən birinə çevrildiyini qeyd edib. 

Yeni Azərbaycan Partiyasının Sumqyıt şəhər Təşkilatının təşkilatı işlər üzrə sədr müavini, icra aparatının təşkilat şöbəsinin müdiri Vəzirxan Ənsərov 
Sumqayıtda həyata keçirilmiş işlər barədə məlumat verib və qeyd edib ki,  onilliklər ərzində həyata keçirilə biləcək layihələr Sumqayıtda 4 il ərzində reallığa çevrilib.

Daha sonra Sumqayıt Bələdiyyəsinin Məhəllə Komitələrinin üzvləri çıxış edib, əldə olunan nailiyyətlər, eləcə də şəhərin inkişaf perspektivləri ilə bağlı məsələləri nəzərdən keçiriblər.






Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az