Sumqayıt Bələdiyyəsində jurnalistlərlə görüş keçirilib

Sumqayıt Bələdiyyəsində mətbuat günü münasibəti ilə jurnalistlərlə görüş keçirilib. 

Bələdiyyə sədri Sultan Əsədov ölkəmizdə media nümayəndələrinə göstərilən diqqət və qayğıdan danışıb, ölkəmizdə demokratik dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində prezident İlham Əliyevin rəhbərliyi altında mühüm işlər görüldüyünü, ardıcıl islahatların aparıldığını diqqətə çatdırıb. Sədr eyni zamanda dövlət başçısının mətbuat nümayəndələrinin sosial problemlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə bu vaxta qədər iki binanın tikilərək istifadəyə verildiyini, üçüncü binanın da tikintisinin davam etdiyini bildirib. 

S.Əsədov Sumqayıtda aparılan quruculuq işləri barədə danışıb, şəhərimizin son illərdə öz simasının tamamilə dəyişdiyini xatırladıb, həyata keçirilmiş layihələr barədə məlumat verib. Mətbuat işçilərinin aparılan işlərə dəstək verdiyini qeyd edən S.Əsədov Sumqayıt barədə məlumatların nəinki ölkə ictimaiyyətinə, dünyaya çatdırılmasında KİV-in əhəmiyyətli rolunu qeyd edib.

Daha sonra jurnalistlər çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Arxiv
Əlaqə
Ünvan:Sumqayıt şəhəri
5-ci məhəllə, Nizami küçəsi 16
Tel.: (+994 018) 6559547
(+994 018) 6558609
E-mail: info@sumqayit-bl.gov.az